İnsanın davamlı olaraq özünə bu sualı verməlidir: Hər şeyi Allahın etdiyini davamlı olaraq hər an düşünürəmmi?



Müəyyən bir saatda biriylə görüşəcəksiniz, amma vaxtında gəlməz. Çox müvəffəqiyyətli bir iş görərsiniz, amma qarşınızdakı şəxs bunu lazımi şəkildə qiymətləndirməz. Çox çalışaraq qarşınızdakı şəxsə yaxşılıq edərsiniz, o şəxs bunu heç anlamaz. Yaxşı niyyətlə söz söyləyərsiniz, amma qarşınızdakı bunu səhv anlayar. Saatlarla bir yeri təmizləyib çox mükəmməl vəziyyətə salarsınız, biri gəlib düşüncəsizcə çirklədər. Yuxunuz gələr, amma biri düşüncəsizcə səs-küy salar. Çox təcili vəziyyətdə birindən kömək istəyərsiniz, o adam sizi unudar.


Əhəmiyyətli bir şey əmanət edərsiniz, qarşınızdakı bunu itirər. İllərlə universitet imtahanına hazırlanarsınız, son gün o saatda xəstələnib imtahana girə bilməzsiniz. Təzə paltar alar geyərsiniz, anidən biri üzərinizə nə isə tökər. Keyfiyyətli vəsait alarsınız, evə gəldiyinizdə aldadıldığınızı anlarsınız. Çantanıza bir xeyli pul qoyarsınız, biri gəlib pulqabınızı oğurlayar. Küçəyə çıxarsınız, bacarıqsız bir şofer gəlib sizi vurar. Ya da tələsirsiniz, amma yoldakı tıxaclara görə saatlarla gedəcəyiniz yerə çata bilməzsiniz. Bir yaxınınız ani olaraq xəstələnər, amma təcili yardım saatlarla gələ bilmədiyi üçün xilas ola bilməyib vəfat edər. Müalicə almaq üçün xəstəxanaya gedərsiniz, səhlənkarlıq edərək başqa mikrob qapıb bir başqa xəstəliyə tutularsınız.

Bütün bu yaşadıqlarınızın hər birinə görə zərər çəkmiş olduğunuzu düşünərsiniz. Günahkarın da qarşınızdakı adam olduğunu zənn edərsiniz. Hirslənər və bu duyğularınızı onlara yönəldərsiniz.

Bu cür vəziyyətlərdə insanlar ya üzlərinə, ya da arxalarınca bu şəxslərə hirslənib deyinərlər. Sanki o adam o səhvi, ya da düşüncəsizliyi etməsəydi hər şey özlərinin tam istədikləri kimi reallaşacaqdı.

Halbuki bu o qədər böyük yanılmadır ki, insan bu həqiqəti qavrasa həyata bütün baxışı başdan sona tam fərqli olacaq.

Dünyada Allahdan başqa bircə toz zərrəsini də hərəkət etdirə biləcək başqa bir güc yoxdur. Dünyada olub bitən hər şey yalnız Allah istədiyi üçün reallaşır. Əgər insanın həyatı boyu yaşadıqlarını video kaset kimi düşünsək necə ki, bu videonu hər seyr etdiyinizdə mütləq eyni görüntülərlə qarşılaşırsınız, insan həyatının da bundan ən kiçik bir fərqi yoxdur. Necə ki, bu film yüz illərlə saxlansa, yüz illər sonra təkrar videoya baxılsa -yalnız- eyni filmlə qarşılanacaq, insanın ömrü boyu yaşayacaqları da bunun kimi heç vaxt dəyişməyən bütündür. Əgər insan gedəcəyi yerə gecikməlidirsə mütləq gecikəcək. Bunun səbəbi yol tıxacı, xəstəlik, unutqanlıq və s. ola bilər. Amma nəticə heç vaxt dəyişməz. Eyni şəkildə ölüm vaxtı gələn insanın ölümünə heç nə maneə törədə bilməz, təcili yardım gecikə bilər, yol qəzası ola bilər, həkimin səhlənkarlığı ola bilər, amma bu nəticə tam zamanında reallaşacaq.

