Seçilmişlik



Allah hər insan üçün bir qədər (tale) təyin etmişdir və bu qədəri hər hansı bir insanın ya da hadisənin dəyişdirməsi mümkün deyil. İnsanın hansı tarixdə, hansı cəmiyyətdə, hansı ailəyə mənsub olacağını təsbit edən, həyatı boyunca da nələrlə qarşılaşacağına qərar verən ancaq Allahdır. İnsana sahib olduğu ağılı, fikrindən keçirdiyi düşüncələri ilham edən də yenə Allahdır.

Bu səbəbdən bir insanın iman etməsi, sahib olduğu hər hansı xüsusiyyətdən qaynaqlanmaz. İmanı verən ancaq və ancaq Allahdır. Allah “Hadi”dir, yəni hidayət verəndir, eləcə də “Rəbb”dir, yəni öyrədib yetişdirəndir. İstədiyi qulunu doğruya yönəldər. Quranda bu gerçək Hz. Musanın sözləri ilə belə xəbər verilir:

“(Musa) dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da (ona) doğru yolu göstərəndir!” (Taha Surəsi, 50)İman edənlər, Allahın onlara lütf etdiyi insanlardır. Allah bir ayədə belə buyurur:

“Rəbbin, dilədiyini yaradar və seçər; seçki onlara aid deyil…” (Qəsəs Surəsi, 68)

İnsanlar cəhənnəmə ora layiq olaraq girərlər. Çünki onları yaradan Allaha qarşı üsyan etmiş və ən böyük əzaba düçar olmuşlar. Buna müvafiq olaraq, cənnətə ancaq Allahın lütfü və bağışlaması sayəsində girilir. Allah cənnətinə yerləşdirəcəyi möminləri seçmiş, onlara lütf etmiş, onları öyrətmiş, günahlarını bağışlamış, səhvlərini örtmüşdür.



Mömin bu seçilmişliyinin hər vaxt fərqində olmalı, özünə verilən iman nemətinə qarşı, daim Allaha şükr edərək yaşamalıdır. Bu seçilmişliyin şərəfi onun hər hərəkətində əks olunmalı, bunun təmkin və kübarlığını öz üzərində daşımalıdır. Yer üzündə Quranda təsvir edilən əxlaqı təmsil etdiyini, çoxlarının qəflət və pozğunluq içində olduğunu, amma Allahın onu imanla şərəfləndirdiyini unutmamalıdır. Çünki mömin yer üzündə yaşayan insanlar içində “ziyanda” olmayan, hər gün cəhənnəmə bir az daha yaxınlaşan qrupun içində iştirak etməyən məhdud saydakı qullardan biridir. Allah ziyanda olan insanları belə xəbər verir:

And olsun axşam çağına. Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa. (Əsr Surəsi, 1-3)

Bütün inkarçılar sonu cəhənnəmə doğru gedən “ziyan”ın içində olduğu halda, mömin üçün Allahın onu bu vəziyyətdən qurtarması və bütün insanlara üstün tutması əlbəttə ki, çox böyük şərəfdir.
(məqalə harun yahya)