5 sonuçtan 1 ile 5 arası

Sizin belə dostunuz olubmu?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Sizin belə dostunuz olubmu?


    Daim düşüncəli idi.
    Susmağı danışmağından uzun çəkərdi.
    Lazımsız yerə danışmazdı.
    Danışarkən nə həddindən artıq, nə də əksik söz işlədərdi.
    Dünya işləri üçün heç özündən çıxmazdı.
    Öz mənafeyi üçün əsla hirslənməz və qisas almazdı.
    Pis söz söyləməzdi.
    Bağışlamaqda səmimi idi, intiqam almazdı.
    Düşmənlərini sadəcə bağışlamqla kifayətlənməz, onlara şərəf ve dəyər də verərdi.


    Özünü 3 şeydən məhrum etmişdi:
    1.Kimsə ilə münaqişə etməzdi.
    2.Çox danışmazdı.
    3.Boş şeylərlə məşqul olmazdı.

    Ümüd edəni ümüdsüzlüyə salmazdı.
    Heç kimi nə üzünə qarşı, nə də arxasınca qınamaz qüsurlarını deməzdi.
    Xoşuna gəlməyən bir şey haqqında susardı.
    Heç kimin qüsurunu araşdırmazdı.
    Heç kimsə haqqında xeyirli olmayan söz söyləməzdi.
    Yanında en son danışanı birinci danışan kimi dikqqətlə dinləyərdi.
    Həmişə ciddi və təmkinli idi.
    Danışarkən ətrafındakıların diqqətini cəlb edərdi.
    Sözləri parıldayan inci dənələri kimi xoş və aydın idi.
    Yeriyərkən ayaqlarını yerdən nizamla qaldırar, sağa-sola yellənməzdi.
    Addımlarını geniş atar, yüksək bir yerdən enirmiş kimi önə doğru əyilərdi.
    Təmkin və rahat yeriyərdi.
    Qapısına gəlib kömək istəyəni boş qaytarmazdı.
    Dostlarına belə deyərdi: “Dünyada qərib yolçu kimi ol!”
    Hər zaman hüzünlü, lakin təbəssümlü bir halda dayanardı.
    Adət üzrə işlədilən heç bir pis sözü dilinə gətirməzdi.
    Sıxıntılı anlarında kobudlaşmaz, qışqırmazdı.
    Kasıblarla birlikdə yeyərdi və onlardan ayrı oturmazdı.
    Sadə paltar geyinər özünü göstərməkdən xoşu gəlməzdi.
    Danışarkən üzünü başqa tərəfə çevirməzdi.
    Olduğu məclisdə xüsusi bir yer seçməzdi.
    Səhərlər evindən çıxarkən belə deyərdi:
    -Allahım, doğru yoldan çıxmaqdan və çıxardılmaqdan, aldanmaqdan və aldadılmaqdan, haqsızlıq etməkdən və haqsızlığa uğramaqdan, hörmətsizlik etməkdən və hörmətsizlik görməkdən Sənə sığınıram!


    Bu, o idi – Allahdan başqa yer əhlindən heç kimi özünə dost tutmayan Allahın qulu və rəsulu Muhamməd (səllallahu aleyhi və səlləm)!

    Bəz sizin necə, belə bir dostunuz oldumu?
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Sizin belə dostunuz olubmu?

    Həyatda tək arzum elə dostum olmasidir, hələki yoxdur, olmayib da... Yəqin ki, olmaz da!))
    İnsanin dostu cibidir məncə.. Əgər cibin doludursa dostun da olacaq. İnsanin tək dostu varsa o da Allahdir! Kiməsə verdiyin sirri kimsə açarsa o açmaz !
    Əsl dost odur ki, porollarini etibar edə biləsən.)))))
    Bir misal var deyirlər ki, dostun necə adamdir? Deyir bilmirəm hələ yol yoldaşi olmamişam!
    Mövzuya görə təsəkkürlər.

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Sizin belə dostunuz olubmu?

    bir şey deyil
    [

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Sizin belə dostunuz olubmu?

    Çox gözəl mövzudu əllərin var olsun qaqam
    [

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Sizin belə dostunuz olubmu?

    çox sağ ol minətdaram
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.