İnsan diqqətini dünya həyatındakı arzularının reallaşıb-reallaşmamasına deyil, sonsuz həyatında bunları qazana biləcək bir əxlaqda olub-olmadığına yönəltməlidir



Hər bir insanın dünya həyatında reallaşmasını arzuladığı şeylər var. Bəzisi üçün bu hadisələrin reallaşması çox yaxın, imkanları da bunun meydana gəlməsi üçün çox uyğundur. Bəzi insanların çox böyük bir istəklə arzuladıqları hadisələrin reallaşması isə (Allahın diləməsi xaricində) çox çətin görünür. Bu insanların sahib olduqları maddi-mənəvi imkanlar və yaşadıqları şərait arzuladıqları hadisələrin reallaşmasını çətinləşdirir. Məsələn, yaşlı bir insan nə qədər gənc olmağı arzulasa da, (Allahın adətullahına əsasən) bu, dünya həyatında Allah bir möcüzə yaratmadığı müddətcə mümkün deyil.

Ancaq imkanları istəklərinin reallaşması üçün çox uyğun olan insanlar da var. Onlar da eyni ehtirasla xəyallarının reallaşmasını istəyirlər. Lakin insanın dünya həyatında istədiyi hər şey ən mükəmməl şəkildə reallaşsa da, reallaşmasa da insanların qətiyyən unutmamalı və çox yaxşı düşünməli olduqları bir həqiqət var:

Bütün istədiklərini əldə edənlər də, istədiklərinin heç birini əldə edə bilməyənlər də bu dünyada çox qısa bir müddət yaşayacaqlar biləcəklər...

Dünya həyatı bir göz qırpımı kimi keçəcək və insanların əldə etdikləri xoşbəxtliklər də sürətlə tükənib bitəcək...

Buna görə də insan bütün diqqətini yalnız arzularının reallaşıb-reallaşmamasına deyil, sonsuz axirət həyatını qazanmaq üçün bir əxlaqa sahib olub-olmadığına yönəltməlidir. Çünki insanın bütün istəkləri xəyal etdiyi kimi qüsursuzca reallaşsa belə, bundan alacağı xoşbəxtlik hissi bir neçə on ili aşmayacaq. Axırda mütləq bu nemətlər əlindən çıxacaq, ölümlə birlikdə sahib olduğu hər şey arxada qalacaq. Arzu etdiyi bütün gözəllikləri axirətdə əldə etməyi hədəfləyən insan isə bu xoşbəxtliyi sonsuzadək, dilədiyi qədər yaşaya biləcək.

Böyük İslam alimi imam Qəzali bu mövzuda insanları belə xəbərdar etmişdir:

"... Dünyadakı hökmdarların rütbələri onların sahib olduqları mövqelərin yanında kiçik və sönük qalır, onlarla müqayisə belə edilə bilməz! Axirət sultanlığı haqqında Cənab Haqq belə buyurur:

"Orada hara baxsan nemət və böyük bir mülk görərsən..." (İnsan surəsi, 20)

"Cənab Haqqın böyük bir səltənət dediyi axirət mülkünü sən də uca tut! Sən də çox yaxşı bilirsən ki, dünya və içindəkilər çox az və dəyərsiz şeylərdir. Həyat qısa, dünyadakı nemətlərin davamı qısa və çox az bir müddətdir. Sonra bizlər bu azın azını əldə etmək və az bir müddət ondan faydalanmaq üçün canımızı və malımızı səfərbər edirik. Bir qismimiz bunu əldə edir, bir qismimiz əldə edə bilmir, əldə edənlərə qibtə edir. Onu əldə etmək üçün canını və malını təhlükəyə atdığına heç baxmır" (İmam Gazali, Cənnətə Doğru, (Yeddi Keçid), Minhacü'l-Abidin, səf. 319)

"... Bunu bilməlisən: Bu dünya heç vaxt baqi deyil. Ya sən onu tərk edəcəksən, ya da o səni tərk edəcək! Hz. Həsən (r.a.) deyir ki: "Dünya nemətləri davam etsə də sənin həyatın bir gün sona çatacaq. O zaman dünya həyatının arxasınca qaçmağın və çox qiymətli ömrünü onun yolunda sərf etməyin nə mənası var?" (İmam Gazali, Cənnətə Doğru, (Yeddi Keçid), Minhacü'l-Abidin, səf. 145)

