5 sonuçtan 1 ile 5 arası

İslam dini və musiqi

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    İslam dini və musiqi

    İslam dini və musiqi
    Məlumdur ki dinimizdə haram və qadağa olan əməllərin sayı çoxdur.Bu dəfə danışmaq istədiyim isə böyük günahlardan 15cisi olan musiqidir.Bunun təsdiqini isə mənim yox,peygəmbər və onun Əhli-Beyti edir.

    Musiqi barəsində Əhli-Beyt hədisləri

    Musiqi alətləri ilə məşgul olmagın,yaxud onlara qulaq asmagın haram olması barəsində çoxlu hədis nəql edilmişdir.Imam Sadiq(ə) buyurur ki,Peygəmbəri-Əkrəm(s) buyurmuşdur:Mən sizə rəqs etməyi(rəqqas olmagı),tütək,bərbət(ud) və tebil(nagara) çalmağı qadağan edirəm.
    Həzrət yenə buyurur: Allah -Taala məni bütün aləmlərə rəhmət olaraq gondərmişdir.Həmçinin buna görə göndərmişdir ki,sazları,tütəkləri(çalgı alətlərini),eləcə də cahiliyyət dövrundə mövcud olanları-bütləri batil edib aradan aparam.
    Hemçinin Imam Sadiq(ə)-dan belə nəql olunur: Allah hər kəsə bir nemət versə və o şəxs də nemət verilən zaman musiqi aləti(mizmar)hazir etsə,o nemətə qarşı nankorluq etmişdir.

    Musiqi Nifaq yaradır ,qeyrəti aparır

    Hz. Imam Sadiq(ə) yenə buyurur:
    Uddan istifadə etmək,yaxud onun səsinə qulaq asmaq insanın qəlbində nifaq cücərdir,necə ki ,su ,bitkiləri cücərdir.
    Həzrət yenə buyurur: hər kəsin evində qırx gün bərbət çalınsa və camaat da onun yanına gəlsə,şeytan öz bədənini onun bədəninə surtər,o kişinin qeyrəti aradan gedər.(Qeyretsizlik də) elə bir həddə çatar ki ,əgər onun arvadı ilə çirkin əməl (zina ) edilərsə,acığı gəlməz

    Başqa bir hədisdə həzrət Sadiq(ə) buyurur ki,bu iş ondan abır-həyanı alar.Onun ,öz barəsində deyilənlərdən,yaxud onun öz dediklərindən hec bir qorxusu olmaz.

    Musiqi xeyir bərəkəti aparır

    Emirəl-Momininən Ali(ə) buyurur:Mələklər şərab içilən,yaxud qumar və çalgı alətləri olan evə daxil olmaz,o evin əhlinin etdiyi dualar qəbul olunmaz və xeyir –bərəkət həmin evdən qalxar.
    Imam Rza(ə) buyurur:Musiqi alətlərinin səsinə qulaq asmaq kəbirə günahlardandır (Kəbirə böyük deməkdir).

    Üzü qara şəkildə məhşərə daxil olar

    Peygəmbəri Əkrəm(s) buyurur:Qiyamət günü tənbur sahibi qara üzlə məhşərə daxil olacaq.Onun əlinə cəhənnəm odundan bir tənbur veriləcək,başının üstündə yetmiş min əzab mələyi olacaqdır.Onların hər birinin əlində cəhənnəm odundan bir amud vardır.Onlar amudla həmin şexsin başına və üzünə vuracaqlar.Zina əhli də kor,kar və lal halda məhşərə daxil olacaqdır.Həmçinin zinakar və musiqi alətlərini saxlayan şəxs də hemin cür məşhur olacaqdır(yəni onlar da kar,kor və lal halda qiyamət səhnəsinə gələcəklər)

    Qırx gün musiqi alətləri ilə birgə olanlar

    Imam Rza(ə) buyurur:Hər kəsin evində qırx gün musiqi aləti,yaxud qumar aləti olsa,Allahın qəzəbinə düçar olar.Əgər bu müddət ərzində ölsə,günahkar və fasiq kimi dünyadan getmiş olur,onun yeri cəhənnəmdir.O,necə də pis yerdir.

    Axirəz zamanda açıq aşkar musiqi

    Axirəz zamanın əlamətlərini bəyan edən bir rəvayətdə belə deyilir:Axirəz zamanda ləhv(musiqi) alətləri çalınar və onları bu yaramaz işdən qaytaracaq bir şəxs olmaz.Hətta bir şəxs qadagan etməyə cürət belə etməz.(Bu dovrdə müşahidə olundugu kimi,küçə, bazarlarda,xiyabanlarda,magazalarda və evlərdə musiqi uca səslə oxudulur və hec kəs də bunun qarşısını almaga qadir deyildir
    Qeyd olunanlardan bu gunahin kebire ve ona verilen ezabin shiddetli olmasi melum olur.


    Bu qədər faktdan sonra,o faktlar ki Peyğəmbərimiz və Əhli Beyt tərəfindən söylənilib artıq seçim özümüzündür.İndi qulaq asdığımız rok da,rep də,jazz da haramdır!
    [

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: İslam dini və musiqi

    maraqlıdır ki, klassik musiqi nece, o da qadağa olunub?

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: İslam dini və musiqi

    Qadağan olunanlar qeyd olunub ama calışaram ki onu dəqiqləşdirim
    [

  4. #4
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: İslam dini və musiqi

    Əvvəla hər kəsə salam. Bir seye toxunmadan dura bilmedim. Evvela hedislerin menbesi olmalidir. Emin yazdigin movzudaki hedislerin deqiq olub olmamasina elbetteki cavabdehliyi sen dasimirsan. Ama sehih olub olmadigida tam deqiq deyildir.
    Dəqiq bildiyim tək şey budur ki, Allahı unutduran və insan canına zərər verən nə varsa haramdır. Çünki Qurani Kərimdə İçkinin (spirtli içkinin) haram olduğu bilavasitə deyilməmişdir. Bu ad Quranda Sərxoşedici içki olaraq keçir. Sərxoşluqsa Allahı unutdurur. Bəzi musiqilərdə varki insan qəlbinə ele girirki insani məst edir sanki. Bəli bunlar haramdı. Ama qaldıki musiqiyə , əgər musiqi butunlukdə haram olsaydi Quran ayələri xos avazla oxunmazdı. Ustelik boyuk gunahlar ve haram olan şeyler quranda açıq aşkar gösterilmişdir. Menim bildiyim qederi ile Musiqi Mekruhdur. Ama yenede her seyin yaxsisini bilen Allahdir.

    Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.(əl-maidə, 90)
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: İslam dini və musiqi

    evvala xos gelmisen...ucunu qeyd eledim haram sayilan bu ucunu qeyd eledim.rock da ozune qesd edir ozunden kecir insan.bunlari dusunub onlari yazdim.
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.