Xəstəlik zamani xasiyyətdə olan dəyişiklik möminin qəbul etməyəcəyi rəftar pozuqluğudur



Yaxşı, gözəl, rahat, asan, sağlam, sevgi dolu bir həyat... Bu, əlbəttə ki, çox gözəl nemətdir. Hər insan həyatını rahat şəraitdə və mümkün qədər gözəl nemətlər içərisində keçirmək istəyir və bu reallaşanda da xoşbəxt olur. Ancaq Allah dünya həyatında xüsusi vəziyyətlər də yaratmışdır: çətinlik, sıxıntı, xəstəlik, ölüm, kasıblıq və itkilər… Bunlar hər insanın həyatında mütləq yaşadığı hadisələrdəndir. Allah bunları xeyir və hikmətlə yaratmışdır.


İnsan çətinliklə qarşılaşmayanda, əzab görməyəndə, hər hansı bir çətinliyə səbir etməyəndə, ətrafındakı insanlardan ancaq yaxşılıq, gözəl əxlaq, maddi və mənəvi dəstək görəndə, həyatını arzu etdiyi nemətlər içərisində keçirəndə sahib olduqları onu ancaq müvvəqəti olaraq xoşbəxt edir. Bu şəraitdə gərginlik hiss etmək, hirslənmək, kinli olmaq, qısqanmaq, mübahisə etmək üçün çox az səbəb olur. Əksinə, nemətlərin gözəlliyi və ətrafındakı insanların gözəl rəftarları bu adamın əhvalını, rahatlığını daha da yaxşılaşdırır. Belə şəraitdə bu adam da ətrafındakılara son dərəcə gözəl əxlaq göstərə bilər. Xeyirxah, əfvedici, mülayim, fədakar ola bilər. Ancaq bütün bu xüsusiyyətlər yaşanan şəraitdən asılıdır. Çünki bir insanın əsl xüsusiyyətləri çətin və əzablı anlarda, kasıblıqda və xəstəlikdə, haqsızlıqla rastlaşanda ortaya çıxır. Allahın dünyada müxtəlif çətinliklər yaratmağının böyük hikmətlərindən biri də burada gizlənmişdir. Allah bu yolla “həqiqətən gözəl əxlaq sahibi olan və hər şəraitdə Allah üçün bu əxlaqı göstərən qullarını” ortaya çıxarır.

Beləliklə, xəstəliklər xüsusi olaraq yaradılan vəziyyətlərdən sadəcə biridir. Bəzi insanlar kiçik problemlərə o qədər də əhəmiyyət vermirlər, ancaq daha təhlükəli vəziyyətlərdə xasiyyətlərini dəyişirlər. Bəzi insanlar isə ən sadə problemdə belə xasiyyətlərini dəyişirlər. Bir az başı ağrıyanda, bir az yuxusuz qalanda, bir az çox yorulanda bunu dərhal üzlərindən hiss etmək olur. Belə ki, bu insanları görənlər bu məsələ ilə əlaqədar bir şey bilməsələr də "Nə olub, xəstəsən?" kimi bir sual vermək məcburiyyətində qalırlar. Normal hallarda sahib olduqları xasiyyətlərinə nisbətən bezgin, yorğun, əldən düşmüş, qəmgin olurlar. Belə vəziyyətlərdə çox tərs, əsəbi və gərgin olurlar. Onlardan "Nə olub?" deyə soruşan insanlara əldən düşmüş halda tərs cavablar verirlər. Başqa vaxtlarda daha diqqətli olduqları mövzularda diqqətsiz davranır, daha çox maraqlandıqları mövzulara isə maraq göstərmirlər. Onlara gözəl söz söyləyən, xoş və diqqətli davranan insanlara çox soyuq cavab verirlər. Ətraflarındakı nemətləri lazımınca qiymətləndirməyən, dünyada ən böyük problemə sahib bir insan kimi (belə görünən hadisələri də Allah böyük xeyir və hikmətlə yaratmışdır) və ən çox zərərə məruz qalan biri kimi davranırlar.