İnsanın qısa bir müddət bu həqiqəti düşünməsi və bu müqayisəli təhlil etməsi çox əhəmiyyətlidir. Öz-özünə bir qərar verməli, yalnız dünyadakı gözəllikləri əldə etməyi hədəfləməyin insana heç bir faydası olmayacağını görməlidir. Allah diləsə, insana dünyada da nemət verə bilər və bu həmin insan üçün çox böyük lütf olar. Amma insanın bunu “mütləq olmalıdır” deyərək hədəfə çevirməsi, bütün rahatlığı, xoşbəxtliyi, sevinci üçün bunun sanki vacib olması çox böyük bir qəflət və səhvdir. İnsan arzu etdiyi bütün gözəllikləri Allahdan dünyada və axirətdə özünə lütf etməsini diləməli, ancaq təqdiri Rəbbimizə həvalə edərək ona verilənlərlə xoşbəxt olmalıdır. Ancaq əhəmiyyətli olan bu xoşbəxtliyi də yalnız səthi xoşbəxtlik olaraq deyil, sonsuz həyatında Allahın özünə bütün dilədiklərini verəcəyinin ümidi ilə səmimi xoşbəxt olaraq yaşamalıdır.

Bu da unudulmamalıdır ki, insanın axirəti yalnız sonsuz yaşaya bilmək və orada hər istədiyini sonsuza qədər əldə edə bilmək üçün istəməsi ona heç bir şey qazandırmayacaq. İnsanın əsl hədəfi Rəbbimizin sevgisini, Onun dostluğunu qazanmaq və sonsuza qədər Allahın məmnun olduğu insanlardan olaraq yaşamaq olmalıdır. Allaha qarşı bu cür güclü sevgisi olan bir insana Allah nemətini sərhədsiz olaraq lütf edəcək. Amma Allah sevgisi olmadan və əsl hədəf Allah sevgisi olmadan bu nəticənin meydana gəlməsi mümkün deyil. İmam Qəzali Allahın rizası və sevgisinin nə qədər qiymətli olduğunu və Allahın rizasını seçən bir insanın nə qədər böyük mükafatlara layiq görüləcəyini aşağıdakı nümunə ilə izah etmişdir:

“Bir insanın çox qiymətli və gözəl ləl-cəvahiratı olduğunu düşünək. Bunu baha qiymətə satması mümkün ikən aparıb bir neçə qəpiyə satsa, bu hərəkət o adam üçün böyük bir zərər və böyük bir aldanma olmazmı? Eyni zamanda, bu hərəkət himmətinin (əməyinin) aşağılığına, görüşünün zəifliyinə və ağlının qıt olduğuna dəlalət etməzmi?

Beləliklə, bir qulun aləmlərin Rəbbindən alacağı razılıq, mükafat, tərif və savab ilə kifayətlənməyərək bunun yanında insanlardan əldə edəcəyi tərif və dünyalıqlar milyonlara, hətta dünya və içindəkilərdən daha çoxuna nisbətlə bir qəpik qədər belə dəyərli olmaz. O halda, bu dəyərsiz dünyalıqlar əvəzində Allah-Təalanın Uca və qiymətli ikramlarını itirmək açıq-aşkar bir aldanma deyilmi?

Əgər bu dəyərsiz dünyalıqlar sənə mütləq lazımdırsa, sən yenə də axirətə yönəl, görəcəksən ki, dünya da arxasından gələcəkdir. Sən yalnız Rəbbinin rizasını tələb et, o iki dünyanın da sahibi olan Uca Şəxsdir.

Rəsulallah (s.ə.v.) də belə buyurur: "Şübhəsiz ki, Allah-Təala axirətə aid bir əməlin əvəzinə dünyalıq verər, lakin dünyalıq bir əməlin əvəzinə axirəti verməz!" (Suyuti, Münavi)

Elə isə əməlləri xalis niyyətlə sırf Allah rizası üçün edən və himmətini (əməyini) axirəti qazanmaq üçün sərf edən kimsə həm dünyasını və həm də axirətini xoş etmiş (inkişaf etdirmiş) olar. Əgər dünyaya yönəlsə axirətini itirdiyi kimi, bəlkə də arzu etdiyi dünyalıqlara da nail ola bilməz (sahib ola bilməz). Nail olsa (sahib olsa) belə o dünyalıqlar əlində baqi qalmaz. Axırda həm dünyada, həm də axirətdə hüsrana uğrayanlardan olar. (İmam Gazali, Cennete Doğru (Yedi Geçit) Minhacü’l-Abidin s. 264-265)
(məqalə harun yahya)