Son sözü demək xəstəliyi...



Ətrafınızdakı insanları bir neçə saat olsa müşahidə etsəniz, insanların böyük əksəriyyətinə hakim olan vacib bir xüsusiyyəti görərsiniz: İnsanlardakı bu xəstəliyi görmək üçün mütləq çox əhəmiyyətli mövzulardan danışmaq lazım deyil. Bəzən dilə gətirilən bir xatirə, bəzən bir yeməyin tərifi, bəzən seyr edilən bir televiziya proqramı, bəzən yaşanan gündəlik bir hadisə, bəzən də oxunan adi bir qəzet xəbəri belə insanlardakı bu xəstəliyi ortaya çıxara bilər. Əlbəttə ki, bu qədər adi gündəlik söhbətlərdə belə bu rəftarı göstərən insan daha əhəmiyyətli və həyati mövzular olduqda son sözü özündən başqa kiminsə deməsinə izn verməz.

Bir çox insan özündəki bu vərdişi "şəxsiyyətli olmaq", "iştirakçı olmaq", "ağıllı hərəkət etmək", ya da "şəxsiyyətini ortaya qoymaq" kimi düşüncələrlə təyin edə bilər. Amma nə cür adlandırılırsa-adlandırılsın, son sözü demək vərdişi çox böyük çatışmamazlıqdır.

Üstəlik insan həqiqətən çox ağıllı ola bilər. Hamıdan daha təcrübəli, daha əsaslı düşünə bilən biri ola bilər. Ancaq bütün bu şərtlər bir yerdə olsa belə insanın yalnız öz ağlına güvənməsi, öz dediyində israr etməsi və heç kimin düşüncəsinə etibar etməməsi bir çox cəhətdən səhvdir.

Əvvəlcə insanın hər nə olursa-olsun son sözü söyləmədən rahat ola bilməməsinin arxasında gizlənən duyğu "eqoizm", yəni "böyüklük" hissidir. Nəfslərindəki "hər kəsdən daha böyük olmaq istəyi" bu insanların ətrafdakı insanlar üzərində yalnız özlərinin söz sahibi olmağa çalışmasına səbəb olur. İstəyirlər ki, yalnız öz dedikləri olsun, hər bir hadisə onların təkliflərinə görə həll edilsin, hər kəs bu adamın doğru və səhvlərinə tabe olsun, hamının ən çox hörmət etdiyi, etibar etdiyi şəxs özləri olsun. Bunun əksini edən biri olduqda isə eqoizm hissinə qapılan şəxslər bu adamın rəftarlarından son dərəcə narahat olurlar. Özləri kimi son sözü demək xəstəliyinə tutulmuş başqa bir adamla qarşılaşdıqları zaman isə bu şəxsə ciddi şəkildə qarşı çıxır və qalib gəlmək istəyinə qapılırlar.

Bir mövzuda üstünlük təmin edə bilmək, haqlı çıxa bilmək, öz fikirlərini qəbul etdirə bilmək və son sözü deyə bilmək üçün gözəl əxlaqa uyğun olmayan bir çox rəftar göstərməyi də nəzərə alırlar. Bəzən tərs davranışlar göstərərək, sərt üslublardan istifadə edərək, söz kəsərək, incidici və iynələyici sözlər söyləyərək, gözəl bir söhbəti mübahisəyə çevirərək necə olursa-olsun bu pis vərdişi davam etdirirlər.

Halbuki gözəl əxlaqlı insanın haqlı çıxmasındansa, əvvəlcə yanlarındakı Müsəlman qardaşlarına sevgi ilə, hörmətlə, təvazökarlıqla, xoş münasibətlə yaxınlaşması, ən doğrunu özü bilsə belə mövzunu mütləq onların könüllərini alaraq, mehribanlıqla, onların razı qalacaqları şəkildə həll etməsidir. İnsanın doğru olan bir şeyi tətbiq etməsinin bir sıra gözəl yolu var. İnsanın bütün bu gözəl əxlaq xüsusiyyətlərinə əhəmiyyət vermədən, yalnız doğru bildiyini söyləyib keçməsi isə Quran əxlaqına uyğun deyil.

Bundan əlavə, insanın hər zaman, hər mövzuda mütləq ən doğru olanı bilməsi çox çətindir. Hər insanın ətrafındakı insanlardan öyrənəcəyi, istifadə edəcəyi, fikir mübadiləsi aparacağı, nümunə götürəcəyi bir çox mövzu var. Bəzən bir nəfərin heç düşünə bilmədiyi detal, heç gözlənilməyən bir nəfərin ağlına gələ bilər. Allah hərəyə bir mövzunun fərqli cəhətlərini göstərib hər birinə fərqli üsullarla düşünmələrini ilham edə bilər.

Buna görə də insanın özündən başqa heç kimi söz sahibi qəbul etməməsi, özündən başqasının sözünü dinləməməsi və mövzuya nöqtə qoyanın həmişə yalnız özünün olmasını istəməsi məqbul qarşılana biləcək əxlaq deyil.

Allah Quranda "elmini dilədiyi şəxsə verə biləcəyini" və "hər biləndən üstün bir bilən olduğunu" bildirmişdir:

... Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır! (Yusuf surəsi, 76)

Quran əxlaqına uyğun olan bir Müsəlmanın dünyanın ən ağıllı insanı olsa belə, yenə də mömin qardaşlarına qarşı təvazökar olmalıdır. Mömin ən yaxşı bildiyi bir mövzuda belə bu əxlaqın tələbi olaraq son sözü başqalarının öhdəsinə buraxmalı, hər kəsin fikrinə hörmət etməli, nəzakətlə və könül alaraq hərəkət etməlidir.

İnsan nə qədər özündən əmin olursa-olsun, son sözü söyləmədiyi zaman o mövzuda çatışmamazlıq olmayacağını bilməlidir. Əgər mömin Allahın rizasına tabe olaraq gözəl əxlaq göstərirsə, Allahın onu hər zaman ən doğru olana yönəldəcəyindən və ona ən doğru olanı etdirəcəyindən əmin olmalı və heç vaxt şübhəyə düşməməlidir.

Allah Quranda möminlərə bu həqiqəti belə bildirmişdir:

Kafir olanlar: "Məgər Rəbbindən ona bir möcüzə endirilməli deyildimi?" – deyirlər. De: "Allah istədiyini sapdırır. Tövbə edən şəxsi isə Öz hidayətinə qovuşdurur". (Rəd surəsi, 27)
(məqalə harun yahya)