İnsanın heç bir həll yolunun olmadığını zənn etdiyi vəziyyətdə belə, inananlar üçün mütləq çıxış yolu vardır



İnsanların tez-tez yol verdiyi səhvlərdən biri də, hər hansı bir çətinliklə qarşılaşdıqları zaman dərhal pessimizmə qapılmalarıdır.

Bir çox insan "bu vəziyyəti düzəltmək üçün mütləq bir çıxış yolu vardır" deyə düşünməkdənsə, nədənsə əvvəlcə "heç bir çıxış yolu yoxdur", "bura qədərmiş" kimi məntiqlərlə hərəkət edib bütün çıxış yollarının tükəndiyinə inanırlar. Halbuki şərait nə qədər çətin və mövcud imkanlar nə qədər məhdud olsa da, insane mütləq çıxış yolunun olduğuna hər zaman inanmalı və ümidini heç vaxt itirməməlidir.

Quranda Allaha inanan bir insanın heç bir mövzuda heç vaxt ümidini kəsməyəcəyi belə bildirilmişdir:

"Oğullarım! Gedin Yusifdən və qardaşından bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!" (Yusuf surəsi, 87)

(Mələklər “Biz sənə doğru xəbərlə müjdə veririk. Ümidini üzənlərdən olma!” – dedilər (Hicr surəsi, 55)

Bu səbəbdən, mömin hansı hadisə ilə qarşılaşırsa-qarşılaşsın, heç vaxt ümidsizliyə, pessimizmə və ya mənfi düşüncələrə qapılmamalıdır. Bu, Allahın müsəlmanlara olan əmridir.

Nəfs bu cür vəziyyətlə qarşılaşdıqda, adamı müsbət yöndə düşünməkdən əvvəl, dərhal ən mənfi ehtimalları düşünməyə yönəldir. Demək olar ki, bütün insanlar Quran əxlaqını mənimsəyənə qədər, hər bir hadisəyə bu dünyagörüşlə yanaşırlar. Bunun mənfi nəticələrini və zərərlərini düşünmədikləri üçün bu refleksə etiraz etmirlər. Çətin vəziyyətlə qarşılaşdıqda insanların ağızlarından çıxan ilk sözlərin əksəriyyəti "əfsuslar olsun", "təəssüf" kimi ifadələr olur.

Həmçinin pessimizmin, daim mənfi ehtimallarla düşünməyin, çarəsizliyə inanmağın insana verdiyi əzab da çox şiddətlidir. Bu duyğulara qapılan insanların sahib olduğu ruh halı Allahın bəyənmədiyi bir əxlaqı yaşadıqları üçün onlara dünyada verilən əzabdır.

Ancaq bunun əksi olan İslam əxlaqını yaşamaq çox asandır. İnsanın sonsuz ağıl sahibi, sonsuz ədalətli, sonsuz mərhəmətli, əfvedici və sonsuz yaratma gücünə sahib olan Allahı tanıması çox böyük bir lütfdür. Allah dilədiyi an dilədiyini yaratmağa qadirdir və "(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər…" (Bəqərə surəsi, 186) deyə buyurmuşdur. Quranda insanların Allahdan dilədikləri hər şeyi istəyə biləcəkləri bildirilmişdir. İnsan istədiyi an istədiyini yaratmağa qadir olan Allahdan hər şeyi istəyə bildiyinə görə, çıxılmaz vəziyyətə düşməsi, çarə yollarının tükənməsi, çıxış yolunun qalmaması kimi ehtimallarla yaşaması da tamamilə yanlışdır. Çünki Allahın diləməsi və köməyi ilə insanın yolu hər mövzuda açıqdır. Allahın bu gücünü və mərhəmətini qavraması insanın Ona istənilən vaxt, istənilən mövzuda ümid etməsini təmin edir.

Bu əxlaq Allahın Quranda əmr etdiyi əxlaqdır və Allahın bu əmrini tətbiq etmək insanlar üçün böyük bir nemətə çevrilir. İnsanın pessimizm yerinə, belə bir əxlaq göstərməsi daha gözəl və daha rahatdır. Əks təqdirdə insan həmişə narahat, qorxu içində, mənfi təxminlərlə zehnini yoraraq yaşayar. Allahın Quranda bildirdiyi əxlaqa uyğun yaşayan insan isə ən çətin şəraitdə belə Allahın köməyini, rəhmətini, yaxınlığını, daim Ona ümid etməyin rahatlığını, sevincini yaşayar.

Bəzi insanların nemət, bolluq və təhlükəsizlik içində yaşadıqları müddət ərzində Allaha güvənməsi və bütün bunların Allahın sonsuz gücü sayəsində reallaşdığını bilməsi, amma bunlarda bir əskiklik meydana gəldiyində isə Allahın gücünün nə qədər sərhədsiz və sonsuz olduğunu unutmasıdır. Quranda bu vəziyyətdəki insanların göstərdiyi əxlaq belə bildirilmişdir:

İnsanlara bir mərhəmət daddırdığımız zaman ona sevinərlər. Onları öz əlləri ilə etdikləri əməllərə görə bir müsibətə düçar etdikdə isə dərhal məyus olarlar. (Rum surəsi, 36)

İnsan (Allahdan özünə) yaxşılıq diləməkdən usanmaz. Əgər ona bir pislik üz versə, ümidsizliyə qapılıb məyus olar. (Fussilət surəsi, 49)

Belə bir insan neməti bəxş edən Allahın yenidən təkrar olaraq, istədiyi hər vaxt və dilədiyi qədər çox verməyə Qadir olduğunu təqdir edə bilməz. Həyatındakı bütün gözəlliklərin, özü bir yol tapıb əldə etdiyi üçün deyil, Allah belə dilədiyi və ona lütf edib o imkanı verdiyi üçün mövcud olduğunu düşünməz. Sahib olduğu nə varsa, bütün bunlar yoxdan var edilərək yaradılmışdır. Bax, çətinlik meydana gəldiyində də vəziyyət bundan fərqli deyil: hər şeyi yoxdan yaradan Allah, ortada heç bir çıxış yolu görünməyən bir vəziyyət olsa belə, yenə yoxdan yaradacaq və insana yol göstərəcək.

Allah Quranda "... Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər!" (Furqan surəsi, 31) buyurmuşdur. Allahın insana istənilən mövzunu həll etmək üçün yol göstərməsi böyük nemətdir. Qeyd etmək lazımdır ki, insan özü çıxış yolu tapmağa qadir deyil. Allah diləmədikcə insan heç nəyə gücü çatmayan aciz varlıqdır. Allahın ona çıxış yollarını, çarələri, doğruları göstərməsinə möhtacdır. Bu səbəbdən, insan Allaha güvənməli, Allahdan səmimiyətlə, ümidlə kömək istəməli, ağılla, vicdanla əlindən gələni etməlidir. Nəticəni Allah yaradacaq və Allah möminlər üçün dünyada və axirətdə hər zaman ən gözəlini yaradandır.

Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər.(Səcdə surəsi, 16)

İki dəstə(tayfa) bir-biri iləqarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimizbitdi!) Artıq yaxalandıq!”. (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənəyol göstərəcəkdir!” Onda Musaya beləvəhy etdik: “Əsanla dənizəvur!” (Musa əsasını dənizəvurankimi) o dərhal yarıldı vəhər hissəböyük (uca) bir dağ kimi oldu. O biriləri (Firon əhlini) dəora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq). Musa və onunla birlikdə olanların hamısını xilas etdik. (Şuəra surəsi, 61-65)
(məqalə harun yahya)