Peyğəmbərlər Tarixi Və Elçilərin Təbliği



Bütün insanlar və varlıqlar kimi, tarix boyunca durmadan Allahın bildirdiyi üstün din əxlaqını təbliğ edən elçilərin də, əvvəlcədən təqdir edilmiş qədəri var. Bütün elçilər tarix boyu bu qədər daxilində təbliğ etmiş və bu qədər daxilində şərəfli həyat yaşamışlar.

Peyğəmbərlər tarixini ayələr əsasında incələdikdə ən nəzərə çapan məsələlərdən birinin durmadan təbliğ etmək olduğunu görərik. Bir başqa sözlə, Quranda adı çəkilən peyğəmbərlərlə yanaşı Allahın elçi olaraq göndərdiyini bildirdiyi bir çox müqəddəs şəxs də, tarix boyunca durmadan təbliğ etmişdir. Belə ki, eyni dövrdə yaşamış, eyni bölgələrdə təbliğ etmiş (Hz. İbrahim-Hz. Lut, Hz. Musa-Hz. Harun kimi) peyğəmbərlər də var. Bütün bu elçilər Allahın seçdiyi mübarək şəxslərdir. Elçilərin təbliğdə son dərəcə qərarlı olmaları, bütün insanlığın ibrət alacağı hadisələri yaşamaları Allahın onları seçdiyi insanlar olması ilə bağlıdır. Rəbbimiz, bütün varlıqlar üçün olduğu kimi elçiləri üçün də qədər təyin etmiş, onları ardıcıl olaraq insanlığa göndərmiş, başlarından keçən hadisələri tarix boyunca anladacaq şanlı və böyük hadisələr etmişdir. Quranda bu mövzuya aid bir çox xəbər verilir. Bu xəbərlərdən bəziləri belədir:


O zaman (Bədr günü) siz vadinin (Mədinəyə) ən yaxın tərəfində, onlar (düşmənləriniz) isə ən uzaq tərəfindən idilər. Karvan sizdən aşağıda (sahilə yaxın gözəl, sulu bir yerdə) durmuşdu. Əgər siz (onlarla vuruşmaq üçün müəyyən bir vaxtda üz-üzə gəlmək haqqında) vədələşsəydiniz, (onların çox olmasından və sizi öldürməsindən qorxaraq) təyin etdiyiniz vaxt barəsində aranıza ixtilaf düşərdi. Lakin Allah olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirmək üçün belə etdi ki, həlak olan aşkar bir möcüzə ilə (dəlillə) həlak olsun, sağ qalan da aşkar bir möcüzə ilə sağ qalsın. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir! (Ənfal surəsi, 42)

Allah Peyğəmbərimiz (s.ə.v.) və ətrafındakı möminlər üçün çox müxtəlif imtahan şəraitləri yaratmış, müxtəlif vasitələrlə onları imtahan etmişdir. Ayələrdə xəbər verilən bir çox hadisə Hz. Məhəmmədin (s.ə.v.) və ətrafındakıların Rəbbimizin qoruması altında olduqlarının açıq dəlillərindəndir. Qeybin açarları əlində olan Allah, Ərəbistan yarımadasından başlayıb bütün dünyaya yayılacaq olan İslamiyyət üçün hər bir detalı planlı şəkildə qədərdə təqdir etmişdir.


Ənfal Surəsinin 42-ci ayəsində Allah olacaq işi yerinə yetirmək üçün (belə etdi) ifadəsi də bu həqiqətin dəlillərindən biridir. Allah, Peyğəmbərimiz (s.ə.v.) və yanındakı möminlərlə digər birliyi lazım olduğu anda qarşı-qarşıya gətirmiş və qədərdə təqdir edilmiş olanı həyata keçirmişdir.

Hz. Musa

O zaman bacın (sənin ardınca guya yad bir adam kimi saraya) gedib (oradakılara) deyirdi: “Sizə ona baxa biləcək (süd verəcək) birisini göstərimmi?” (Onlar razılıq verdilər, anan saraya gəldi). Artıq (salamat qalmağına görə) gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən (on iki yaşında ikən tayfadan olan bir yəhudi ilə mübahisə edən) bir nəfəri (bir qibtini) vurub öldürdün. Sonra Biz səni (Mədyənə qaçırtmaqla) o qəmdən qurtardıq. Biz səni bir çox sınaqlardan keçirtdik (cürbəcür bəlalara, möhnətlərə düçar edib hamısından salamat qurtardıq). İllərlə Mədyən əhli içində (Şüeybin yanında) qaldın. Sonra da müəyyən olunmuş vaxta (qırx yaşına) gəlib çatdın, Ya Musa! Və Mən səni Özümə (peyğəmbər) seçdim! (Qırx yaşına çatan kimi sənə peyğəmbərlik bəxş edib möcüzələrlə Fironun yanına göndərdim). (Taha surəsi, 40-41)

