3 sonuçtan 1 ile 3 arası

İslami qanun neçə əsas üstündədir

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    İslami qanun neçə əsas üstündədir

    İslami qanun neçə əsas üstündədir


    Bütün İslam qanun və göstərişlər 5 əsas üstündə qurulmuşdur. Onlar aşağıdakılardır.

    1. Vacib

    2. Müstəhəb

    3. Haram

    4. Məkruh

    5. Mühab

    1. Vacib o əməllərə deyilir ki, onu tərk etmək dinə, ictimaiyyətə, sağlamlığa və yaşayışa ziyan və zərbə vurur. Vacib bir əmri etməməkdə külli ziyan olduğu üçün İslam onları tərk etməyi qadağan etmiş və icrasını vacib buyurmuşdur.

    2. Müstəhəb o əmrlərə deyilir ki, onları tərk etməyin ziyanı yoxdur. Lakin onun icrası ictimaiyyət və yaşayış üçün mənfəətlidir.

    3. Haram o əməllərə deyilir ki, həmin işlərdə ictimaiyyətin, əxlaqı, islahı, sağlam və yaşayışı üçün xətər olduğundan haram edilib və onlardan pəhriz etməyə küllən əmr verilmişdir.

    4. Məkruh o işlərdir ki, onları icra etdikdə azacıq ziyanı vardır. Ona görə İslam o işlərdən çəkinməyi məkruh adı ilə bəyan etmişdi.

    5. Mübah o iş və əməllərdir ki, onları icra etdikdə ictimaiyyətə ziyanı olmadığı kimi heç bir mənfəəti də yoxdur. Yəni o işin icra olunub-olunmamasında heç bir fərq yoxdur və onun üçün heç bir savab və ya cəza da təyin olunmamışdır.

    İslami qanun halal-haramı araşdırıb aydınlaşdırmaqda məqsəd insanın halal ilə faydalanıb, haramı pəhriz və nəhy etməsi təkamülə yetişməsidir. Qadağan əmrlərin icrasını tərk etmək, islam qanunlarına tabe olmaq insanın kamilləşməsidir. Nəticədə isə kamil insanın bir-birilə behiştdə qonşuluğunda onlarla yola getməsidir. Ancaq kamil insanlar, nəzarət orqanları olmayan behiştdə bir məqamda, birlikdə heç bir nəzarət olmadan keçinə bilərlər. Beləliklə, insanın yaradılmasında məqsəd onun mütləq hər şeydə pəhriz edib kamilləşməsidir. Məhz kamil insanlar behiştdə yaşamağa layiqdirlər. İnsan da bu məqsəd üçün yaradılmışdır.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: İslami qanun neçə əsas üstündədir

    tesekkur bele melumatlar ucun

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: İslami qanun neçə əsas üstündədir

    cox sagol movzu icin
    HaKKım heLaL,Sewqim haRam oLsun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.