UCA ALLAH ÖZ YOLUNA TABE OLANLARI CƏNNƏTLƏ MÜJDƏLƏYİR

Allahın razılığını hər şeyin üstündə görən, üstün bir əxlaqa sahib olan Hz. Xədicə (r.ə) anamız, başda mömin qadınlar olmaq üzrə bütün möminlər üçün gözəl bir nümunədir. Bu səbəblə möminlər, Peyğəmbər Əfəndimiz (səv)ın və Hz. Xədicə (rə)ın əxlaqını, -şərtlər nə olursa olsun- göstərdikləri üstün davranışları nümunə götürərlər. Allah Qatında üstünlüyün təqva, ixlas, təvazökarlıq və imanda olduğunu bilərlər.Unudulmamalıdır ki Uca Rəbbimiz Quranda

“Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (Nisa Surəsi, 124)

ayəsiylə, qadın və ya kişi, heç bir fərq güdülmədən saleh əməllər edən hər insanın, Allahın razılığı, rəhməti, neməti və cənnəti ilə qarşılıq görəcəyini vəd etmişdir. Şübhəsiz həyatları boyunca Allahın razılığını qazanmaq üçün səmimi bir səy göstərən bütün möminlərin duası da budur.

“Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edə-cəyəm. (Bu, )Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allahın dərgahındadır”. (Ali İmran Surəsi, 195)
(məqalə harun yahya)