Ölənə Qədər Səbir



İnsan xarakter olaraq tələskən yaradılmışdır və bu xüsusiyyətinə görə də bir çox səhvlər edir. Halbuki Quranda insanın bu tələskənliyindən əl çəkməsi və Allah üçün səbr etməsi tövsiyə edilir. Mömin Allahın vəd etdiyi böyük nemət və qurtuluşu gözləməyi və buna görə səbr etməyi bacarmalıdır. Bu, bir ibadətdir. Ayədə “Rəbbin üçün səbr et” (Muddəssir Surəsi, 7) hökmü verilir. Həm Allah yolunda mübarizənin, həm də Allaha yaxınlaşmaq üçün gedilən yolun ən əhəmiyyətli nemətlərindən biri səbirdir. Bir ayədə belə buyurur:

“Ey iman edənlər! Səbr edin, dözümlü olun, növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Ali-İmran Surəsi, 200)

Bir şeyi unutmayaq ki, səbir ilə “dözüm” anlayışları fərqlidir. Cahiliyyə cəmiyyətində bu iki anlayış bir-birinə qarışmışdır. Halbuki bu 2 anlayış arasında mömin tərəfindən qavranılan çox mühüm fərq var. Dözüm, xoşa gəlməyən, ağrı verən çətinliyə dözməkdir. Halbuki Quranda nəzərdə tutulan səbir mömin üçün çətinlik qaynağı deyil. Mömin Allahın razılığını qazanmaq üçün səbr edir, buna görə də səbrindən ötəri heç bir əzab çəkmir, əksinə mənəvi həzz alır. Quranda səbrin möminlər üçün həzz, inkarçılar üçün isə çətin “dözüm” olduğu belə ifadə edilmişdir:

“Səbr və namazla (Allahdan) kömək diləyin! Həqiqətən, bu, (Allaha) itaət edənlərdən başqa (hamıya) ağır gəlir.” (Bəqərə Surəsi, 45)

Quranda səbrin möminlər üçün “müjdəli” ibadət olduğu və möminlərin qarşılarına çıxan çətinliklərə qarşı səbr edərkən sahib olduqları ruh halı belə izah edilir:

Bizi sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. (Bəqərə Surəsi, 155-156)

Səbir elə üstün xüsusiyyətdir ki, mömin birliyində böyük güc meydana gətirə bilər. Allah gücün səbrə görə necə dəyişdiyini aşağıdakı ayədə belə açıqlayır:

İndi Allah sizin (yükünüzü) yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda min (səbirli kişi) olsa, Allahın izni ilə (kafirlərdən) iki mininə qalib gələr. Allah səbir edənlərlədir. (Ənfal Surəsi, 66)

Səbir Quranda izah edilən bütün mömin xüsusiyyətlərini də əhatə edən xüsusiyyətdir. Çünki bir insan təvazökar, mərd, fədakar ola bilər. Amma burda incə məqam var: əgər bu xüsusiyyətlərində səbir göstərərsə, bunların dəyəri o zaman olar. Səbir digər bütün mömin xüsusiyyətlərini qiymətli və etibarlı edir. Yalnız səbir imanı məqbul edir. Möminin bütün ömrü səbirlə keçir. Həyatının hər günü “Allah üçün səbr et” hökmünə itaət edir. Nəticədə isə Allah canını alacaq və onu razılığı və cənnətiylə mükafatlandıracaqdır. Cənnətin qapısındakı mələklər möminlərə belə səslənərlər:

“Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (Rəd Surəsi, 24)
(məqalə harun yahya)