İnsan İmtahan Olunur



Mömin qarşılaşdığı hər hadisəni Allahın xüsusi olaraq imtahan məqsədilə qarşısına çıxardığını bilməli, Allaha təvəkkül etməli və Onun rizasına uyğun olan ən gözəl şəkildə davranmalıdır.

Hər şeyi hikmətlə yaradan Allah bütün kainatı insanın xidmətinə vermişdir. Rəbbimiz Günəş sistemindəki atmosferdəki oksigen nisbətinə, ətindən-südündən faydalandığımız heyvanlardan suya və kainatda daha çox varlığı insanın həyatına xidmət edəcək şəkildə yaratmışdır. Bu həqiqət ortada ikən insan həyatının bir məqsədi olmadığını düşünmək böyük bir cəhalətdir. Əlbəttə, insanın bir yaradılış məqsədi var və Allah bu məqsədi belə açıqlayır:

“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.” (Zariyat surəsi, 56)

İnsanların sadəcə az bir qismi bu yaradılış məqsədini qavrayır və buna uyğun şəkildə yaşayır. Allah dünyadakı həyatımızı bu məqsədə uyğun şəkildə yaşayıb-yaşamayacağımızı sınamaq üçün yaratmışdır. Allaha könüldən qulluq edənlərlə Ona üsyan edənlər bu dünyada Allahın imtahanı nəticəsində ortaya çıxacaqlar. İnsana verilən bütün imkanlar (bədəni, duyğu orqanları, malları) bu imtahan üçündür. Bir ayədə Allah belə buyurur:

Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. (İnsan surəsi, 2)


İnsanın dünyadakı vəzifəsi Allaha və axirətə iman gətirmək, Allahın Quranda bildirdiyi şəkildə gözəl əxlaq sahibi bir insan olmaq, Allahın həddlərini qorumaq və Onun razılığını qazanmağa çalışmaqdır. Allahın əmrlərini hansı insanların yerinə yetirəcəyini ancaq yaşadığımız bu dünya həyatındakı imtahan nəticəsində görə biləcəyik. Allah insanlardan həqiqi və səmimi iman istədiyi üçün insan ancaq “iman gətirdim” deməklə dərin bir imana sahib olmaz. İnsan Allaha və Onun dininə həqiqətən iman etdiyini, şeytanın onu azdırmaq üçün göstərdiyi bütün cəhdlərə baxmayaraq doğru yoldan dönməyərək göstərməlidir. İnsan inkar edənlər uymayacağını, öz nəfsinin həvəslərini Allahın rizasına üstün görməyəcəyini də sübut etməlidir. Bunu isə qarşısına çıxan hadisələrə qarşı göstərdiyi münasibətlə ortaya qoyacaq. Allah dini qəbul edən insanın qarşısına səbr etməli olduğu bəzi çətinliklər çıxaracaq, bunlara qarşı göstərdiyi münasibətlə onu imtahan edəcəkdir. Bu həqiqət bir Quran ayəsində bu şəkildə izah edilir.

İnsanlar yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Ənkəbut surəsi, 2)



Allah Quranın başqa bir ayəsində iman etdiyini söyləyənləri sınayacağını belə bildirir:

Yoxsa Allah içərinizdən cihad edənləri və səbr edənləri bilib ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz? (Ali-İmran surəsi, 142)

Allahın Quranda bildirməsinə baxmayaraq iman gətirən bir insanın qarşılaşdığı çətinliklərə təəccüb etməsi, əlbəttə, doğru olmaz. Bu çətinliklər günlük həyatın sanki adi görünən problemləri də ola bilər, ilk baxışda böyük fəlakət kimi görünən hadisələr də. Mömin bütün bunların hamısına imtahan gözü ilə baxmalı, Allaha təvəkkül etməli və Onun rizasına uyğun şəkildə davranmalıdır. Bir ayədə möminlərin qarşılaşacaqları çətinliklərdən belə bəhs edilir:

Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)

Sadəcə çətinliklər deyil, dünya həyatındakı nemətlər də Allahın bir imtahanıdır. Allah verdiyi hər nemətlə bərabər insanın Ona şükr edən olub-olmadığını sınayır. İnsan həm çətinlik anlarında, həm də nemətlər içində, rahatlıq anlarında daima aləmlərin Rəbbi olan uca Allaha şükr edib Onun əmrlərini yerinə yetirməlidir.
(məqalə harun yahya)