Düşünə Bilənlər Üçün..



Yaşadığımız dünyada insan gözünü hara çevirirsə gözəlliklərlə qarşılaşır. Gördüyü şeyləri böyük zövqlə izləyir. Qüsursuz dizayndakı insan bədəni, milyonlarla növ bitki, tonlarla ağırlıqdakı buludların mövcud olduğu ucsuz-bucaqsız səma və daha neçə-neçə şey ruha zövq verəcək gözəl görünüşlə yaradılmışdır. Gördüyü şeylərdən başqa, digər duyğu orqanlarıyla qəbul etdiyi hislər də insana zövq verir: gözəl qoxu, dad və ya gözəl ritimli bir musiqi kimi.

Budaqdan sallanan bir meyvə, gözəl qoxusu və dadıyla hər kəsin xoşuna gəlir. Həmçinin çiçəyin fərqli tonlardan ibarət rəngləri, üzərindəki naxışları zövqümüzü oxşayır və ya müəyyən bir insanın gözəl siması hər kəs tərəfindən bəyənilə bilər . Ya da gözəl bir ev, son model avtomobil dünyada tələb olunan əmtəələrdir. İnsan həyatını sürərkən bunlar kimi bir çox şeyi bəyənib, onları əldə etmək istəyər. Lakin bütün bu sayılanlara bir müddət keçdikdən sonra çevrilib baxdığında böyük fikir qarışıqlığına düşər. Çünki bu gözəlliklər mənalarını itirmiş, hətta artıq görmək belə istəmədiyi bir hala çevrilmişdir.

Məsələn, meyvə, budağından qopardıldıkdan qısa bir müddət sonra yavaş yavaş qaralmağa başlayar, sonra o gözəl qoxusunu itirər. Sonra çürüyər və pis qoxu yaymağa başlayar. İnsan canlı rəngləri və xoş qoxusuyla özünü cəzb edən çiçəkləri götürüb evinə gətirər və vazaya qoyar, ancaq aradan bir-iki gün keçmiş, çiçəklərin rəngləri solar, canlılığı, diriliyi itər. 2-3 gün sonra isə çiçəklər tamamilə qaralmış və çürümüşdür. Dünyanın ən gözəl simasına sahib olduğunu düşünən insanı 60 il sonra görsək, onu tanımaqda belə çətinlik çəkərik. O gözəl insan yaşlanmış, üzü qırışlar içində qalmış, saçları dümağ olmuşdur. Bir sözlə əvvəlki gözəlliyindən əsər-əlamət qalmamışdır. Ev köhnəlmiş, avtomobil və modeli köhnəlmiş, müəyyən qisimləri isə çoxdan paslanmağa başlamışdır. Nəticə olaraq dünyada insanın ətrafında gördüyü hər şey qısa zamanda dağılmağa meyl edir.

Bu, çox insana “təbii bir proses” kimi gəlir. Halbuki burada çox dərin bir məna gizlənib. Ətrafımızdakı hər şey davamlı olaraq dağılmağa, köhnəlməyə, çürüməyə doğru gedərək, bizə əslində çox əhəmiyyətli bir mesaj verir. Bu, dünyanın müvəqqəti və aldadıcı bir xəyal olduğu həqiqətidir.

Ən əsası isə dünyadakı bütün heyvanlar, bitkilər, insanlar yəni yer üzündəki bütün canlılar ölümlə qarşılacaq. İnsanın bu böyük həqiqətin əhəmiyyətini qavraya bilməməsinin bir səbəbi də ölən insanların və heyvanların yerinə yenilərinin doğulması, təbiətdə hər il yeni məhsulların yetişməsidir. Bu həqiqəti qavraya bilməyən insan, müvəqqəti olan şeylərə lazım olduğundan daha çox dəyər verir, onlar üçün həəddən çox diqqət və zaman ayırar. Sadəcə istədiyi şeylərə “sahib olmaq” ehtirası ilə yaşayar. Halbuki hər şeyin tək sahibi Allahdır. O, dilədiyi müddətcə canlılar var olar, dilədiyi anda da yox olar, ölərlər.

Allah insanların dünyanın bu aldadıcı yönünə aldanmamaları, bu həqiqəti düşünmələri üçün Quranda müxtəlif nümunələr vermişdir:

Həqiqətən, dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib (əlvan çiçəklər və müxtəlif meyvələrlə) bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa qadir olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, (yolunub) biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!. (Yunus surəsi, 24)
(məqalə harun yahya)