Adam var, dolu bulud kimidir: kənardan baxanda elə bilirsən ki, dünyanın ən varlı adamıdır. Unutmayın ki, insan özünü necə hiss edirsə , elə həyatı da, yaşantısıda o cür olur. Əgər bir adamın hər şeyi varsa, amma bu qədər zəngin olduğu halda gözü onun-bunun əlindədirsə, bu sərvətdən ona nə fayda? Adam da var ki, süfrəsində halal yavan çörəyi var və o çörəyini də hər kəslə paylaşmağa hazırdı. İnsanın gözü-könlü tox olanda daha gözəldir. Onun-bunun əlindəkinə göz dikənlər heç vaxt yaxşı adam ola bilməzlər.

Bir alim gözü könlü tox insanları arıya bənzədir. Arıya bənzəyən insan çiçəkdən şirə çəkir, amma bunun əvəzini artıqlaması ilə ödəyir. Yəqin düçünəcəksiniz ki, necə?- Çox asan . Arı çiçəkdən-çiçəyə qonaraq onların tozlanmasını təmin edir. Məhsulun bol olmasına arının da müəyyən zəhməti var. Yəni xeyirxah insanlar bir şey alanda belə onun qarşılığını artıqlaması ilə ödəyirlər. Belə bir söz var: “stəkanın dolu baxmaq”. Özünüz düşünün: stəkanda su var, amma ağzına qədər dolu deyil. Biri baxıb deyir ki, stəkan yarımçıqdır, bir başqası isə stəkanın dolu tərəfinə baxır və deyir ki, stəkanda su var. Adicə bu misal tanımaq, bir-birindən ayırmaq üçün çox önəmlidir.

Gözünüz, könlünüz tox olsun, həmişə fəal olun, acizlikdən uzaq durun.Amma qazancınız nə olursa- olsun, könlünüz tox olsun.