Əsl xoşbəxtlik yalnız Allaha səmimi qəlblə yönəlməklə mümkündür



İnsanların əksəriyyəti həyatları boyu xoşbəxtliyi əldə etmək həsrəti ilə yaşayır və yanlış düşüncəyə qapılaraq onlara xoşbəxtlik gətirəcəyini düşündükləri hər şeyin arxasınca var qüvvələri ilə qaçırlar. İnsanların bir çoxu yoldaşları ilə müxtəlif ictimai fəaliyyətlərdə iştirak edərək, iş həyatında istədiyi müvəffəqiyyəti əldə edərək, məktəbdə müvəffəqiyyətli olaraq, səyahət edərək, sevdiyi işlərlə əylənərək, karyera quraraq, müxtəlif hədiyyələr alaraq xoşbəxtliyi və rahatlığı əldə edəcəklərini düşünürlər.

Halbuki xoşbəxtliyi keçici və çox qısa olan dünya həyatında axtaran insanlar hansı vasitələrdən istifadə edirlər-etsinlər, məqsədlərinə çata bilməzlər. Bir çox insanlar xəyalını qurduqları xoşbəxtliyin təyin etdikləri dəyərlərlə qazanılmayacağını görə bilməzlər. Həyatları həmişə əldə etməyə çalışdıqları xoşbəxtliyin arxasınca qaçarkən birdən sona çatar. "İstədiyim hər şeyi əldə etdim, amma hələ xoşbəxt deyiləm", "Bütün xəyallarıma qovuşdum, niyə xoşbəxt ola bilmirəm?" "Həqiqi xoşbəxtliyi tapmaq bu qədər çətindirmi?" deyə özlərinə sual verərlər, amma çox vaxt bu sualın cavabını tapa bilməzlər.

Halbuki istədikləri hər şeyi əldə edib xoşbəxt olmamalarının səbəbi çox sadədir. Bu problemin cavabında Allahın çox böyük bir sirri gizlənib. Allah Qurani-Kərimdə xoşbəxt olmağın yalnız səmimi imanla Allaha dərin bir bağlılıq, güclü Allah qorxusu və Allah sevgisi ilə mümkün olduğunu bildirir. İnsan özünü, bütün kainatı, keçmişdə və gələcəkdə var olan hər şeyi yaradan Uca Allaha yaxın olduğunda, Allaha qəlbən və səmimi bir imanla bağlandığında, Allah o adama xoşbəxtliyin yolunu açar. Uca Rəbbimiz olan Allah Ona səmimiyyətlə yönələn hər kəsə gözəlliklə, nemətlə, rahatlıqla, əmin-amanlıqla və xoşbəxtliklə cavab verər.

Allahın insana verdiyi ən böyük nemətlərdən biri imandır. İman sahibi olan bir insan dünyanın bütün nemətlərindən uzaq olsa, böyük çətinliklərlə imtahan olunsa, hər şey əleyhinə kimi görünsə belə, imanın qəlbində meydana gətirdiyi rahatlıq və xoşbəxtliyi hiss edər. Allah Ona yönələn hər bir insanın qəlbinə rahatlıq və dinclik, ruhuna isə xoşbəxtlik verər. Allaha yönəlməyən, Allahın razı olacağı həyatı yaşamayan insanın (özü əksini iddia etsə də) xoşbəxt olması qeyri-mümkündür. Allah imtahanın bir gərəyi olaraq belə insana dünya nemətlərindən verə bilər. Bu adam kənardan baxdıqda bir çox nemət və gözəlliklə əhatə olunmuş kimi görünə bilər. Ancaq heç vaxt xoşbəxt olmaz. Allah Qurani-Kərimin Rəd surəsinin 28-ci ayəsində belə buyurur: O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!

Allahın bildirdiyi kimi, qəlblər ancaq Allahı zikr etməklə, dərin və coşğulu Allah sevgisi ilə aram tapa bilər. Xoşbəxtliyə yalnız səmimi imanla nail olmaq olar.
(məqalə harun yahya)