Müsəlman Cəhənnəmdəki Əzabdan Qorxar



Cəhənnəmdən qorxmaq, cəhənnəm əzabını düşünərək Allah qorxusunu artırmaq da müsəlmanın əsas xüsusiyyətlərindəndir. Allah ayələrində müsəlmanların cəhənnəm əzabından qorxduqlarını bildirir. Bu ayələrdən bəziləri belədir:

Mənə ilk müsəlman olmaq buyurulmuşdur! De: “Əgər Rəbbimə asi olsam.., doğrusu, böyük günün əzabından qorxuram!” (Zumər surəsi, 12-13)


De: “Mən göyləri və yeri yaradan, hamını bəsləyib Özü bəslənməyən Allahdan başqasını özümə Rəbbmi edərəm?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!” (deyə buyuruldu). De: “Əgər mən Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram.” (Ənam surəsi, 14-15)

Cəhənnəmin olduğunu düşünmək müsəlman üçün imanını dərinləşdirəcək, təqvasını gücləndirəcək, əxlaqını gözəlləşdirəcək vacib təfəkkür yoludur. Müsəlman Allahın Quranda ətraflı şəkildə izah etdiyi cəhənnəmdən qorxar, cəhənnəmin xüsusiyyətlrəini daima xatırlayar və cəhənnəmin sanki bir addımlıq məsafədə olduğunu təsəvvür edərək davranar.
(məqalə harun yahya)