Mömin həyatının sonuna qədər, hər an, hər mövzuda dayanmadan cəhd etməklə məsuldur. "Necə olsa, bu məsələni həll etdim" deyərək, bir saat belə cəhdindən əl çəkməz



İnsanın dünyadakı imtahanının əsas tərəfi hər işdə həyatının sonuna qədər dayanmadan cəhd etməsidir. Əsl müsəlmanın vacib xüsusiyyətlərindən biri də insanın hansı şərtlərlə qarşılaşmasından asılı olmayaraq, həyatının sonunadək Quran əxlaqını yaşamaqdan vaz keçməməsidir. Şeytan həyatı boyu insana vəsvəsə verəcək, insan isə həyatının sonuna qədər şeytanın vəsvəsələrinə Quran əxlaqı ilə cavab verməlidir. Nəfsi həyatı boyu insanı pislik etməyə təşviq edəcək, insan isə hər zaman nəfsinə deyil, Allahın əmr etdiyi kimi yaxşılıq etməyə çalışmalıdır. Ətrafındakı zəif imanlı insanlar hər zaman onun imanında zəiflik göstərməsini istəyəcək, o da həyatının sonuna qədər sevgi və şövqlə Allaha ibadət etməkdə qətiyyət göstərməlidir. Çətinlik və sıxıntı imtahan həyatının sonuna qədər bir-birinin ardınca gələcək, mömin də bütün bunlara qarşı hər gün, hər an imanı ilə qətiyyət göstərməlidir.

Deməli, insanın sadəcə bir gün, iki gün, bir həftə, bir ay, ya da bir neçə il mübarizə aparıb, sonra istirahət etməsi dünya həyatında ola bilməz. İnsan yuxudan oyandığı andan etibarən, hər gün özündən əmin olduğu mövzularda belə yenidən başlayırmış kimi cəhd etməklə mükəlləfdir.

Bir şəxs ətrafındakı insanların yanında ən gözəl əxlaqa sahib ola bilər, ən fədakar, ən zəhmətkeş, ən sadiq, ən mərhəmətli və ən imanlı biri kimi tanına bilər. Buna baxmayaraq, o yenə də rahat olmaz. Əksinə, bir insanın Allah qorxusu və imanı nə qədər güclüdürsə, o insan hər gün, hər saat daha çox cəhd edəcək. Çünki davranışları, əxlaqı nə qədər yaxşı olursa-olsun, mütləq axirətin, Allahın sonsuz cəhənnəm əzabının olacağını bilir və bu, onun həmişə açıq şüurlu olmasına səbəb olur.

İnsan günün 23 saatını vicdanının səsini dinləyə bilər. Amma heç vaxt “Bir az da vicdanımın səsini kənara qoyub, istirahət edim. Necə olsa, günün böyük hissəsini gözəl əxlaq göstərərək, mübarizə apararaq keçirmişəm” deməz. Əlindən gəldiyi qədər gözəl əxlaqlı olmağa çalışar.

Bunlar ciddi əmək, ağıl, diqqət və vicdanın səsini dinləməyi tələb edən, çox gözəl və möhkəm xarakterin, əxlaqın tələbləridir. Ancaq buna nail olmaq mömin üçün onu yoran və çətin bir şey deyil. Mömin imanın ona verdiyi Allah sevgisi və qorxusu ilə bunu rahatlıqla bacarar. Allah yolunda etdiyi hər bir şey onu çox şövqləndirər və daha da gücləndirər.

Çünki bu enerji Allah sevgisindən qaynaqlanır. Bu, möminin Allaha olan bağlılığını, sevgisini göstərən və Allahın sonsuz gözəl əxlaqına layiq olmaq arzusundan qaynaqlanan, ürəkdən gələn, səmimiyyətlə və şövqlə edilən cəhddir.

Quranda möminlərin Allah sevgilərindən qaynaqlanan daimi cəhdlərinin tərifəlayiq əxlaq olduğu belə bildirilmişdir:

(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir! (Kəhf surəsi, 46)
(məqalə harun yahya)