Əlbəttə, bir az baş ağrısı, mədə ağrısı və ya gündəlik yorğunluqda belə bu şəkildə xarakter dəyişdirən insanın bundan daha böyük bir xəstəliklə qarşılaşanda necə əxlaq göstərəcəyi ətrafındakı insanları düşündürür. Normal şəraitdə hər şey istədikləri kimi olanda, bütün nemətləri rahat şəkildə əldə edə biləndə göstərdikləri gözəl əxlaq və xarakter çətin zamanlarda tamamilə dəyişir.

Halbuki insan əsl xüsusiyyətin bu cür çətin anlarda ortaya çıxacağını bilməli və daha diqqətli olaraq Allahın razı qalacağı xarakteri göstərməyə çalışmalıdır. İnsan əvvəlki cümlədə məsləhət bilinən hərəkətin əksinə olan davranışın Quran əxlaqına uyğun olmadığını və iman edən insana heç yaraşmayacağını bilməli və “şəraitdən asılı olmayaraq eyni xarakteri göstərməlidir”.

Əlbəttə ki, insan çətinlik və xəstəliklərdən çıxış yolu axtarmalı, ən ağıllı və ən düzgün tədbirləri görməli və sağlamlığını qorumağa çalışmalıdır. Bu yolda bacardığını etməlidir. Amma, eyni zamanda, mütləq gözəl əxlaqını da davam etdirməlidir.

Gözəlliyi də, çətinliyi də yaradanın Allah olduğunu və bunların hər birində xeyir olduğunu bilən bir insanın xəstəliklər qarşısında reaksiyası ancaq Quran əxlaqı ilə olar. Onu nemətlər içində rahat, komfortlu bir mühitdə yaradan da Allahdır, xəstəlik verən, bu nemətləri azaldan da Allahdır. Xəstə olduğu zaman belə insan saysız nemətlər içindədir. Yenə də ahın rəhməti, şəfqəti, sevgisi, yaxınlığı, lütfü və qoruması altındadır. İmani məlumatları yenə də eynidir. Allahın razılığının hər şeydən üstün olması, ölüm, axirət, hesab günü, cənnət, cəhənnəm eyni şəkildə bütün həqiqətləri ilə yenə də vardır. Bu həqiqətləri bilən bir insanın xasiyyət dəyişdirməs, fərqli xarakter göstərməs də məqbul deyil.

Əlbəttə ki, insanın bir yeri ağrıyanda, bir narahatlığı olanda fiziki cəhətdən narahat ola bilər. Lakin əxlaq və üslubda dəyişikliyin olması qəbuledilməzdir. Əksinə, mömin istər kiçik olsun, istər böyük hər xəstəliyi Allah qorxusunun artması üçün, Allaha şükür etmək, Allahın nemətlərini xatırlamaq, rahatlığın, sağlamlığın nə qədər böyük lütf olduğunu anlamaq, insanın acizliyini və Allaha olan möhtaclığını daha yaxşı qavramaq, qısaca desək, daha gözəl əxlaqlı olmaq üçün vəsilə kimi görməlidir. Mömin bir şəxs bütün bu vəsilələrin insanları Allaha yaxınlaşdıracağını bildiyi üçün düzgün istifadə etmək və maksimum yararlanmaq üçün əlindən gələn hər şeyi etməlidir.

Allah Quranda möminlərin belə hadisələrlə imtahan olunacaqlarını və sonsuz Cənnət həyatının da ancaq bu imtahanlarda göstərdikləri gözəl əxlaq və səbirlə mümkün olacağını belə bildirmişdir:

(Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır! (Bəqərə surəsi, 214)

Hər bir kəs ölümü dadacaqdır. Yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! (Ənbiya surəsi, 35)

Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum!) səbr edən şəxslərə müjdə ver! (Bəqərə surəsi, 155)
(məqalə harun yahya)