"Müxalif ruh halı"ndan çəkinmək: Mülayim olmaq möminin gözəl əlaməti və əhəmiyyətli sevgi vəsiləsidir



Bəzi insanlar cəmiyyətdə digərlərinə nisbətən daha çox sevilir və daha üstün tutulurlar. Bunun əsas səbəblərindən biri bu şəxslərin mülayim olmağın əhəmiyyətini kəşf etmələridir. Demək olar ki, hamı həyatı boyu heç kimlə yola getməyən insanlara rast gəlmişdir. Bu şəxslər ətrafda baş verən hər hadisəyə qarşı məqsədsiz bir şəkildə "müxalif ruh halı"ndadırlar. Əsas məqsədləri doğru olanı tapmaq, səhv olanı düzəltmək, uyğun olmayan işin görülməsinə mane olmaq və ya daha yaxşı bir alternativi tətbiq etmək deyil. Heç bir səbəb olmadan məntiqli və ya məntiqsiz hər bir hadisədə "əks fikir" bildirməyə meyillidirlər.

Şübhəsiz ki, insanları bu "müxalif ruha" sövq edən və həmişə "əks düşüncədə" yaşamalarını təşviq edən şeytandır. Şeytan insanın vicdanlı, ağıllı, təvəkküllü, şükr edən, xeyirxah, Allahın yaratdıqlarından razı olan, ətrafındakılara qarşı gözəl əxlaq göstərən insan olmasını istəmir. Özü kimi üsyankar, nankor, təvəkkülsüz, naşükür, heç kimlə yola getməyən, başqalarına tabe olmayan, laqeyd, təvazökarlıqdan uzaq olmasını istəyir.

Şeytanın təsiri altına düşənlər hər yerdə və istənilən mövzuda bu xüsusiyyətləri ilə diqqət çəkirlər. Məsələn, qrup daxilində hamı ortaq bir iş görməyə qərar verdiyi zaman bu adam o işə qoşulmaq istəməz. Hamı əyləndiyi halda o, kənarda oturar. Gözəl bir zarafat edilərkən hamı güldüyü halda, o gülməz. Söhbət edildiyi zaman susar. Hamı gəzintiyə çıxmaq istəyəndə o, evdə oturmaq istəyər. Hamı yatmaq istəyəndə o, oturub nə isə etmək istəyər. Bir şeyi bəyənib-bəyənmədiyi soruşulduğu zaman mütləq bir qüsur tapar. Bir mövzuda fikir bildirməsi istəndiyi zaman "ağlıma heç nə gəlmir" deyə qarşı tərəfi məmnun etməyəcək cavablar verər. Bir problem həll edilməyə çalışıldığı zaman mütləq problem çıxarar. Çox kiçik bir fədakarlıqla həll edilməli mövzu olduğu halda buna heç vaxt yanaşmaz, bunun əvəzinə başqasının fədakarlıq etməsini istəyər. Kömək etməsini istədikdə bir bəhanə ilə mütləq rədd edər. Ətrafında bir çox gözəllik var ikən həmişə mənfi tərəfləri dilə gətirər. Hər şeydən şikayət edər. Özünə hədiyyə verildiyi zaman və ya xoşuna gələcəyi düşünülərək yaxşılıq edildiyi zaman lazımi şəkildə nəzakət göstərib təşəkkür etmək əvəzinə, özünə təqdim edilən şeydə bir qüsur tapıb onu dilə gətirər. İkram edildiyi zaman ürəyi istəməsə belə nəzakət göstərib almaq əvəzinə "ürəyim istəmir" kimi kobud üslubla qarşı tərəfi rədd edər.

Bu şəxs bu və buna bənzər davranış üslubları ilə "yola getməyən" insan halına gəlir. Həmişə problem çıxaran, müxalif çıxan, çətinləşdirən, bəhanə tapan, mənfi halları dilə gətirən, deyingən, heç nədən məmnun olmayan, tabe olmağı bacarmayan insan modeli meydana gətirər.

Halbuki insanın fitrəti asanlaşdıran, rahatlaşdıran, özündən fədakarlıq tələb edildikdə bunu qarşı tərəfə hiss etdirmədən edən, məqbul olan hər şeyə tabe olan, insanlarla rahat olacaq şəkildə yaradılmışdır. Belə insan həqiqətən lazım bildiyi hər yerdə ağılın və vicdanın tələb etdiyi şəkildə müxalif çıxsa belə, bu, qarşı tərəfi heç narahat etməz. Çünki ağıllı, məntiqli və vicdanlı müxalifət qarşı tərəfin narazı qalacağı yox, əksinə, faydalanacağı müdaxilədir. Çünki səhv edərkən doğru olanı təsbit etmək o şəxsin də mənfəətinə uyğundur.

