Ağılla düşünmək üstün keyfiyyətdir



Bəzi insanlar başqalarına nisbətən daha çox nəzərə çarpan şəkildə üstün xüsusiyyətlərə sahibdirlər. İnsanlar bu şəxslərə qarşı daxilən dərin hörmət və heyranlıq hiss edərlər. Ancaq bu heyranlıqlarının nədən qaynaqlandığı barədə çox da düşünməzlər. Kənardan baxan bəzi insanlar bu adamın təbii olaraq belə üstün xüsusiyyətlərə sahib olduğunu zənn edər. Şəxsiyyətinin və ya fitrətinin bu şəkildə olduğunu, buna görə də heç çətinlik çəkmədən bu cür hörmət qazandıqlarını düşünərlər. Halbuki, bu insanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri "ağılla düşünməsi"dir. Sahib olduğu üstünlüklər ağlından istifadə etməsinin nəticəsində ortaya çıxır.

Bir çoxları bu insanın əxlaqındakı gözəlliklərdən istifadə etmək lazım gəldikdə məmnuniyyətlə qəbul edərlər. Amma eyni gözəlliklərin özlərində də meydana gəlməsi üçün ağılla düşünməyə yaxın durmazlar. Bunu çox əziyyətli iş olaraq görər, bunun əvəzinə "ağılla düşünən insanları təqlid etməyi" seçərlər. Quranda bu şəxslərin vəziyyəti, "… Onların əksəriyyəti isə dərk etmirlər..." (Maidə Surəsi, 103) ayəsi ilə xəbər verilmişdir.

Ancaq ağılla düşünməyib yalnız ağıllı insanları təqlid etmək, nə həmin şəxslərin öz istədikləri nəticəni verər, nə də ətrafındakı insanlarda təsir meydana gətirər. Hazıra-nazir, əzbərçi, ağılla düşünməyən bu insanlar tam əksinə, çox vaxt insanlara mənfi təsir edir. Ağılla düşünmədən, sadəcə təqlid edən insanın sözləri ətrafda istənən marağı meydana gətirməz. Hətta sanki hipnoz təsiri göstərərək dinləyənlərin çox maraqlı bir mövzuda belə beyinlərinin uyuşmasına və diqqətlərinin dağılmasına səbəb olar. Eyni şəkildə təqlid edilən davranışlar da qarşı tərəfdə narahatlıq meydana gətirir. Bu davranışların ağılla düşünərək ən uyğun, ən lazımlı və ən məqsədəuyğun şəkildə, yerli-yerində, ətrafda meydana gətirəcəyi təsir ən yaxşı şəkildə hesablanaraq, ən kafi miqdarda tətbiq olunmaması ilə, ağılla düşünən insanın rəftarları arasında böyük bir təzad meydana gələr.

Ağılla düşünməyən insanların diqqət etmədikləri əsl mövzu isə ağılla düşünən bir insan üçün çox böyük nemət və rahatlıqdır. Ağılla düşünmək eyni zamanda insana çox böyük zövq verir. İnsan ağılla düşündükcə həyatının hər sahəsində mümkün olan ən gözəl həyat şəklini əldə etmiş olur. Dünyadakı bütün nemətlərdən ən çox zövq ala biləcək anlayış qazanar. Hər şeyi ola biləcək ən qısa zamanda həll edər. Əxlaqını və şəxsiyyətini ola biləcək ən mükəmməl hala gətirər. Hər xüsusiyyətiylə ətrafında mütləq hörmət və heyranlıq meydana gətirər. Hər sözü alışılmayan, orijinal, təsirli, hikmətli və insanlara mümkün ola biləcək ən çox faydanı təmin edəcək şəkildədir. Rəftarları və sözləri insanlarda narahatlıq meydana gətirməz. Hər sözünün ətrafına edəcəyi təsiri və bunların risklərini ən yaxşı şəkildə hesablayaraq danışar. Hər kəsin sevgisini, hörmətini, yaxınlığını, dostluğunu, etibarını qazanar. Özü də sevgini, hörməti, dostluğu ən mükəmməl şəkildə yaşaya biləcək bir dərinlik əldə edər.

Əlbəttə ki, istəyən hər insanın ağılla düşünməsi mümkün deyil. Ağıl yalnız iman ilə ortaya çıxar. İnsan Allahı nə qədər çox sevirsə, Allahdan nə qədər çox qorxursa, Allahın buyruqlarını dünyadakı hər şeydən nə qədər üstün tutursa, Allah ona o nisbətdə ağıl, səmimiyyət və şüur açıqlığı verir.

Buna görə xüsusilə də bu imani həqiqəti bilən insanların ağıllı insanları təqlid etmək əvəzinə, həqiqətən ağıllı insan olmağa çox cəhd etmələri və bu istiqamətdə ciddi səy içində olmalıdırlar. Bunun insan üçün dünya həyatında ola biləcək ən böyük nemətlərdən biri olduğunun başa düşmək lazımdır. Ağıllı insan ilə ağıllı insanları təqlid edən insanın həyatı arasında da çox böyük fərqlər var. Ancaq ağılla düşünməyən insan, məhz bu xüsusiyyətinə görə əslində necə böyük bir itki içərisində olduğunun fərqində deyil. Ancaq ağıllı insan bu şəxslərin itkisini fərq edə biləcək bir şüur açıqlığı içərisindədir.

Buna görə də hər bir insanın öz ağlından az istifadə etdiyi ehtimalını düşünməli və bu ehtimala görə ağlından daha çox istifadə etməyə çalışmlıdır. İnsan Allaha qarşı dürüst və səmimi olsa, Allah ona hər an hər hadisədə nə etməli olduğunu, ən ağıllı sözləri, ən ağıllı davranışları ilham edər. Kim Allaha qarşı çox səmimi olsa Allah onu çox ağıllı edər. Allah Quranda bu həqiqəti insanlara belə bildirmişdir:

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir! (Ənfal Surəsi, 29)
(məqalə harun yahya)