Səhvləri Düzəldərkən Nələrə Diqqət Etməliyik?



Bəzən insanlar əskik tərəflərini düzəltmək üçün səy göstərərlər və bunu həqiqətən də düzəltdiklərini zənn edərlər. 1 dərəcəlik təzyiqlə qarşılaşdıqlarında buna dözürlər. 2 dərəcəlik təzyiq olduğunda da buna dözürlər. Amma bir az daha çox təzyiq olduğunda buna müqavimət göstərə bilməzlər. Nəfslərindəki bu əskikliyi qabardacaq hər hansı bir vəziyyətdə dərhal köhnə davranışlarına geri dönərlər. O ana qədər kökündən həll etdiklərini, tamamilə düzəltdiklərini sandıqları o əskikliklərini əslində heç düzəltməmiş olduqlarını da ancaq belə bir vəziyyət meydana gəldiyi zaman anlayarlar.

Bəzən də insanların, cəmiyyətdə istifadə edilən ifadəylə ‘səbr kasaları’ vardır. Hər şeyə qarşı dözümləri vardır amma o ‘səbr kasası’ daşan anda bütün idarələrini itirirlər. Bəzən bu ‘səbr kasası’nı tək bir söz daşırır. Bəzən bir hərəkət, bəzən müəyyən şərtlər, bəzən də müəyyən bir insandan gördüyü reaksiyalar. Belə bir insan ən ağır sözlərə qarşı belə, səbir göstərib, gözəl əxlaqla qarşılıq verə biləcəkkən, o söz deyildiyində anidən səbrini itirər. Ya da hər kəsin etdiyi səhvlər və ya verdiyi reaksiyalar onu narahat etməzkən, müəyyən bir adamın hərəkətləri onda narahatlıq meydana gətirər. Bu zaman nəfslərini yaxşı tərbiyə etməmiş şəxslər asanlıqla səhvlərinə geri dönə bilirlər.

Amma vacib olan, insanın bu cür vəziyyətlə qarşılaşmadan əvvəl o qüsurundan həqiqətən xilas olub-olmadığını yaxşı araşdırması, belə bir səhvi etməyəcək şəkildə özünü tərbiyə edə bilməsidir. Çünki insan istədiyi təqdirdə, buna da gücü çatar. Amma bunun üçün lazım olan şərt, insanın özünə qarşı çox səmimi olmasıdır. Özünə, sanki yad biriymiş kimi ‘kənardan baxa bilməsi, nəfsinə yazığı gəlməməsidir. Özünü haqlı görməməsi, qüsurunu üzrlü hesab etməməsidir. Qüsurlarının ola biləcəyinə heç ehtimal vermədən, ‘mən onsuz da yaxşıyam’, ‘mən onsuz da dəyişdim’, ‘mən onsuz da əlimdən gələn səyi göstərirəm’, ‘mən onsuz da səmimiyəm’ deməməsidir. Bu tərz yanaşmanın şəxsiyyətin dəyişdirilməsinə mənfi təsir edə biləcəyini bilməsidir.



Belə insan nəfsinə qarşı daha sərt tədbirlər görməlidir. İradəsini daha da gücləndirməlidir. Nəfsindəki əskik yönləri yaxşı təsbit edib, bu əskikliklərinin əksinə davranmalıdır. Məsələn, nəfsində tənbəllik varsa, daha da çalışqan olmaq, hər görülən işə yardımçı olmaq, hər ehtiyacı olana ən birinci kömək etmək üçün səy göstərməlidir. Qürurlu və özündənrazı xarakterə malikdirsə, gün ərzində hər fürsətdə yoldaşlarına qarşı qürurunu qıracaq, təvazökarlığını göstərəcək sözlər söyləməli və bu cür davranmalıdır. Narahat olduğu, hirsləndiyi, qısqandığı, dözə bilmədiyi bir insan varsa, o insana qarşı xüsusi hörmət, sevgi, diqqət, şəfqət və qayğı göstərməyə çalışmalıdır. Bu insana hörmətlə yanaşmalı, köməyə ehtiyacı olduğunda ilk önə atılan o olmalı, danışıqlarında onu ucaldan, sevgi dolu üslub istifadə etməlidir.

