İdeal olan davranış ''səhv etməmək'' deyil, ''ən gözəl şəkildə" davranmaqdır...



İnsanların geniş şəkildə tətbiq etdikləri bəzi davranışlar vardır ki, baxıldığı zaman bunlar əslində səhv deyil. Amma o mövzuda göstərilə biləcək ‘ən gözəl davranış' da deyil. Səhv olmadığı üçün insanlar arasında çox diqqət çəkməyə bilər, ya da çox böyük bir narahatçılıq meydana gətirməyə bilər. Amma əslində bəzən nəzakətə, bəzən sevgiyə, hörmətə, bəzən də incəliyə o qədər uyğun deyil. İnsan bir adamın davranışlarındakı hər hansı qüsuru ondan daha gözəl əxlaqlı bir insan ilə qarşılaşdığında hiss edir.

Bu şəkildə iki insan eyni mühitdə olduqda ünsiyyətdə və davranışlardakı fərq daha çox diqqət çəkməyə başlayır. Beləliklə də insan həmin an adı qoyulmayan, lakin səhv olduğu hiss edilən bu davranışlar haqqında daha dəqiq bir qənaətə gəlir.

İnsanlar gündəlik həyatlarındakı söhbətlərində və ətraflarındakı şəxslərin davranışlarında bu cür hadisələrə tez-tez rast gəlirlər. Məsələn, bəzən bir insan zarafat edir, ancaq bu zarafat oradakı insanlarda istənilən təsiri meydana gətirmir. Zarafadakı məqsəd mühiti şənləndirmək, insanlar arasında yaxınlıq, xoş əhval-ruhiyyə yaratmaqdır. Ancaq bəzən zarafat gözlənilən nəticəni vermir. Tam əksinə zarafatın mövzusu, istifadə edilən səhv bir söz, yersiz bir gülüş zarafatın həddən artıq uzadılması, zarafat ilə müəyyən bir adamın hədəf alınması, qarşı tərəfi razı etməyən, onu pərt edəcək bir üslubdan istifadə edilməsi, o mühiti sevindirmək əvəzinə narahatlıq meydana gəlməsinə səbəb ola bilər. Bəlkə də zarafat edən insan həqiqətən də yaxşı niyyətlidir.

Söyləyəcəyi sözlərin təsirini tam olaraq anlamadığı və ya istəmədən səhv sözlər seçdiyi üçün belə davranış göstərə bilər. Ancaq bunları əvvəlcədən düşünərək hərəkət etmək gözəl əxlaqa daha uyğundur. İnsan ağılla, vicdanla düşünərək deyiləcək ən gözəl söz və davranışı seçməklə məsuldur. Buna görə də ən gözəl olan insanın bütün bunları düşünə biləcək bir əxlaqa sahib olmasıdır.

Bu cür misalları artırmaq mümkündür. Məsələn, bir məclisdə olduqda orada mümkün qədər ən gözəl, ən nəzakətli sözləri işlətmək, qarşı tərəfi ən gözəl şəkildə, hörmətlə, sevgi ilə tərifləmək, şişirdilmiş davranışlara və saxta komplimentlərə yol verməmək, lakin qədərincə məmnuniyyət bildirmək ən gözəl davranış üslubu olar. Bu mövzuda buraxılacaq ən kiçik səhv belə qarşı tərəfdə mənfi təəssüratlar yarada bilər. Ortada açıq-aşkar "səhv" bir davranış olmaya bilər. Amma meydana çıxacaq ən səmimi məmnuniyyət hissləri ilə bu mənfi təəssüratlar müqayisə edildiyi zaman buradakı davranış əskikliyi açıq-aşkar ortaya çıxar.

Bəzən də bir insana özündən daha təcrübəli, daha ağıllı, daha incə düşünə bilən bir nəfər tərəfindən məsəhət verilə bilər.

