Cahillərdən Üz Çevirmək



Quranda möminlərin xüsusiyyətləri izah edilərkən belə xəbər verilir:

Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara (xoşagəlməz) bir söz dedikdə: “Salam!”- deyərlər. (Furqan Surəsi, 63)

Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”- deyirlər. (Qəsəs Surəsi, 55)

Möminlər son dərəcə dinc ruh halına sahib olduğu halda, inkarçılar bunu əksinə olaraq narahat, ətrafındakılara qarşı təcavüzkar və hörmətsizdirlər. Sanki cəhənnəm əzabı onlar üçün hələ dünyada ikən başlamışdır və ən sadə bir hadisə belə ani reaksiyalar vermələrinə səbəb olur. Gözlənilməz anda gözlənilməz davranışlar edirlər. Bu səbəbdən, cahiliyyə cəmiyyəti içində gündəlik həyatda hər an problem çıxara biləcək insanlarla tez-tez qarşılaşılır.

Ancaq möminlər üstün bir əxlaqa və dünya görüşünə sahib olduqları üçün bu insanlarla hər vaxt lazım olduğu kimi həmsöhbət olurlar. Onlara qarşı daim yuxarıdakı ayələrdə təsvir edilən kübar rəftar göstərərlər. Müdaxilə edilməsi lazım olan vəziyyətlərdə də ən mədəni, ən təsirli və qanuni yolları istifadə edərlər.
(məqalə harun yahya)