6 sonuçtan 1 ile 6 arası

"Quran"dakı həqiqi sevgi

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    "Quran"dakı həqiqi sevgi


    Möminin bütün dəyər ölçüləri Qurana əsaslanır. Sevgi də bunlardan biridir. Mö*min yalnız Allahı və Allahın sevdiklərini sevir. Allahın və möminlərin düşmənlə*rinə qarşı isə böyük kin və nifrət hissi bəsləyir. Bu, möminin səmimi imanından irəli gələn hərəkətdir və o bunu sidq-ürəklə edir. İmanının dərəcəsi artdıqca, onun Allaha və möminlərə duyduğu sevgi hissi də artır. Buna görə də bir mömi*nin hətta ən yaxın adamları üçün bu ölçüdən kənar anlayışa malik olması müm*kün deyildir. Ayədə bu hal belə izah edilir:

    «Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə – dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblə*rinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir…» («Mücadələ» surəsi, 22).

    Lakin bəzən Quran hökmləri, ümumiyyətlə, iman və İslamla yenicə tanış olmağa başlayan insanlarda keçmişdə yaşadıqları yanlış sevgi və dostluq anla*yışlarının davam etməsi meyli ola bilər. Əsasən bilik çatışmazlığından və iman zəifliyindən irəli gələn bu hərəkətin nə qədər yanlış olduğu Quranda belə bildiri*lir:

    «Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (və*li) tutun! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsi*niz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi də yurdlarınızdan çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qa*zanmaq uğrunda səy göstərmək üçün çıxmısınızsa, Mənim düşmənlərimi dost tutmayın. Siz onlarla gizlində dostluq edirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə, o, şübhəsiz ki, haqq yol*dan azmışdır!» («Mümtəhinə» surəsi, 1).

    Ayədəki bu açıq və qəti xəbərdarlıqdan sonra hələ də əvvəlki sevgi anlayışını davam etdirən, Qurana uyğun xarakteri mənimsəməyən bir insanın yarı yolda qalacağı bildirilir. Əgər bu insan azğın ruh halını gizlədib müəyyən maraqları naminə möminlərin arasında özünü təmizə çıxarmağa çalışsa belə, Allah bunu gec-tez ifşa edəcəkdir. Bir ayədə belə bildirilir:

    «Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdən səy göstərənləri, Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdar*dır!» («Tövbə» surəsi, 16).
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: "Quran"dakı həqiqi sevgi

    Çox sağ ol Emin mənalı və dəyərli mövzun üçün
    [

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: "Quran"dakı həqiqi sevgi

    tşk
    [

  4. #4
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: "Quran"dakı həqiqi sevgi

    Allah ozu komek olsun, Allahı komeye cagıran her bir bendeye.Guvendiyim, inandıgım bir tek Allahdır, cox shukurler olsun ki, meni hec bir zaman darda qoymayıb.

  5. #5
    Member
    Üyelik tarihi
    May 2010
    Mesajlar
    62

    Re: "Quran"dakı həqiqi sevgi

    Gözel movzulara göre cox sagol.

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: "Quran"dakı həqiqi sevgi

    Tw Emi Oglu Maraqli Movzu Ucun
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.