Bədiüzzaman Səid Nursinin ağılla əlaqədar bəzi sözləri



6-cı söz. Türkcə şərh: …Məsələn ağıl bir alətdir. Əgər Cənab Haqqa satmayıb, bəlkə nəfs hesabına işlətsən, elə pis və çətin anlar yaşadan və narahatedici bir alət olar ki, keçmiş zamanın əzablarını və gələcək zamanın dəhşətli qorxularını sənin bu biçarə başına yükləyəcək: bərəkətsiz və zərərli bir alət olaraq aşağı dərəcəyə enər.

Bunun üçündür ki, günahkar adam, ağlın çətinlik və narahatlığından xilas olmaq üçün əsasən ya sərxoşluğa, ya da əyləncəyə qaçar. Əgər hər şeyin həqiqi sahibi olan Allaha satsan və Onun hesabına işlətsən, ağıl elə tilsimli bir açar olar ki, bu kainatda olan sərhədsiz rəhmət və hikmət xəzinələrini açar. Və bununla sahibini əbədi xoşbəxtliyə hazırlayan, Allaha gedən doğru yolu göstərənin dərəcəsinə çıxar.

...Məsələn göz bir duyğudur ki, ruh bu aləmi o pəncərə ilə seyr edər. Əgər Cənab Haqqa satmayıb, bəlkə nəfs hesabına işlətsən, keçici, daimi olmayan bəzi gözəllikləri, mənzərələri seyrlə, şəhvət və nəfsin arzu və istəklərinə pis bir yol göstəricisi olaraq aşağı dərəcəyə bir xidmətçi olar. Əgər gözü gözün sahibi olan Allaha, hər şeyi görən və sənətlə yaradana satsan və Onun hesabına və izni dairəsində işlətsən, o vaxt göz bu böyük kainat kitabını təfərruatı ilə araşdırıb düşünəni və bu aləmdəki Allahın sənət möcüzələrinin bir tamaşaçısı və bu dünya bağçasındakı rəhmət çiçəklərinin mübarək bir arısı dərəcəsinə çıxar.

Ey ağıl, diqqət yetir! Pis bir alət harada, kainat açarı haradadır? Ey göz, gözəl bax! Pis və çirkin işlər üçün bir yol göstərici harada, İlahi kitabxananın, kainatın fənn elmlərinə sahib bir müşahidəçisi haradadır? Və ey dil, yaxşı dad! Bir tövlə qapıçısı və bir fabrik qadağançısı harada, İlahi rəhmətin xüsusi xəzinələrinin müşahidəçisi haradadır?

6-cı söz (Orjinal səhifə: 29)

…Məsələn ağıl bir alətdir. Əgər Cənab Haqqa satmayıb, bəlkə nəfs hesabına işlətsən, elə pis və narahat edən, çətinlik verən bir alət olar ki, keçmiş zamanın alamı xəzinəsini (Hüzn verən əzablar deməkdir. Keçmişdə yaşadığımız, ıztirab və acı verən hadisələr vardır. Bunlar unudulmaq və qədərə təslim olmaq şərtilə insan rahat ola bilər. Axirətə inanmayan və qədərə etiqadı olmayan bir insan, keçmişdəki hüznlü hadisələri xatırladıqca, özünə əzab verəcək) və gələcək zamanın dəhşətli qorxularını sənin bu biçarə başına yükləyəcək: uğursuz və zərərli bir alət halına gələr və aşağı dərəcəyə enər. Və buna görədir ki, gühankar adam, ağlın narahatedici və qarışıq fikirlərindən xilas olmaq üçün ya sərxoşluğa, ya da əyləncəyə qaçar. Əgər Malik-i Həqiqiyə (Həqiqi Malik olan Allaha) satılsa və Onun hesabına işlətsən, ağıl elə tilsimli bir açar olar ki, bu kainatda olan sonsuz rəhmət və hikmət xəzinələrini açar. Və bununla sahibini əbədi səadətə (əbədiyyətə mühəyya edən) bir mürşidi Rəbbani dərəcəsinə çıxar.

...Məsələn göz bir hassədir (Çox zaman pambıqdan toxunmuş sıx və düz bez) ki, ruh bu aləmi o pəncərə ilə seyr edər. Əgər Cənab Haqqa satmayıb, bəlkə nəfs hesabına işlətsən, keçici, əbədi olmayan bəzi gözəllikləri, mənzərələri seyrlə şəhvət və həvəsi nəfsaniyəyə qiymətsiz bir xidmətçi olar. Əgər gözü, gözün Sani Bəsirinə (öz gözü içərisində Bəsir-hər şeyi görən adını tapır, həqiqi gördürən odur deyir və onun hesabına baxır, nəfs hesabına baxmır) satsan, Onun hesabı və izni dairəsində işlətsən, o zaman göz bu kitabı kəbiri-böyük kainat kitabını kainatın bir mütaliəçisi və bu aləmdəki möcüzə sənəti Rəbbaniyənin bir tamaşaçısı və bu kürə-i ərz (yer kürəsi) bağçasındakı rəhmət çiçəklərinin mübarək bir arısı dərəcəsinə çıxar.

Ey ağıl, diqqət yetir! Pis bir alət harada, kainat açarı haradadır? Ey göz, gözəl bax! Pis və çirkin işlər üçün bir yol göstərici harada, İlahi kitabxananın, kainatın fənn elmlərinə sahib bir müşahidəçisi haradadır? Və ey dil, yaxşı dad! Bir tövlə qapıçısı və bir fabrik qadağançısı harada, İlahi rəhmətin xüsusi xəzinələrinin müşahidəçisi haradadır?
(məqalə harun yahya)