“Himayə ədən, qoruyan, dəstək olan” mövqəyində olmaq, yəni “Hami” xaraktərində insan olmaq...



Bazı insanlar var ki, ətraflarında olan dəmək olar ki, hərkəs tərəfindən səvilirlər. Bu insanların ən gözə çarpan xüsusiyyətlərindən birinin “olduqları hər yərdə” mütləq ”hami” mövqeyində olmalarıdır. “Hami”sözü “himayə edən, qoruyan, nəzarət edən” mənasındadır. Bu əxlaqı göstərən insanlar, olduqları hər yerdə, şəfqət, mərhəmət, diqqət, qorumaq lazım gəldiyində ən diqqətcil olan və bu xüsusiyyətləri öz üzərlərində ən çox daşıyan insanlardır.

Hiç kim bu insanı, “Sən olduğun yerdəki bütün insanları qorumaqla, qarşılaşılacaq hər cür problemi həll etməklə və bütün məsuliyyəti öz üzərinə almaqla cavabdehsən” deyərək vəzifələndirmiş deyildir. Ancaq bu kimsələr, ümumiyyətlə yüksək vicdanları, cavabdehlik hissləri və insanlara qarşı duyduquları böyük sevgi və şəfqət duyğuları səbəbiylə, özləri səssiz-sədasız belə bir vəzifəyə talib olurlar. Ancaq əlbəttə ki, heç kimə “Mən belə bir vəzifəni öz üzərimə götürdüm. Mən sizi qoruyub,dəstək olacağam,hər kəsə sahib çıxacağam” kimi bir açıqlama da etməzlər. Sadəcə özlərindən asılı olmayaraq, hadisələr baş verdikcə, imanları və əxlaqlarından dolayı, durmadan bu xarakteri nümayiş etdirirlər.


Hami əxlaqlı olmaq bir çox işi və bir çox insanın məsuliyyətini üzərinə almaq, əlbətə ki, heç bir şeyin məsuliyyətini öz üzərinə almayan insanın vəziyyəti ilə müqayisədə çox daha zəhmətli və daha çətindir. “Yanlış etmək”, doğru qərar verə bilməmək, bir çox insanın nəfsindən keçmə və ya hər kəsi eyni anda razı salamamaq” kimi riskləri də vardır. Ancaq sahib olduqları yüksək vicdan və Allah qorxusu səbəbiylə bu insanlar, özlərinin belə bir yalnışlar edə bilmə riskini də gözə alırlar. Allah rızası üçün Müsəlmanların ehtiyyaclarını aradan qaldırmağı və ya problemlərini həll etməyi, öz rahatlıqlarından daha çox üstün görürlər.

Hər kəsin nəzərinə çarpan bu insanların etdikləri bu davranış “Allah'ın rızasına ən uyğun olan əxlaqdır. Çünkü Müsəlman, imanı və vicdanı gərəyi, heç bir zaman ətrafında baş verən hadisələrə “tamaşaçı” olmaz. Yanındaki insanların xəstəliyi, yorğunluğu, bədbəxtliyi, imani zəifləməsi, möminlər arasında olan anlaşılmazlıq, yaşanan bir çətinlik və ya sıxıntı, bu insanların “birinci dərəcədən sahibləndikləri” mövzulardır.

Bu insanların əhəmiyyətli bir xüsusiyyətləri isə, bu sahiblənmə və maraqlanma vəzifəsinimyerinə yetirərkən belə heç kimə narahatlıq verməmələri; hərşeyi Quran əxlaqı ilə, çox ağıllı və vicdanlı bir şəkildə həll etmələridir. Diqqət çəkmədən, problem çıxartmadan, insanlara “möhtəşəm bir vəziyyət var və mən bu an bu probləmi həll edirəm” kimi bir görünüş vermədən, ola biləcək ən sakitləşdirici və ən dinləndirici şəkildə hərəkət etmələridir.

Bütün bunları edərkən bu insanların davranışlarında diqqət çəkən bir başqa vacib xüsusiyyət isə, heç bir eaman “ özlərini ön plana çıxarma” cəhdində və arzusunda olmamalarıdır. Məqsədləri sanki bir “lider” mövqeyinə gəlmək, insanlar arasında söz sahibi olaraq onlara ‘üstünlük etmək” və ya bu şəkildə öz”enaniyyətlərini bəsləmək” deyildir. Sadəcə fədakarcasına hami xarakterini öz üzərlərində daşıyaraq, ətraflarındakı insanlara qarşı şəfqət, mərhəmət və sevgi ilə yaxınlaşmaqdadırlar. Quranda bu insanların göstərdikləri üstün əxlaq belə xatırlatılmışdır:

Onların bəzi təbəqələrinə verdiyimiz (fani) dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlərlə yumşaq davran. (Hicr Surəsi, 88)

Hami xaraktərinin əksinə, bəzi insanlarda da tam əks bir anlayış vardır. Bir sıxıntısı, problemi və ya narahatlığı olan bir insan varsa, bu insana qarşı şəfqət və mərhəmətlə yaxınlaşmaq və ona güvən vermək yərinə, ilk olaraq ona qarşı“hirs” duyulur. Bu insana sahib çıxaraq probleminə yardım etmək əvəzinə, “Niyə bələ etdin?”, “Sən belə ətməsəydin, belə olmazdı”, “Hamısı sənin səhfin”, “Niyə sonunu qabaqcadan düşünmədin?” kimi onu daha da narahat edəcək bir üslubla bu hirs ifadə edilir.

Halbuki həmin insanlar, özləri də eyni vəziyyətə düşərlərsə, özlərinə səvgi ilə, şəfqətlə, anlayışla davranılmasını istərlər. Allah bir Quran ayəsində insanlara bu gerçəyi xatırladaraq, insanları bir-birlərinə mərhəmət etməyə çağırmışdır:

Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah Şəfqətli və Rəhmli olmasaydı (yaydığınız şayiələrə görə sizi məhv edərdi). (Nur Surəsi, 20)

Bütün insanlar Allahın onlara olan şəfqətinə və mərhəmətinə möhtacdırlar. Hər insan şəfqətdən, sevgidən xoşlanan bir ruh ilə yaradılmışdır. Elə isə bütün insanlar, özləri üçün axtardıqları mərhəmət kimi, başqalarına qarşı da əllərindən gəldiyincə bu əxlaqı göstərməyə çalışmalıdırlar.

Allah Quranda möminlərin “bir-birlərinin vəliləri” olduqlarını bildirmişdir. Möminlərin problemlərini sahiblənmək, narahat etmədən onlara yardım etmək, ən yalnış davranışlarında belə Quran əxlaqının gərəktirdiyi şəfqət ilə səhflərini düzəltməyə çalışmaq, hərkəsin köməyinə ilk qaçan, ətrafda olan hər cür çatışmamazlığı aradan qaldıran, köməyə ehtiyyacı olanın heç düşünmədən ilk sığınacağı insan olmaq möminlərin bu “vəli xarakterləri’nin bir gərəyidir.

Allah Quranda bu əxlaqı göstərən insanları rəhmətiylə müjdələmişdir

Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Pəyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə Surəsi, 71)
(məqalə harun yahya)