Namazdir cənnətin yollarin açan, Kafirdir bu yoldan bilərək qaçan,
Ilk önce deyirsən bismillah, Buda deməkdir en böyuk Allah.


Bendənin Allaha borcu namazdir, Bu borcu verənlər heyif ki azdir,
Iqaməni denən namaza başla, Namazi qilib şeytani daşla.


Alnini möhre qoy eylə ibadət, Qelbindəki şeytan çixacaq əlbət,
Namaz insanin ruhun təmizlər, Allah o insani her an əzizlər.


Gündəlik namaz qil Allaha inan, Gününü keçirib eyləmə viran,
Namaz qil uzat səcdəni, Allah sevecek hemin bəndəni.


Ən yaxin məqam Allaha səcdədir, Gözünnen yaş axir görəsən nədir?
Gözünnən axan o nur damcisi, Açacaq üzünə cənnət qapisi.


Allahla söhbet namazda başlar, Insan Əreəfatda şeytani daşlar,
Mömini namaza çagirar azan, Allahin varligi duyular her an.


Allahim mənədə bexş et cənnəti, Yaratdigin o gözel nazi-neməti,
Gəzim oralari könlüm açilsin, Cismim hər tərəfdə nura saçilsin.


Bismillahla başlayib saalamla bitir, Bu sözlerle özünü dərgaha yetir,
Ay Nemət dua et denən Allahim, Bu dünyada sənsən ümüd-pənahim.


Biz şielər dinimizdən dönmərik, Əli sevməyəni bizdə sevmərik,
Uzun saqqal qisa balaq bilmərik, Kafir zərbəsindən heç vaxt ölmərik.