Yuxarıdakı ayələrdən də aydın olduğu kimi Hz. Musanın başına gələn bütün hadisələr Allahın təyin etdiyi qədər üzrə baş vermişdir. Səbət içində çaya buraxılması, Fironun yoldaşının onu tapması, anasının qulluq etməsini boynuna götürməsi, sarayda keçirdiyi illəri, Allah ilə danışmasından İsrail oğullarının Firondan xilas olmasına qədər hər şey Allahın yaratdığı qədərin müxtəlif mərhələləridir. Bu mərhələlər boyunca yaşanan heç bir detal təsadüf deyil. Hər detal bir hikmətlə yaradılmışdır. Məsələn, çaya buraxıldığı anda səbətin tapılması anı da yaradılmışdır. Çaya buraxıldığı səbətin dözümlülüyü, çaya qoyma vaxtı, çaydakı axıntının sürəti və istiqaməti, onu tapan adamın səbətin oradan keçdiyi dəqiqədə orada olması kimi bir çox detal bu mükəmməl qədərin bir parçasıdır. Əgər səbət tapılmasaydı sonrakı hadisələrin heç biri yaşanmayacaqdı deyə düşünmək böyük yanlış olacaq. Allah bütün hadisələri planlı şəkildə yaradır və bu planda hadisələrin başlanğıc və nəticələri təyin olunmuşdur.

Hz. Yusif

Nəhayət, (Mədyəndən Misirə gedən) bir dəstə müsafir (karvan əhli bu yerə) gəlib suçularını (su dalınca) göndərdilər. (Suçu) qabını suya salan kimi: “Müjdə! Bu bir oğlandır! – dedi. Onlar (müsafirlər və ya qardaşları Yusifi) satdıq bir şey (ticarət malı) kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini (Yusifin başına nə oyunlar açdığını) biləndir! (Yusuf surəsi, 19)

Ayədə bildirilən hadisə, Hz. Yusifin qardaşları tərəfindən quyuya atılmasından sonra baş verən və ilk baxışda yoldan keçən karvan baxımından əhəmiyyət kəsb etməyən hadisədir. Ancaq eynilə Hz. Musanın yaşadığı hadisələrdə olduğu kimi burada da Allahın Hz. Yusif ilə əlaqədar olaraq təyin etdiyi qədər var və hadisələr bu qədər daxilindəki plana əsasən baş verir. Yoldan keçən karvanı da bu planda özünə düşən vəzifəsini edir. Göründüyü kimi, yaşanan hər hadisədə olduğu kimi, Hz. Yusifin həyatında da heç bir məqsədsiz hadisə yoxdur, hadisələr nəticələrini yalnız Allahın bildiyi, təqdir etdiyi və yaratdığı bir şəkildə baş verir.

Hz. İsa

O vaxt Allah buyurdu: “Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz ayıraram). Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm! (Ali-İmran surəsi, 55)

Hz. İsanın axır zamanda dünyaya ikinci dəfə gələcəyinin ən vacib dəlillərindən biri olan bu ayədən də aydın olduğu kimi, Rəbbimiz Hz. İsa ilə əlaqədar təqdir etdiyi qədərə əsasən ona tələ quranların tələlərini pozur, onu qoruyaraq Öz Qatına yüksəldir. Bu nümunə bizə, Allahın bütün hadisələri səbəbləri və nəticələri ilə birlikdə bir bütün şəklində yaratdığını, minlərlə il boyunca reallaşacaq hadisələri tək bir anda bütün incəlikləri ilə bildiyini göstərir. Biz gələcəkdəki hadisələri, zamandan asılı olduğumuz üçün hələ yaşanmamış, bu səbəbdən bilinməyən hadisələr kimi qəbul edərkən, zaman və məkandan uzaq Rəbbimiz Qurani Kərimdə bizə görə gələcəklə əlaqədar olan hadisələri yaşanıb və bitmiş hadisələr olaraq xəbər verir. Qiyamət günü ilə bağlı təsvirlər, yenidən diriliş, hesab günü, cənnət və cəhənnəmdəki həyatla bağlı ayələr həmişə bu istiqamətdədir.

Qədər, Allahın yalnız insanlar üçün təqdir etdiyi və yalnız insanın kim olduğunu, hansı şərtlərdə həyatını davam etdirdiyini, həyatında qarşılaşdığı təməl hadisələri əhatə edən bir yazı deyil. İnsanlardan əlavə, bütün canlıların, Günəşin, Ayın, dağların, ağacların, əşyaların qısacası, kainatdakı hər varlığın, ideologiyaların da Allah qatında təyin olunmuş qədəri var.
(məqalə harun yahya)