Əgər nəfsinin pis tərəfə yönəldiyini görərsə, bu pis xasiyyətinin onu ‘Allahın sevgisindən uzaqlaşdıra biləcəyini’ yaxşı düşünməlidir. ‘Allahın sevgisi, dostluğu, rəhməti’ insanın dünyada qarşılaşa biləcəyi bütün nemətlərdən üstün və heç biri ilə müqayisə edilməyəcək qədər böyük nemətdir. İnsana ‘Al, dünyanın hamısı sənin olsun; bütün zənginliklər, bütün evlər, avtomobillər, bütün yeməklər, bütün gözəl məkanlar; qısacası ağlına gələn hər şey sənin olsun’ deyilsə amma bu insan Allahın sevgisini itirmiş olsa, bunların heç biri onu xoşbəxt edə bilməz və heç birinin dəyəri olmaz. Allahın sevgisindən məhrum olmaq, heç bir nemətlə müqayisə edilə bilməyəcək bir itkidir. İnsanın əlində sahib olduğu tək bir dünya malı belə olmasa, amma Allahın sevgisi, dostluğu, yaxınlığı olsa, insanın bundan duyacağı xoşbəxtlik də heç bir şeylə müqayisə edilə bilməyəcək qədər böyük olar. Buna görə əgər insan, bir əskiyini düzəltmədə ‘iradəsinin çatmadığını’, ‘əlindən gələni etdiyini amma həll edə bilmədiyini’ düşünürsə, əvvəlcə bu böyük təhlükəni dərindən təfəkkür etməli, sonra eyni sözü əvvəlki kimi rahat söyləyib-söyləmədiyini bir daha düşünməlidir. ‘İradəm çatmır’ sözü, möminin söyləyəcəyi bir söz deyil. Mömin özünə gücsüzlüyü, iradəsizliyi yaraşdırmaz və belə bir şeyi əsla qəbul etməz. Nə qədər çətinlik çəkirsə çəksin yenə də söyləyəcəyi söz, ‘Mən Allahın icazəsiylə bunu həll edərəm, Allah mənə kömək edər’ olar. Bu sözü söyləyən bir insana, Allah o yolda bütün qapıları açar, güc, qüvvət verər. O səhvini düzəldəcək ağlı, Allah o insanın ruhunda meydana gətirər.



Bu səbəbdən səhvini düzəltmək istəyən insanın ilk edəcəyi ‘Allaha güvənib dayanmaq’ olmalıdır. Nəfsinə qarşı səmimi olmaq, bu sahədə əlindən gələn bütün səyi göstərmək və Allahın özünə kömək edəcəyindən qəti əmin olmaq…

Allahın insanlardan, ‘güclərinin çatmayacağı bir şeyi istəməyəcəyini’ əsla unutmamalıdırlar. Əgər Allah insanın qarşısına həll edilməsi lazım olan bir məsələ, düzəldilməsi lazım olan bir səhv çıxardırsa o, adama mütləq bunu edə biləcək gücü də vermişdir. Quran ayələrində bu əhəmiyyətli sirr insanlara belə bildirilmişdir:

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...(Bəqərə Surəsi, 286)

… Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik… (Ən’am Surəsi, 152)

Digər tərəfdən də Allah, Öz razılığı üçün bu işdə qərarlılıq göstərən qullarına ‘Öz Qatından mütləq bir kömək’ də vəd etmişdir:

… Kim Allahdan qorxarsa, (Allah) onun işini asanlaşdırar.(Talaq Surəsi, 4)

Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.(İşlərini) qurtaran kimi (Allah yolunda) çalış!(Ancaq) Rəbbinə üz tut! (İnşirah Surəsi, 5-8)

Allah, bu mövzuda səmimi səy göstərən qullarına nə qədər böyük çətinliklərlə qarşılaşsalar da bununla bərabər mütləq bir ‘asanlıq’ yaradacağını vəd etmişdir. Həmçinin Allah qullarına, hər nə olursa olsun ‘yalnız Allaha yönəlib dönmələrini’, gerçək həlli ancaq burada tapa biləcəklərini xatırlatmışdır.
(məqalə harun yahya)