Sizi Yaradanı Nə Qədər Tanıyırsınız?



Sizi kim yaratdı? Bədəninizi, gözlərinizin rəngini, saçlarınızın rəngini kim verdi? Boyunuzun uzunluğunu, saçlarınızın rəngini kim təyin etdi? Sizinlə birlikdə digər insanları, göyləri, yeri və bu ikisi arasında yaşayan bütün canlıları kim yaratdı? Kosmosun dərinliklərindəki planetlərin, Günəşin və ulduzların nizamını kim təyin etdi?

Siz bütün bu suallara tək bir cavab verərsiniz: “Allah”. Sizin kimi digər insanlara da bu suallar soruşulduğunda, onlar da “Allah” deyə cavab verərlər. Necə ki, Allah Quranda insanların öz ağızlarıyla bu gerçəyi təsdiq edəcəklərini belə bildirmişdir:

(Ya Rəsulum!) Həqiqətən, əgər (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram (öz əmrinə, insanların mənafeyinə kim tabe) etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar (tövhiddən, yalnız Allaha ibadət etməkdən) niyə döndərilirlər? (Ənkəbut Surəsi, 61)

Sizi və kainatı ən incə detalına qədər planlayan Yaradıcımızı nə qədər tanıyırsınız? Sizi hər an gördüyünü, eşitdiyini, etdiyiniz hər şeydən hər an xəbərdar olduğunu bilirsinizmi? Sizə görə Allah haradadır? Sizi yaratdıqdan sonra öz başınamı buraxır, yoxsa necə yaşamaq lazım olduğunu bildirir? Allahı görə bilərsinizmi? Onunla danışa bilən bir insan varmı? İnsanlardan başqa hansı varlıqları yaratdı? O, ölümdən sonra necə bir həyat vəd edir?

Şübhəsiz bunlar kimi daha bir çox sual soruşula bilər və siz də özünüzə görə bu sualların hamısını cavablayarsınız. Bu cavablar ya ailənizdən, ya qohumlarınızdan, ya ətrafınızdan, ya da oxuduğunuz kitablardan öyrəndikləriniz olacaq. Ya da illər əvvəl din dərsində oxuduqlarınızdan ağılınızda qalanlar… Verdiyiniz cavabların həqiqətən doğru olub olmadığını heç düşünmüsünüzmü?



Şübhəsiz hər kəs Allah haqqında müxtəlif fikirlər söyləyə bilər. Bir fəlsəfəçi Allahı izah edərkən əvvəlcə aldığı təhsili ön plana çıxarar, təsirləndiyi filosofların fikirlərini istifadə edərək Allahı tanıdar. Allah haqqında heç bir məlumatı olmayan bir evdar qadın qonşusundan eşitdiyi məlumatlara inanar. Allahla əlaqədar kitab yazan bir yazıçı isə bəlkə də heç din təhsili almayıb, hətta Allahın endirdiyi ayələrdən belə xəbərsizdir. Lakin bu yazıçının kitabını oxuyan hər kəs, sanki onun fikirləri müzakirəsiz doğruymuş kimi qəbul edər, bütün yazılanları tətbiq edər və ətrafındakı hər kəsə özündən çox əmin olaraq oxuduqlarını izah edər. Və çox insan, o günə qədər ətrafından eşitdiklərinin və öyrəndiklərinin səhv və ya əskik ola biləcəyinə ehtimal verməz.

Lakin unudulmamalıdır ki, insan yanıla bilən, cahillik edə bilən varlıqdır. Bu halda bizə, Allahı ən doğru tanıdacaq qaynaq, yalnız Onun bizlərə endirdiyi haqq kitab Qurandır. Allah Quranda insanlar üçün lazım olan şeyləri açıqlamışdır. Yuxarıdakı sualların Qurandakı cavablarına baxacaq olsaq, əvvəlcə Allahın tək göylərdə deyil, hər yerdə olduğunu görərik. Allah bütün insanlara olduğu kimi sizə də şah damarınızdan daha yaxındır. Sizin hər etdiyinizə şahiddir, hər şeyi görər. Söylədiyiniz bütün sözləri eşidər. Gizlicə etdiyiniz bütün duaları bilər. Hər an sizin yanınızdadır. Üstəlik Allah dilədiyi quluyla danışar. Məsələn: Quranda, Hz. Musa ilə danışaraq onu digər insanlardan üstün etdiyi bildirilmişdir. Allah insanları olduğu kimi, mələkləri və cinləri də yaratmışdır. Və Allah dünya həyatından sonra sonsuza qədər davam edəcək bir cənnət və cəhənnəm həyatı yaratmışdır. İnsanlara ölümlərindən sonra cənnətə gedə bilmələri üçün necə yaşamaları lazım olduğunu da Quranla bildirmişdir. Bütün bunlar yuxarıda soruşduğumuz sualların çox qısa cavablarıdır və bu cavabların hamısı Quranda var. Allah, 1400 il əvvəl endirdiyi Quran ayələriylə insanlara Özünü tanıtmış, Özünə aid adları bildirmişdir.
(məqalə harun yahya)