Yaşadığımız Hər Saniyə Allahın Bizə Verdiyi Böyük Fürsətdir



İnsanların əksəriyyətində təxirə salma vərdişi vardır. Şeytan insanın etmək istədiyi doğru və gözəl fəaliyyətləri təxirə saldıraraq müəyyən zaman içərisində insana bunları etməyi unutdurmağa və bu istiqamətdə olan istəyini qırmağa çalışır. İnsan şeytanın bu hiyləgər taktikasına qarşı diqqətli olmalıdır.

İnsanın nəfsi təxirə salmağa meyllidir. İnsanların böyük əksəriyyəti nələrisə təxirə salır. Allah üçün yaşamağı, səmimi olmağı, Allahın istədiyi kimi həyat sürməyi, Quran oxumağı, namaz qılmağı, fədakar olmağı, səhvlərini düzəltməyi, səmimi qəlbdən tövbə etməyi, Allaha dua etməyi, Allahın sevgisini qazanmaq üçün yaşamağı, səmimi dostlar əldə etməyi, Allahın razılığı və cənnəti üçün çalışmağı, Allahın yaratdıqlarını dərin düşünməyi, əxlaqlarını gözəlləşdirməyi təxirə salırlar. Bunları etmək üçün təyin etdikləri zaman isə “gələcəkdə bir gün”dür. Bu “gələcəkdə bir günün” zamanı isə müəyyən deyil. Böyük əksəriyyət bu qeyri-müəyyən zaman gəlmədən əvvəl ölüb bütün təxirə saldıqları ilə birlikdə axirətə gedirlər. Həyatları boyunca çox şey etmiş kimi görünsələr də, bu insanlar Allahın razılığını və sonsuz axirət həyatlarını qazanmaları üçün vacib olanları etmədən ölürlər. “bir neçə ilə namaza başlayaram”, “quran oxumağa başlayacağam”, “gələcəkdə bütün etdiklərimi kompensasiya edərəm” “məktəbi bitirən kimi dərhal namaz qılmağa başlayacağam” “təhsilimi tamamlayım, ehtiyacı olanlara sonra kömək edərəm” “yaxşı karyera qurum, zülmə uğrayan müsəlmanları o zaman düşünərəm” deyən bir çox insana, Allah bunları edə biləcək güc və imkan verdiyi zaman bunları edə bilmir. Allah, insanın canını anidən və heç gözləmədiyi bir anda alıb, onu ölüm mələkləri ilə qarşılaşdırır.

Allahdan qorxan səmimi müsəlman yaşadığı hər saniyənin, aldığı hər nəfəsin Allahdan özünə verilmiş böyük fürsət olduğunun şüuru ilə hərəkət etməli, gözəl və xeyirli işləri təxirə salacaq zamanının olmadığını, Allahın bir sonrakı anı istəsə yaratmayacağını bilərək buna görə yaşamalıdır.



Hər şeyin sahibi sonsuz güc sahibi olan Allah bir sonrakı saniyəni bizə bəxş edərək böyük lütf edir.

Çünki:

- Yaşadığımız hər an Allahı daha çox sevib, Allahdan daha çox qorxa bilərik

- Yaşadığımız hər an Allahın razılığını qazanmaq üçün daha çox səy göstərə bilərik

- Yaşadığımız hər an Allaha daha dərin dua edə bilərik

- Yaşadığımız hər an Allahdan daha çox bağışlanma diləyə bilərik

- Yaşadığımız hər an bir əvvəlki andan daha səmimi ola bilərik

- Yaşadığımız hər an daha dərin imanlı, daha təqva bir insan ola bilərik

- Yaşadığımız hər an vicdanımızı daha çox istifadə edə bilərik

- Yaşadığımız hər an ağılımızı və gözəl əxlaqımızı daha çox inkişaf etdirə bilərik

- Yaşadığımız hər an Quran əxlaqını izah etmək və yayılmasını təmin etmək üçün daha çox səy göstərə bilərik

- Yaşadığımız hər an şəxsiyyətimizi daha da yetkinləşdirə bilərik

- Yaşadığımız hər an sevgini daha dərin yaşaya bilərik

- Yaşadığımız hər an daha dərin düşünə bilərik

- Yaşadığımız hər an səhvlərimizi düzəltmək üçün daha çox səy göstərə bilərik

Unutmamalıyıq ki, yaşadığımız hər an bizi dünyadakı son nəfəsimizə, bütün fürsətlərin artıq sona çatdığı o ana – ölüm mələkləri ilə qarşılaşacağımız, canımızın alınıb bizi yaradan sonsuz güc sahibi Allaha qovuşacağımız və əbədi axirət həyatımızın başlayacağı ölüm anımıza bir az daha yaxınlaşdırır.
(məqalə harun yahya)