Heç Bir Şeyi Allahdan, Elçisindən və Allah Yolunda Cəhd Etməkdən Vacib Bilməmək


Kordoba, İspaniya (7-9-cu əsrlər)

Möminin vəzifəsi bütün həyatı boyu Allaha qulluq etməkdir. Allaha olan qulluğun xaricində başqa bir məntiqlə qurulmuş həyat, Allahı inkar etmək və ya Ona ortaq qoşmaq mənasını verir ki, bu davranışın sonu cəhənnəm ola bilər.

Başqa cür desək dünya həyatı mömin üçün vasitə olmalıdır. Mömin, həyatın hər bir hissəsini Allaha yaxınlaşmaq və Onun dininə xidmət etmək üçün vasitə olaraq görməlidir. Əgər vasitə məqsəd halına gəlirsə (inkarçılar belə edir) o halda ortada böyük bir təhlükə olduğu aydın olur. Mömin, Allaha qulluq etmək üçün yaşayır və o, dünyadan çoxdan imtina etmişdir. Allah bu vəziyyəti Quranda belə açıqlayır:

Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə Surəsi, 111)Möminlər mallarını və canlarını Allaha həsr etmişlər. Bu səbəbdən malları və ya canlarını Allah yolunda xərcləməkdən çəkinməzlər. Allah nəyi əmr edirsə, onu şövqlə edərlər. Allah bir nemət versə, ondan istifadə edər və Rəbbimizə şükr edərlər.

Belə bir mömin heç bir fədakarlıqdan çəkinməz və dünyadakı heç bir şey onu mübarizədən uzaqlaşdırıb məşğul edə bilməz. Allahın əmrini yerinə yetirmək üçün dünyanın ən gözəl nemətlərini bir kənara qoyub bir anda özünü ölüm təhlükəsinə atmağa da hazırdır. Buna zidd olan davranışın sonu isə peşmanlıqdır. Allah ayədə bu hökmü verir:


Kordoba, İspaniya (7-9-cu əsrlər)

De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cəhd etməkdən daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”. (Tövbə Surəsi, 24)

Belə iman və şüur Peyğəmbərimizə (s.ə.v.) tabe olan səhabələrdə o qədər güclü idi ki, döyüşə getməkdən çəkinmək əvəzinə, Peyğəmbərin yanında döyüşə gedə bilmək üçün hər variantı sınayan, getmək imkanı olmadığında isə kədərdən ağlayanlar var idi. Allah bu saleh möminlərlə, mübarizədən qaçanlar arasındakı fərqi belə bildirir:

Allaha və Onun Elçisinə sadiq qalacaqları təqdirdə acizlərə, xəstələrə və (döyüşdə) vuruşmağa vəsait tapa bilməyənlərə heç bir günah yoxdur. Yaxşı işlər görənləri danlamağa əsas da yoxdur. Allah Bağışlayandır, Rəhmlidir. Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə: “Sizin üçün minik tapa bilmirəm”– dediyin zaman xərcləməyə (infaka) bir şey tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərin də (heç bir günahı yoxdur). Yalnız varlı olduqları halda (evdə qalmaq üçün) səndən icazə almağa gələnlər danlanmalıdırlar. Onlar arxada qalanlarla birgə daldalanmağa razılaşdılar. Allah onların qəlbini möhürləmişdir. Məhz bu səbəbdən onlar (özlərinin aqibətini) bilməzlər. (Tövbə Surəsi, 91-93)
(məqalə harun yahya)