Burada da ‘ən gözəl olan' davranış o adamın (Allah rizası üçün) verdiyi məsləhətə, eyni şəkildə (Allah rizası üçün) mümkün olan ən gözəl söz və davranışla cavab verməkdir. Tənqid edən tərəf o adamın nəfsini ortaya qoymaqla onun daha yaxşı, daha mükəmməl olması üçün, diqqətlə və düşünərək danışır. İnsan belə gözəl əxlaqa ən azından eyni cür, hətta daha gözəl cavab verməlidir. Qarşı tərəfin tənqidlərini qəbul etdiyini, dəstəklədiyini, izah edilənlərə səmimi qəlbdən inandığını, qətiyyən əsəbi və hirsli olmadığını, heç bir narahatlıq hiss etmədiyini mümkün ola biləcək ən yaxşı şəkildə ifadə etməlidir. Bunun əvəzinə isə sadəcə bir neçə qısa cümlə ilə cavab versə, məmnun olub-olmadığı haqda heç bir izah verməsə, simasında məmnuniyyətsiz bir ifadə meydana gətirsə, səsinə ağır bir ton versə, qarşı tərəfin fikirlərilə razılaşdığına dair heç bir izah verməsə, əlbəttə ki, bu, tamamilə başqa məna verər. İlk baxışdan bu adam əslində səhv söz söyləməmiş, etiraz etməmiş, tərs bir üslub istifadə etməmişdir. Buna görə də sanki səhv bir şey etməmiş kimidir. Amma daha incə vicdanlı anlayışla baxılarsa, bu davranışın belə bir vəziyyətdə göstəriləcək "ən gözəl davranış" olmadığı görünər. Əgər əvvəlki sətirlərdə izah edildiyi kimi, bu adam qarşı tərəfə olan hörmətini, sevgisini, məmnuniyyətini ən gözəl söz, ən gözəl davranışla və ən mükəmməl şəkildə ifadə etsə, əlbəttə ki, bu Quran əxlaqına ən uyğun olan davranış olardı.

Bir insana eynilə xoş söz, bir kompliment deyildiyi zaman da qarşı tərəfin eynilə hər şeyi nəzərə alaraq "verilə biləcək ən gözəl cavabı" verməsi lazımdır. Bu adam komplimentlə üzləşdiyi zaman sadəcə "təşəkkür edirəm" deyə bilər. Əlbəttə, bu da gözəl bir sözdür və sanki bunda da səhv yoxdur. Amma əslində kifayət deyil. Bir insanın qarşı tərəfə sevgi bəsləməyində, kompliment deyib gözəl söz söyləməyindəki ən əsas məqsəd (Allah rizası üçün) qarşılıqlı sevgini, hörməti, yaxınlığı artırmaq, gözəl mühit meydana gətirmək və ətrafdakılara sevinc bəxş etməkdir. Allah rizasını qarşısına məqsəd qoyan bir insan belə bir vəziyyətdə, ən azından qarşı tərəfdəki qədər, hətta mümkündürsə daha çox kompliment deyərək, qəlbən, sevgi ilə, hörmətlə, sevinclə və ən gözəl, ən nümunəvi sözləri seçərək cavab verməsi, daha gözəl bir əxlaq anlayışına sahib olduğunu göstərər.

Bütün bu nümunələrin göstərdiyi çox əhəmiyyətli bir həqiqət var: Gözəl əxlaq incəliklərdə gizlənmişidir. Bir insan ümumi mənada həqiqətən möhkəm xarakterli, etibarlı, sadiq, yaxşı niyyətli, çalışqan bir insan ola bilər. Ancaq ən incə məqamlarda bu cür çatışmazlıqları ola bilər. Çünki bu xüsusiyyətlər bir insanı heç bir tərəddüd olmadan, qəlbən seviləcək və güvəniləcək hala gətirən əsaslardır.

"Ən gözəl davranışlar" ətrafdakı insanlarda dərin sevgi, hörmət, şəfqət, mərhəmət, yaxınlıq və məmnuniyyət meydana gətirir. "Bəsit davranışlar" isə qarşı tərəfdə yalnız bəsit təsirlər yaradır.

Allahdan qorxan bir insanın Allahın ən razı olacağı əxlaqı seçib tətbiq etməsi lazımdır. Allahın razılığının ən çoxu eyni zamanda insanın bütün davranışlarında bu əsaslara diqqət yetirməsindədir. Quranda möminlərə xas olan bu əxlaq belə bildirilmişdir:

Bəndələrimə de: Gözəl söz söyləsinlər. Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir! (İsra surəsi, 53)
(məqalə harun yahya)