Hər İşdə Xeyrin Olması



Allah hər şeyi hikmətlə yaradır. Bu hikmətlərdən biri də Allahın yaratdığı hadisələrin nəticəsinin möminlərə, dinə fayda gətirməsidir. Çünki Allah möminlərlə bərabərdir və möminlərin əleyhinə heç bir şey yaratmaz.

Möminin qarşısına çıxan bəzi hadisələr məsələn, inkarçıların qurduğu tələlər ilk baxışda mənfi hal kimi görünə bilər. Amma Allah mütləq və mütləq bunda da xeyir yaratmışdır. Bu hadisədə hansı xeyirlərin olduğunu isə dərhal və qısa zaman ərzində möminlərə göstərər. Buna görə də möminlər qarşılaşdıqları hər hadisədə mütləq xeyirin olduğunu bilməlidirlər.Quranda bu mövzu ilə bağlı bir çox hadisə izah edilir. Hz. Yusifin həyatı buna bir nümunədir. Hz. Yusif kiçik uşaqkən qardaşları tərəfindən quyuya atılmış, sonra oradan xilas olmuşdur. Ancaq bir müddət sonra günahsız olduğu halda, günahlandırılaraq zindana atılmışdır. Ancaq Hz. Yusif bütün bu hadisələrin Allahın idarəsində olduğunu və hər bir işdə mütləq xeyr olduğunu heç zaman unutmamışdır. Nəticə olaraq, Allah bir müddət sonra bütün bu “fəlakət”lərin arxasındakı xeyiri ona göstərmişdir və Hz. Yusif atıldığı Misir zindanlarından xilas olaraq həmin ölkənin rəhbərliyində yer tutmuşdur.

Gəmidə olduğu zaman püşk atılaraq kimin dənizə atılacağı müəyyənləşdirilən və nəticədə dənizə atılan, sonra da nəhəng balıq tərəfindən udulan Hz.Yunisin vəziyyəti də Hz.Yusifə bənzəyir. Quranda Hz.Yunisin Allahı “təsbeh edənlərdən” olduğu üçün o yerdən qurtarıldığı və sonra da mükafatlandırıldığı belə izah edilir:



Əgər o, Allaha tərif deyənlərdən olmasaydı, balığın qarnında Qiyamət gününə qədər qalardı. O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq. Onun başı üstündə iri yarpaqlı ağac (balqabağa bənzər) bitirdik. Biz onu yüz mindən də daha çox adama (peyğəmbər) göndərdik. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik. (Saffat Surəsi, 143-148)

Quranda izah edilən bütün bu nümunələr insan üçün çox mühüm dərslərdir. Bir hadisənin “fəlakət” kimi görünməsi, əslində onun elə olduğu mənasını vermir.

İnkarçılar üçün isə heç bir hadisə “xeyirli” deyil. Onlara zövq və sevinc verən, gözəl kimi görünən şeylər də əslində axirətdə çəkəcəkləri əzabı artıran səbəblər olacaqdır. İnkar edənlərin haqsız olaraq əldə etdikləri bütün qazanclar, hesabı soruşulacaq bir günah olaraq onların adına yazılır. Allah Quranda bu hökmü verir:

Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır. (Ali-İmran Surəsi, 180)
(məqalə harun yahya)