Mən - özümün düşməni!!! (Bəxtiyar Vahabzadə)

Azərbaycan və dünya ədəbiyyatı. Şe'rlerinizi və hekayələrinizi bura yaza bilərsiniz.

Nəzarətçi: fidan494

Mən - özümün düşməni!!! (Bəxtiyar Vahabzadə)

Mesajgöndərən je_demeure tarix Çərşənbə axşamı Fev 09, 2010 4:42 pm

Mən kiməm? Bu sualı
Hər il ad günlərimdə
Öz-özümə vermişəm
Cavab tapa bilməyib
Bu sualın önündə
Başımı endirmişəm.
* * * * * * *
Mən kiməm? Mən nəçiyəm?
Eşqim, diləklərim nə?
Niyə gəldim dünyaya,
Bu dünyada yerim nə?
Sağ ikən də bilmirəm
Ölüyəm, diriyəm mən?
Əvvəlini, sonunu
Dərk etməyən, ən adi,
Kəslərdən biriyəm mən.
* * * * * * *
İmkanla arzuların
Arasıda vurnuxan
Saat kəfkiriyəm mən.
Zamanın dəhrəsilə
Qanadlı arzuları
Budanan bir bəndəyəm.
* * * * * * *
Mən bir üzü ağamsa,
Bir üzü şərməndəyəm.
Mən özümün düşməni!
Hər gün çəkir çarmıxa
Öz içimdə mən, məni.
* * * * * * *
Mən özümçün həmişə
Baxdıqca sirri artan
Müəmmalı şəkiləm.
Özümə ittihamçı,
özgəsinə vəkiləm.
Bildiyim bu qədərmiş
Məni məndən gizlədən
O suallar hədərmiş.
Bir ömür boyu seninleyem desen bele istemerem...
Çünki sen küleyin esdirdiyi bir toz buludusan...
Bu gün mene esersen, sabah ellere...
İstifadəçi avatarı
je_demeure
Fəal İstifadəçi
Fəal İstifadəçi
 
Mesajlar: 756
Qeydiyyat: Çərşənbə axşamı İyu 07, 2009 7:38 pm

Re: Mən - özümün düşməni!!! (Bəxtiyar Vahabzadə)

Mesajgöndərən Damla1 tarix Çərşənbə axşamı Fev 09, 2010 4:59 pm

TƏŞƏKÜRLƏR ƏLA ŞERDİ ƏLLƏRİNƏ SAĞLIQ.
MƏN HƏR ŞEYDƏN RAZIYAM..
ÖZÜMDƏN NARAZIYAM :meyus:
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
İstifadəçi avatarı
Damla1
Princesse
Princesse
 
Mesajlar: 1578
Qeydiyyat: Çərşənbə May 27, 2009 1:00 pm


Qayıt Ədəbiyyat

Kimlər xətdədir

Bu forumda gəzən istifadəçilər: Heç bir qeydiyyatlı istifadəçi yoxdur ve 0 qonaq