''Xarakterim belədir. Əlimdə deyil, nə etsəm pis xasiyyətlərimi dəyişdirə bilmirəm'' məntiqi Qurana uyğun deyil



Bəzən insanlar mənfi xüsusiyyətlərinin dəyişdirmək istəyirlər, ancaq göstərdikləri səylərə baxmayaraq, istədikləri nəticəyə nail ola bilmirlər. Belə vəziyyətdə şeytanın bu şəxsləri yönəltdiyi ilk düşüncə "şəxsiyyətlərinin sabit və dəyişməz olması, bu səbəbdən də nə qədər səy göstərsələr belə xarakterlərini dəyişdirə bilməyəcəkləri" şəklindədir. Şeytan xüsusilə də bu şəxsləri "əllərindən gələn hər şeyi etdiklərinə, ancaq yenə də heç bir dəyişiklik meydana gəlmədiyinə" inandırıb onların gözəl əxlaqa sahib olmaq üçün səy göstərməkdən uzaqlaşdırmaq istəyir.

Şeytanın bu tələsinə düşən adam nəfsindəki qürur, eqoizm, qısqanclıq, kin, hirs kimi xüsusiyyətlərlə qarşılaşdığı zaman vicdanını dinləyə bilmir. Şəxsiyyətindəki mənfi xüsusiyyətlərə qarşı mübarizə apara bilmir. "Necə olsa edə biləcəyim bir şey yoxdur" deyərək bu xüsusiyyətlərini mühafizə edir. Ətrafındakı insanlara da "bunlar mənim çox pis xüsusiyyətlərimdir, bilirəm, amma məni belə qəbul edin", "mən bu mövzuya çarə tapa bilmədim, buna görə məni bağışlayın" deyir.

Halbuki iman edən, Quran ayələrindən xəbərdar olan hər insanın çox yaxşı biləcəyi kimi bu adamın qarşıya qoyduğu bütün məntiqlər əvvəlldən axıra kimi səhvdir. Yalnız şeytanın aldatmacasından ibarətdir.

Çünki Allah hər insanın nəfsini eyni xüsusiyyətlərlə yaratmışdır. Hər insan özünə hər cür yaxşılığın, incəliyin, gözəlliyin yolunu göstərən vicdana malikdir. Eyni şəkildə, hər insanın nəfsində pisliyin hər cürünü tətbiq edə biləcək məlumat da mövcuddur. Bu səbəbdən, gözəl əxlaqlı yaxşı insanla pis əxlaq göstərən insan əslində eyni şərtlərə və eyni məlumata sahibdirlər.

Allah Quranda insanları nəfslərindəki yaxşılıq və pisliklərlə birlikdə yaratdığını, ancaq onlara bu pisliklərdən təmizlənməyin yolunu da öyrətdiyini, diləyənin yaxşı, diləyənin isə pis olmağı seçdiyini bildirmişdir:

“And olsun nəfsə və onu yaradana (ona biçim verənə); Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.” (Şəms surəsi, 7-10)

Bu, Quran oxuyan hər insanın bildiyi bir həqiqətdir. Bu səbəbdən imanlı bir insanın "nəfsindəki pisliyi məğlub etməyin yolunu bilmədiyini və səy göstərdiyi halda bu mövzuda müsbət bir nəticə ala bilmədiyini" söyləməsi heç bir cəhətdən doğru deyil. Allah Quranla, vicdanıla hər insana nəfsini tərbiyə etməyin yolunu göstərmişdir.

Bu vəziyyətdə böyük ehtimalla bu insan ya lazım olandan daha az səy göstərmiş, ya gözəl bir nəticə əldə etmiş, amma bunda qərarlı olmamış, iradə göstərib bunu davam etdirə bilməmişdir, ya da göstərdiyi səyi həyatının bütün sahələrində tətbiq etməmişdir. Müəyyən şəxslərə, müəyyən hadisələrə, müəyyən şərtlərə qarşı vicdanla yanaşmış, iradə göstərmiş, nəfsindəki pislikləri məğlub etmiş, amma müəyyən məqamlarda da nəfsini haqlı görərək köhnə xasiyyətlərini davam etdirmişdir.

Halbuki Allah Qatında məqbul olan, insanın hər şəraitdə, hər hadisədə, hər insana qarşı nəfsinin pisliklərini məğlub edə bilməsi, vəziyyətə görə dəyişən müəyyən bir "dayanıqlılıq sərhədi"nin olmamasıdır. Bir çox çətin hadisə üst-üstə düşsə də, qarşısına özündən daha çox qüsuru olan, dözümsüz, mərhəmətsiz, hirsli, tərs insanlar çıxsa da, mömin yenə də gözəl əxlaqda iradə göstərməlidir. Allah bəzən imtahanın gərəyi olaraq bir çox çətinliyi eyni anda yarada bilər. Xəstəliklər, maddi çətinliklər, ətrafdan gələn böhtan, təzyiq, hücumlar və şeytanın vəsvəsələri bir anda bir adamın həyatına hakim ola bilər. Ancaq əsl möminləri ortaya çıxaran, həqiqətən səmimi iman edənlərin ayırd edilməsini təmin edən hadisələr də bunlardır.

Bu səbəblə səmimi mömin heç bir zaman üçün özünü şeytanın təlqinlərinə buraxıb gücsüzlüyü qəbul etməz. Nə danışığında, nə də düşüncələrində əsla özünə gücsüzlük təlqini etməz. Əksinə nəfsindəki pis xasiyyətlərə, şəxsiyyətindəki pozuqluqlara qarşı qəti iradə ilə etiraz edib güclü bir xarakter göstərər. Mömin Allahın razılığını qazana bilmək üçün nəinki şəxsiyyətindəki bir neçə əskikliyi, hətta dünya şərtlərində qarşısına çıxan hər cür çətinliyi aşmağı bacarar. Əsl həyatın axirətdə olduğunu, dünya həyatının isə sınanaraq keçəcəyini bilir. Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir.

Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır! (Bəqərə surəsi, 177)

Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır! (Bəqərə surəsi, 214)
(məqalə harun yahya)