Mülayim insanlarla cəmiyyətdə bir çoxları dostdur. Digər insan xarakterlərinə görə daha nadir rast gəlinən bu insanlar hamının sevdiyi insanlardır. Gözəl bir söz söyləndiyi zaman onu tamamlayan cavabı verərlər. Özlərinə bir kompliment deyildiyi zaman qarşı tərəfə daha gözəl kompliment deyərlər. Zarafat edildiyi zaman xoşlarına gəlsə də, gəlməsə də və ya kifayət qədər gülünc olsa da, olmasa da qarşı tərəfin razı qalacağı söz söyləyərlər. Qarşı tərəf məqbul olan bir təklif etdiyi zaman çox istəməsələr də o adamın seçiminə hörmət edərlər. Yanlarındakı insanlar ciddi bir işlə məşğul olduqları zaman diqqətlərini yayındırmamaq üçün sakitliyə riayət edərlər. Əgər şən, əyləncəli mühit varsa, bu dəfə də canlı, söhbətcil, aktiv olarlar. Bir neçə nəfər birlikdə yemək yeyəcəyi zaman qarşı tərəfin sevdiyi və xoşladığı yeməyi seçməyə üstünlük verərlər. İstirahət etmək istəyərkən qarşı tərəf çətin və kömək tələb edən bir iş görməyə başlasa, öz vəziyyətlərini heç hiss etdirmədən dərhal gedib kömək edərlər.

Belə insanların olduğu yerlərdə mübahisə mühiti demək olar ki, heç olmaz. Çünki bu insanlar özləri mülayim olduqları kimi müxalif ruhla hərəkət edənləri də sakitləşdirən təsir yaradırlar.

Bəzən cahil cəmiyyətlərdə də bəzi insanlar müxtəlif məqsədlərlə bu cür xarakter göstərə bilərlər. Bəzən dost qazanmaq, bəzən qarşı tərəfə özlərini sevdirə bilmək, bəzən də mənfəət əldə edə bilmək üçün ətraflarındakı insanlara qarşı çox səmimi və mehriban olarlar. Ancaq əlbəttə ki, bu çox az davam edən, müvəqqəti və hiyləgər üslubdur.

İnsanın Allahdan qorxduğu üçün ətrafındakı insanlara qarşı mülayim, sakitləşdirici, müsbət, rahatlıq verən, mehriban xarakter göstərməsi isə çox gözəl bir mömin əlaməti və çox gözəl bir sevgi nümunəsidir. O insanın vicdanını, ağlını, Allah qorxusunu, imanını, iradəsini, səmimiyyətini, sevgisini və möhkəm şəxsiyyətini nümayiş etdirir. Bu, müvəqqəti olmayan, sabit xarakter xüsusiyyətidir.

Möminin bu mövzudakı səmimiyyəti "ətrafdakıların vicdan etibarilə səhv olduğunu bildiyi mövzuda onlara tabe olmaması ilə" aydın olur. Doğru olmayan rəftara, gözəl olmayan sözə, lağlağı zarafata, səhv qərara, haram hərəkətə, Allahın məmnun olmayacağı rəftara və sözə, gözəl olmayan əxlaqa, nəzakətsiz, mərhəmətsiz, hörmətsiz rəftara heç vaxt tabe olmaz. Özü tabe olmadığı kimi bu əxlaqı mənimsəyən birinə də heç çəkinmədən ən gözəl sözlə mütləq doğru yolu göstərər.

Buna görə də iman edən bütün insanların bu əhəmiyyətli xarakterik xüsusiyyəti üzərində düşünüb gün ərzində "Müsəlmanlara qarşı gözəl əxlaqda daha uyğun rəftarları necə nümayiş etdirə bilərəm?", "necə daha səmimi və mehriban ola bilərəm?", "Allahın və Müsəlmanların sevgisini daha çox necə qazana bilərəm?" deyə düşünməlidir. Belə düşünərək vicdanını məcbur edən insan gün ərzində qarşısına bu əxlaqı göstərə biləcəyi yüzlərlə fürsət çıxacağını görəcək. Bütün bunlarda ən gözəl davranışı seçib tətbiq etmək, inşaAllah, Allahın razılığına da ən uyğun olan rəftar olacaq.
(məqalə harun yahya)