''Xarakterim belədir. Əlimdə deyil, nə etsəm pis xasiyyətlərimi dəyişdirə bilmirəm'' məntiqi Qurana uyğun deyil



Bəzən insanlar mənfi xüsusiyyətlərinin dəyişdirmək istəyir, ancaq göstərdikləri səylərə baxmayaraq istədikləri nəticəyə gələ bilmirlər. Belə bir vəziyyətdə şeytanın bu kəsləri yönəltdiyi ilk düşüncə "şəxsiyyətlərinin sabit və dəyişməz olduğu, bu səbəbdən nə qədər səy göstərsələr də xarakterlərini dəyişdirə bilməyəcəkləri" şəklindədir. Şeytan bu kəsləri xüsusilə də, "əllərindən gələn hər şeyi etdiklərinə, ancaq yenə də heç bir dəyişiklik meydana gəlmədiyinə" inandırıb onların gözəl əxlaqdan yana göstərəcəkləri səyi dayandırmaq istəyir.

Şeytanın bu təlqinini alan bir adam nəfsindəki qürur, eqoizm, qısqanclıq, kin, hirs kimi xüsusiyyətlərlə qarşılaşdığında vicdanını dinləyə bilmir. Şəxsiyyətindəki mənfi xüsusiyyətlərə qarşı mübarizə apara bilmir. "Necə olsa edə biləcəyim bir şey yox" deyərək bu xüsusiyyətlərini mühafizə edir. Ətrafındakı insanlara da "bunlar mənim çox pis xüsusiyyətlərimdir, bilirəm, amma məni belə qəbul edin", "mən bu mövzuya həll tapa bilmədim, buna görə məni idarə edin" deyər.

Halbuki iman edən, Quran ayələrindən xəbərdar olan hər insanın çox yaxşı biləcəyi kimi, bu adamın qarşıya qoyduğu bütün məntiqlər əvvəlldən axıra kimi səhvdir. Yalnız şeytanın aldatmacasından ibarətdir.

Çünki Allah hər insanın nəfsini təməldə eyni xüsusiyyətlərlə yaratmışdır. Hər insan, özünə hər cür yaxşılığın, incəliyin, gözəlliyin yolunu göstərən vicdana malikdir. Eyni şəkildə hər insanın nəfsində, pisliyin hər cürünü tətbiq edə biləcək məlumat da mövcuddur. Bu səbəbdən əslində gözəl əxlaqlı yaxşı bir insan ilə pis əxlaq göstərən bir insan, əslində təməldə eyni şərtlərə və eyni məlumata sahibdirlər.

Allah Quranda insanları, nəfslərindəki yaxşılıq və pisliklərlə birlikdə yaratdığını, ancaq onlara bu pisliklərdən təmizlənib-təmizlənmənin yolunu da öyrətdiyini, diləyənin yaxşı, diləyənin isə pis olmağı seçdiyini bildirmişdir:

“And olsun nəfsə və onu yaradana (ona biçim verənə); Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.” (Şəms Surəsi, 7-10)

Bu, Quran oxuyan hər insanın bildiyi bir gerçəkdir. Bu səbəbdən imanlı bir insanın "nəfsindəki bir pisliyi məğlub etmənin yolunu bilmədiyini və səy göstərdiyi halda bu mövzuda müsbət bir nəticə ala bilmədiyini" söyləməsi heç bir baxımdan doğru deyil. Allah Quran ilə, vicdanı ilə hər insana nəfsini təlim etmənin yolunu göstərmişdir.

Bu vəziyyətdə böyük ehtimalla bu adam, ya lazım olandan daha az səy göstərmiş, ya gözəl bir nəticə əldə etmiş amma bunda sabitlikli və qərarlı olmamış, iradə göstərib bunu davam etdirə bilməmişdir, ya da göstərdiyi səyi həyatının bütün sahələrinə yaymamışdır. Müəyyən kəslərə, müəyyən hadisələrə, müəyyən şərtlərə qarşı vicdanını istifadə etmiş, iradə göstərmiş, nəfsindəki pislikləri məğlub etmiş, amma müəyyən nöqtələrdə də nəfsini haqlı görərək köhnə xasiyyətlərini davam etdirmişdir.

Halbuki Allah Qatında məqbul olan, adamın hər şərtdə, hər hadisədə, hər insana qarşı nəfsinin pisliklərini məğlub edə bilməsi, vəziyyətə görə dəyişən müəyyən bir "dayanıqlılıq sərhədi"nin olmamasıdır. Bir çox çətin hadisə üst-üstə gəlsə də, qarşısına özündən çox daha çox qüsuru olan, dözümsüz, mərhəmətsiz, hirsli, tərs ya da uzlaşılması mümkün olmayan çətin insanlar çıxsa da, möminin yenə də gözəl əxlaqda iradə göstərməsi lazımdır. Allah bəzən imtahanın bir gərəyi olaraq bir çox çətinliyi bir yerdə yarada bilər. Xəstəliklər, maddi çətinliklər, ətrafdan gələn böhtan, təzyiq, hücumlar və şeytanın vəsvəsələri bir anda bir adamın həyatına hakim ola bilər. Ancaq gerçək möminləri ortaya çıxaran, həqiqətən səmimi iman edən kəslərin ayırd edilməsini təmin edən hadisələr də bunlardır.

Bu səbəblə səmimi bir mömin heç bir zaman üçün özünü şeytanın təlqinlərinə buraxıb gücsüzlüyü qəbul etməz. Nə danışığında, nə də düşüncələrində əsla özünə gücsüzlük təlqini etməz. Əksinə nəfsindəki pis xasiyyətlərə, şəxsiyyətindəki pozuqluqlara qarşı qəti iradə ilə etiraz edib güclü bir xarakter sərgiləyər. Mömin Allahın razılığını qazana bilmək üçün nəinki şəxsiyyətindəki bir neçə əskikliyi, hətta dünya şərtlərində qarşısına çıxa biləcək hər cür çətinliyi aşmağı bacarar. Əsl həyatın axirətdə olduğunu dünya həyatının isə -Allahın lütf etdiyi bənzərsiz nemətlərin yanında- bir çox mövzuda da sınanaraq keçəcəyini bilir. Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir.

Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır! (Bəqərə Surəsi, 177)

Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır! (Bəqərə Surəsi, 214)
(məqalə harun yahya)