Yaşadığımız hər saniyə Allahın bizə verdiyi böyük bir fürsətdir



Təxirəsalma vərdişi insanların əksəriyyətində nəzərə çarpan məşhur xəstəlikdir. Şeytan insanın görəcəyi doğru və gözəl fəaliyyətləri həmişə təxirə saldıraraq zamanla adama bunları etməyi unutdurmağa və daxilən bu istiqamətdə olan istəyini qırmağa çalışır. İnsan şeytanın bu hiyləgər taktikasına qarşı diqqətli olmalıdır. İnsanın nəfsi təxirə salmağa meyllidir. İnsanların böyük bir əksəriyyəti həmişə nəyi isə təxirə salırlar. Allah üçün yaşamağı, səmimi olmağı, Allahın istədiyi kimi bir həyat sürməyi, Quran oxumağı, namaz qılmağı, dürüst və fədakar olmağı, səhvlərini düzəltməyi, səmimi qəlbdən tövbə etməyi, Allaha dua etməyi, Allahın sevgisini qazanmaq üçün yaşamağı, səmimi dostlar əldə etməyi, Allahın rızası və cənnəti üçün çalışmağı, Allahın yaratdıqlarını dərindən düşünməyi, əxlaqlarını gözəlləşdirməyi daim təxirə salırlar. Bunları etmək üçün təyin etdikləri zaman isə “gələcəkdə bir gün”dür. Bu “gələcəkdə bir günün” zamanı isə müəyyən deyil. Böyük bir əksəriyyət bu naməlum zaman gəlmədən əvvəl ölüb bütün təxirə saldıqları ilə birlikdə axirətə gedirlər. Həyatları boyunca çox şey etmiş kimi görünsələr də, bu insanlar Allahın rizasınıı və sonsuz axirət həyatlarını qazanmaları üçün lazım olanları etmədən ölürlər. “Yaşım bir az daha keçsin, namaza başlayaram”, “Yaxında Quran oxumağa başlayacağam”, “gələcəkdə bütün səhflərimi düzəldərəm”, “məktəbim də bitsin, dərhal namaz qılmağa başlayacağam”, “bir az yetkinləşim, dərin-dərin düşünərəm” “təhsilimi tamamlayım, ehtiyacı olanlara sonra kömək edərəm”, “yaxşı karyera yaradım, zülmə məruz qalan Müsəlmanları o zaman düşünərəm” deyən bir çox adam Allah bunları edə biləcək güc və imkan verdiyi zaman etmirlər. Allah bu adamın cananı birdən və heç gözləmədiyi bir anda alıb, onu ölüm mələkləri ilə qarşılaşdıra bilər.

Allahdan qorxan səmimi bir Müsəlmanın yaşadığı hər saniyənin, aldığı hər nəfəsin Allahdan özünə verilmiş böyük bir fürsət olduğunun şüuru ilə hərəkət etməlidir. Gözəl və xeyirli işləri təxirə salacaq zamanının olmadığını, Allahın bir sonrakı anı diləsə yaratmayacağını bilməli və bütün həyatını bu əhəmiyyətli həqiqətə görə yaşamalıdır.

Hər şeyin sahibi sonsuz güc sahibi olan Rəbbimiz Allah bir sonrakı saniyəni bizə bəxş edərək çox böyük lütf edir.

Çünki:

- Yaşadığımız hər an Allahı daha çox sevib, Allahdan daha çox qorxa bilərik
- Yaşadığımız hər an Allahın razılığını qazanmaq üçün daha çox səy göstərə bilərik
- Yaşadığımız hər an Allaha daha dərin dua edə bilərik
- Yaşadığımız hər an Allahdan daha çox bağışlanma diləyə bilərik
- Yaşadığımız hər an bir əvvəlki andan daha səmimi ola bilərik
- Yaşadığımız hər an daha dərin imanlı, daha təqva bir insan ola bilərik
- Yaşadığımız hər an vicdanımızı daha çox istifadə edə bilərik
- Yaşadığımız hər an ağılımızı və gözəl əxlaqımızı daha çox inkişaf etdirə bilərik
- Yaşadığımız hər an Quran əxlaqını izah etmək və yayılmasını təmin etmək üçün daha çox səy göstərə bilərik
- Yaşadığımız hər an şəxsiyyətimizi daha yetkinləşdirə bilərik
- Yaşadığımız hər an sevgini daha dərin yaşaya bilərik
- Yaşadığımız hər an daha dərin düşünə bilərik
- Yaşadığımız hər an səhv və əksikliklərimizi aradan qaldırmaq üçün səy edə bilərik

Unutmamalı olduğumuz çox əhəmiyyətli bir həqiqət də var ki, yaşadığımız hər an bizi dünyadakı son nəfəsimizə, bütün fürsətlərin artıq sona çatdığı o ana - ölüm mələkləri ilə qarşılaşacağımız, canımızın alınıb bizi yaradan sonsuz güc sahibi Uca Yaradanımız Allaha qovuşacağımız və əbədi axirət həyatımızın başlayacağı ölüm anımıza bir az daha yaxınlaşdırır.
(məqalə harun yahya)