İnananların Allaha Olan Bağlılığı İmtahanlar Qarşısındakı Davranışlarından Aydın Olur



Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! (Ənbiya surəsi, 35)

Yuxarıdakı ayədə ifadə edildiyi kimi, dünya Allahın, qullarını bəzən müxtəlif çətinliklərlə, bəzən də nemətlərlə sınadığı bir imtahan yeridir. Bu imtahanlardan gözəlliklə keçənlər, qarşılaşdığı hər bir hadisədə Allaha bağlı qalan, Allah ruzisini artırdığında da, azaltdığında da gözəl əxlaq göstərən, xəstələndiyində də, şəfa tapdığında da Ona yönələn, hər bir işdə Ona şükr edən və təvəkkül edənlərdir.

İnsanlar dünya həyatında daim sınanır, beləliklə səmimi qəlbdən iman edənlərlə, iman etməyənlər müəyyən olunub bir-birlərindən ayırd edilirlər. Allah bir ayəsində bu həqiqəti belə bildirir:

Yoxsa Allah içərinizdən cihad edənləri və (əziyyətə) səbr edənləri bilib ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz? (Ali-İmran surəsi, 142)

Heç şübhə yoxdur ki, bir adamın imtahanlar qarşısındakı davranışı onun Allaha olan bağlılığını, Allah sevgisində səmimi olub olmadığını açıqca ortaya çıxarır. Əgər adam Allahı həqiqətən sevirsə və Onun yaratdıqlarına qarşı könüldən boyun əyirsə, Ondan gələn hər şeyi ən gözəl şəkildə qarşılayacaq. Ən çətin imtahanlar qarşısında belə gözəl əxlaqını qoruyan, təvəkkül göstərən adam heç şübhəsiz Allahı çox sevir və Ona qarşı içdən və dərin bir hörmətlə bağlıdır. Allah, inkarçılar tərəfindən hücuma uğradıqlarında təvəkküllü davranan və çətin anlarda da mömin əxlaqı göstərərək Özünə olan sevgi və bağlılıqlarını isbat edən Müsəlmanların gözəl rəftarını bir ayəsində belə bildirir:

O kəslər ki, xalq onlara: “Camaat sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər. (Ali-İmran surəsi, 173)

Digər tərəfdən bu da həqiqətdir ki, Müsəlmanlar imtahanlar vasitəsiylə yetkinləşir, təqvada dərinləşib Cənnətə tam hazır hala gəlirlər. Hansı çətin vəziyyətlə qarşılaşırsa qarşılaşsınlar, güclü bir şəxsiyyət göstərmələri, hadisələr qarşısında əsla ümidsizliyə düşməmələri, hər sınağı təvəkküllə qarşılamaları və ya nemətlərə görə şişib lovğalanmamaları, hər bir hadisədə Allaha bağlı qalmaları onları Cənnət əhlinin əxlaqına çatdırır, bu gözəl əxlaqları – Allahın sonsuz bir elmlə mütləq qüsursuzluq və ehtişam üzrə yaratdığı həqiqətini bilmək – onların cənnətə qovuşmalarına vəsilə olur.
(məqalə harun yahya)