Şeytan insanın ən təhlükəli düşmanıdır. Ancaq şeytanı təsirsiz hala gətirmək də mömin üçün çox asantdır.



Bir insana “Bir yerlərdə sənə çox böyük düşmanlıq bəsləyən biri var. Sənə ola biləcək ən böyük zərəri verə bilmək üçün etməyəcəyi şey yoxdur. Hər cür hiylə, yalan, oyun və saxtakarlıqda usta biridir. Sənə istədiyi zərəri verənə qədər də izini buraxmayacaq” deyilsə, reaksiyası necə olar? Sadəcə “Oldu” deyərək mövzu ilə maraqlanmaması və öz düşmanına qarşı heçbir tədbir almadan həyatına davam etməsi mümkün ola bilər mi?


Əlbəttə ki, bu sualın cavabı, “Xeyir”dir. Hər insan belə bir düşmandan xəbərdar olan kimi, bu mövzuya böyük bir diqqət verər. Düşmanından gələ biləcək zərərin qarşısını alacaq tədbirləri görmədən və təhlükəni təsirsiz hala gətirmədən, bu mövzunu heç bir şəkildə ağlından çıxarmaz.

Ancaq insanın böyük düşmanlıq bəsləyən insanlardan çox daha təhlükəli və gözü dönmüş bir düşmanı daha vardır. Bu düşman “şeytan”dır. O, insanın dünyadaki gəlmiş-keçmiş ən böyük və ən qərarlı düşmanıdır. İnsanlardan olan yüzlərlə düşmanla belə müqayisə edilə bilməyəcək qədər təhlükəli bir varlıqdır. Elə isə insanın hər hansı bir düşmanına belə tədbir aldığı halda, şeytanın düşmanlığına qarşı maraqsız və önəmsəməyən bir davranış sərgiləməsi əlbəttə ki, çox böyük bir yalnış olacaqdır.

Çünkü şeytanın insan üçün hədəflədiyi bir “son” vardır. Bu son insanın “sonsuz cəhənnəmə girməsi”dir. Şeytanın bu nəticəni əldə edənə qədər insanın izini buraxması mümkün deyildir. Bu Allahın Quranda bildirdiyi dəqiq bir adətullahdır:

Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə gətməyin! O, sizin açıq-aşkar düşməninizdir. (Bəqərə Surəsi, 168)

Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır. (Fatır Surəsi, 6)

Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır. (Nisa Surəsi, 119)

Allah Quranda “insanı düşmən bilən” şeytana qarşı insanın da “şeytanı düşmən bilməsini” bildirmişdir. Ohalda insanın Allahın bu əmrinə tabe olaraq Allah rızası üçün şeytanı təsirsiz hala gətirməsini özü üçün ən lazımlı hədəf kimi görməsi lazımdır.

Şeytan insan üçün böyük bir düşmandır. Ancaq Allah insanın şeytanın şərrindən qurtulmasını da çox asant etmişdir. Bunun üçün Quranda insana yol göstərəcək bir çox sirr bildirilmişdir. Bu sirrlərdən bir qismi belədir:

Şübhəsiz ki, məxfi danışma (pıçıldaşma) iman gətirənləri məyus edib kədərləndirmək üçün olan Şeytan əməlindəndir. Halbuki Allahın izni olmadıqca (Şeytan) onlara heç bir zərər yetirə bilməz. Möminlər yalnız Allaha təvəkkül etsinlər! Şeytan Allahın izni olmadıqca heçbir şey etməyə güc yetirəməyən aciz bir varlıqdır. (Mücadələ Surəsi, 10)

Şeytanın hiyləsi çox zəifdir. (Nisa Surəsi, 76)

Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir. (Nəhl Surəsi, 100)

Əslində mənim sizin üzərinizdə heç bir hökmranlığım yox idi. (İbrahim Surəsi, 22)

Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. (Nahl Surəsi, 99)

Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir.(Fussilət Surəsi, 36)

İnsanın sadəcə Allahın Quranda bildirdiyi bu sirrləri bilməsi Allahın izni ilə ən böyük düşmanı olan şeytanı surətlə və qəti şəkildə təsirsiz hala gətirməsi üçün kifayətdir.

İnsan əgər Allahdan başqa bir güc olmadığını, şeytanın da, insanların da gücsüz olduğunu unutmadan yaşayarsa, Allaha heçbir şeyi şərik qoşmazsa, şeytan ona necə yaxınlaşırsa yaxınlaşsın heç bir nəticə ala bilməyəcək, insana heç bir zərər verə bilməyəcəkdir.

İnsan əgər hər nə şərtlər altında olursa olsun Allaha təvəkküldə qərarlı olarsa Allahın hərşeyi bir qədər üzərinə, xeyir və hikmətlərlə yaratdığını və insanların ancaq Allahın qədərində istədiyi şəkildə hərəkət edə bildiklərini unutmazsa, şeytan ona heçbir şəkildə təsir edə bilməyəcəkdir.

İnsan əgər şeytandan bir vəsvəsə gəldiyində Allaha sığınar və Quran ayələri ilə düşünərsə Allahın izni ilə o vəsvəsə ortadan qalxacaq və şeytan o insana heç bir şəkildə təsir edə bilməyəcəkdir.

İnsan əgər şeytanın heç bir gücü olmayan, yalnız Allahın əmrini yerinə yetirən çox aciz bir varlıq olduğunu unutmazsa, şeytanı müstəqil bir güc olaraq görməzsə və Allaha tabe olarsa, şeytan o insana qarşı bütün gücünü itirəcəkdir.

İnsan əgər şeytanın hiyləli düzənlərini, üstünü örtdüyü həqiqətləri, söylədiyi yalanları, oynadığı oyunları, verdiyi vəsvəsələri Quran ayələri ilə dəyərləndirirsə, bunlarıın çox çürük və zəif tələlər olduğunu dərhal görəcək və şeytan ona yenə heç bir şəkildə təsir edə bilməyəcəkdir.

İnsan şeytana qarşı belə imani şüurla hərəkət etdiyi zaman, Allahın izni ilə həyatının sonuna qədər şeytanın onun əleyhindəki cəhdləri nəticəsiz qalacaqdır.

İnsanın şeytana olan baxışı əsla bu həqiqətlərdən bir məntiqdə olmamalıdır. Mömin əsla şeytanı güclü görməməli, onu təsirsiz hala gətirməyi çətin sanmamalıdır. Allahın şeytanı ancaq inkar edənlər üçün azdırıcı olaraq yaratdığını “Allah”ı sevən, Allahın bəyəndiyi əxlaqı göstərən əsl möminlər üzərində isə şeytanın heç bir gücü olmadığını” əsla unutmamalıdır.

Həqiqət budur ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. (Nəhl Surəsi, 99)
(məqalə harun yahya)