Allah Qorxusu İnsana Gözəl Əxlaq Qazandırır



Allahdan qorxan bir insan cəmiyyətdəki ən etibarlı şəxsdir. Allahdan qorxduğu üçün yalan deməyəcək, Allahın razı olmayacağı pis davranışlardan çəkinəcək, öz mənfəətini deyil, başqalarının mənfəətini güdəcək, öz rahatlığını deyil, başqalarının rahatlığını düşünəcək, ətrafına hər zaman xeyir və gözəllik verməyə çalışacaqdır. Allahdan qorxan şəxsdə səmimiyyət, doğruluq, səmimiyyət, vəfa, sədaqət, fədakarlıq kimi gözəl əxlaqa aid bütün davranışlar ən gözəl şəkildə təzahür edir. Allah qorxusu daşımayan bir insanda isə bu xüsusiyyətlərin əsl mənada və davamlı olması mümkün deyil. Çünki Allahdan, Rəbbimizə hesab verməkdən, cəhənnəmə girib etdiyi pisliklərin qarşılığını görməkdən qorxmadığı üçün bu qısa dünya həyatında öz mənfəətindən fədakarlıq edərək gözək davranmağı düşünmür. Allahdan qorxan bir müsəlman isə bunun tam tərsinə olan şəkildə davranır. Hər işdə Allah qorxusundan qaynaqlanan güclü vicdanı ilə hərəkət edir, öz mənfəətini deyil, gözəl əxlaqın həddlərini qoruyur.
(məqalə harun yahya)