Buna görə insanın gün ərzində qarşılaşdığı hadisələrə qarşı baxışı çox fərqli olmalıdır. Məsələn, əgər pulqabısı oğurlanırsa, deməli o insan o pula sahib olmamalıdır. Allah bunun üçün bir səbəb yaratmışdır. Əgər universitet imtahanına girə bilmirsə, deməli Allah o il o insanının universitetə girməməsini, başqa bir işlə məşğul olmasını diləmişdir. Əgər qarşı tərəf gecikdiyi üçün nəzərdə tutulan görüş reallaşmırsa bu, Allah bu görüşün baş tutmamasını dilədiyi üçündür. Allah diləməzsə heç kim gecikməz, heç kim unutmaz, heç kim səhlənkar olmaz, heç kim heç nəyi səhv anlamaz, heç kim verilən əmanəti itirməz, heç kim tıxaca düşməz, heç kim pis avtomobil idarə etməz... Bu mövzuda unudulmamalı olan bir həqiqət var: “İnsanın yaşadığı hər şeyi yaradan Allahdır”. “Allah reallaşmalı olan hər şey üçün mütləq bir səbəb yaradır”. Ancaq bu səbəb öz-özünə heç vaxt meydana gəlməz. Heç kimin -Allah diləmədən- bunu edə biləcək gücü yoxdur. Rəbbimiz Quranda bu həqiqəti belə bildirmişdir:

Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən, Allah biləndir, hikmət sahibidir! (İnsan Surəsi, 30)

Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz!... (Təkvir Surəsi, 29)

Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır! (Saffat Surəsi, 96)

Onları siz öldürmədiniz, Allah öldürdü. Atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri yaxşı bir imtahandan keçirtdi. Allah eşidəndir, biləndir! (Ənfal Surəsi, 17)

"... Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!" (Ənbiya Surəsi, 35)

Ayələrdə də ifadə edildiyi kimi bütün bunlar dünya həyatının imtahan yeri olmasından qaynaqlanır. Allah insanları sınamaq üçün adamın xoşlanacağı və ya xoşlanmayacağı müəyyən hadisələr yaradır və bunlar qarşısında necə əxlaq göstərəcəyini sınayır. Allah bütün yaratdığı hadisələrdə bizim heç bilmədiyimiz sirlər, hikmətlər, nemətlər və müxtəlif sınaqlar gizlədir. Məsələn, bir başqasının düşüncəsizliyi nəticəsində bir yerə gedə bilməyən insan bəlkə də buna görə çox böyük təhlükələrdən qorunmuş olur. Bəlkə də yolda onu vuracaq avtomobilin, qarşısına çıxacaq pis insanın, başına gələcək bir hücumun, ya da oğurluğun, çirkli yerdən qapacağı bir mikrobun bu vəsiləylə qarşısı alınır.

Beləliklə, insan hadisələrin arxasında saysız sirlər və hikmətlər gizli olduğunu bilərək, Allaha tam bir güvən və təslimiyyət içərisində yaşamalıdır. Başına hər nə gəlirsə gəlsin, yaxşı, ya da pis, nemət, ya da əskiklik hamısında Allaha şükr edən, Allahın ən xeyirlisini yaratdığını bilən əxlaqa sahib olmalıdır.

Gün ərzində qarşılaşdığı hadisələrin heç birini insanlara aid etməməlidir. Hamısını yaradanın yalnız Allah olduğunu unutmamalıdır. Özünə yaxşılıq edən də, pislik edən də, zərər verən də, lehində hərəkət edən də yalnız Allah ona əmr etdiyi üçün o şəkildə davranır. Buna görə də yaşadıqlarından ötəri insanın başqalarına hirslənməsinin, küsməsinin, incinməsinin bir mənası yoxdur. Mömin nemətlə qarşılaşdığı zaman da, çətinliklə qarşılaşdığı zaman da bunların yalnız Allahdan olduğunu bilməlidir.

Əlbəttə, pis insanlara qarşı tədbirlər görər, yaxşı insanlara qarşı gözəl duyğular bəsləyər. Amma həyatının hər anında yaşadığı hər hadisəni yaradının Allah olduğunu heç bir zaman unutmamalıdır.

Bu həqiqəti bilən Müsəlmanların əxlaqı isə Quranda belə bildirilmişdir:

De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə Surəsi, 51)
(məqalə harun yahya)