Allahın Möminlərə Dəstəyi



Cahiliyyə cəmiyyətindəki insanlar xarakterlərini sahib olduqları güc və mövqelərinə görə formalaşdırırlar. Özlərinə güvənməkləri üçün mütləq ya zəngin, ya məşhur, ya çox gözəl və ya yaraşıqlı olmalıdırlar. Ancaq mömin yalnız Allaha güvənərək yaşayar və möminin özünə güvənməsi üçün inkarçıların ehtiyac duyduğu maddi meyarların heç birinə ehtiyacı yoxdur. Çünki Allah daim möminlərlədir. Allah, “And olsun ki, Mən və elçilərim hökmən qalib gələcəyik!” (Mücadilə Surəsi, 21) hökmünün sirri ilə elçilərini və onlara tabe olan möminləri hər zaman qalib edər. Mömin bütün dünyanın qarşısında tək başına olsa belə üstün gələr. Allah rəsuluna belə bildirir:

Əgər onlar səni aldatmaq istəsələr, (bil ki,) sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi. (Ənfal Surəsi, 62)

Unudulmamalıdır ki, insanlara yolları açan, müvəffəqiyyət qazandıran, onları inkişaf etdirən, gücləndirən Allahdır. İnsanın öz müvəffəqiyyəti üçün düşündüyü səbəblər bu müvəffəqiyətin əldə olunması üçün kifayət deyil. Səbəblər yalnız və yalnız əməli duadır. Əməli dua ilə paralel edilən sözlü dua və ixlasın qarşılığında Allah istənilən nəticəni yaradar. Bu səbəbdən mömin, bacarmaq istədiyi bir işdə yalnız Allahın köməyinə güvənər. Belə olduqda isə özündən son dərəcə əmin, heç bir təhlükədən çəkinməyən və maraqlarına zidd kimi görünən hadisələrdən heç bir şəkildə təsirlənməyəcək qədər möhkəm xarakterli bir insan modeli meydana çıxır.

Ətrafındakı insanların bir çoxunun azmasına baxmayaraq heç bir ümidsizliyə düşməyən və “…Əgər siz və yer üzündəkilərin hamısı kafir olsanız belə Allah heç bir şeyə möhtac deyil, təriflənmişdir” (İbrahim Surəsi, 8) deyən Hz. Musa bu məsələdə yaxşı nümunədir. Hz. Musa bu qədər güvənli və qorxmazdır. Çünki Allahın köməyinin daim möminlərlə olduğuna əmindir. Allah, ona, “Qorxma, şübhəsiz sən üstün gələcəksən” (Taha Surəsi, 68) hökmünü vəhy etmişdir.



Şübhəsiz Hz. Musanın rəftarı digər bütün möminlər üçün də nümunə olmalıdır. Çünki Allah bu cür zəmanətli müjdəni yalnız Hz. Musaya və digər elçilərinə deyil Öz rizasına ixlasla sarılan bütün möminlərə verir. İnkar edənlərə qarşı onları qoruyacağını, qalib edəcəyini vəd edir. Bu həqiqət Quranda “… Allah kafirlərə möminlərin əleyhində qətiyyən yol verməz.” (Nisa Surəsi, 141) şəklində ifadə edilmişdir.

Mömin yalnız Allaha olan sədaqətini qorumaq və Ona olan xidmətdə, qulluqda sadiq olmaqla məsuldur. Belə etdiyi təqdirdə möminin qorxacağı heç bir şey yoxdur:

Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir! (Maidə Surəsi, 105)

Doğru yolda olanlara inkarçılar heç bir zərər verə bilməz. Möminləri təzyiq altında saxlamaq, hətta öldürmək üçün etdikləri bütün plan və tələləri Allah boşa çıxardar. Bir ayədə bu sirr belə açıqlanır:

(Zalımlar) hiyləli-nizamlar qurdular. Halbuki onların nizamları, dağları yerlərindən oynadacaq olsa da, Allah qatında onlara qarşı hazırlanmış nizam vardır. (İbrahim Surəsi, 46)

İnkarçılar möminlər əleyhinə tələ hazırlayarkən Allah da onları “…bilməyəcəkləri bir yerdən tədricən ” (Əraf Surəsi, 182) məhvə doğru sürükləyər. Allah möminlərlə bərabərdir və Allahın güc, izzət və əzəməti inananlarda təcəlli edir. Quranda münafiqlərin qavraya bilmədiyi bu gerçək belə ifadə edilir:

Məhz onlar: “Allahın Elçisi yanında olanlara bir şey verməyin (infak etməyin) ki, dağılıb getsinlər!”– deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar.

Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər ən alçaqları mütləq oradan çıxardacaqlar!”– deyirlər. Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin (bunu) münafiqlər bilmirlər. (Munafiqun Surəsi, 7-8)

Bu, qəti və sabit qanundur. Mömin “Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin…” (Nisa Surəsi, 71) ayəsini əsas alaraq və ibadət olaraq inkarçılara qarşı diqqətli və tədbirli davranar, amma bu İlahi qanunun rahatlığı içində olarlar. Allah eyni qanununu bir başqa ayəsində belə açıqlayır:

Sözsüz ki, kafir olanlar, Allah yolundan sapdıranlar və hidayət yolunu tanıdıqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər vura bilməzlər. (Allah) onların bütün əməllərini puça çıxaracaqdır. (Məhəmməd Surəsi, 32)
(məqalə harun yahya)