4 sonuçtan 1 ile 4 arası

Sonra gec olmazmı Sevgilim??

  1. #1
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Sonra gec olmazmı Sevgilim??

    Həyatda ən çətin anlar itirilmiş fürsətlərin sonradan xatırlanmasıdı.Yəqin ki, zamanla sən bunu anlayacaqsan…Və o zaman gec olacaq…Həm də ki, çox gec...
    Yaşadığlarımıza dönmək istəsən, peşiman olub gündüzlər ancaq məni axtarsan…Günəşdən sorsan…Gecələr də yuxunda davam etsən bu axtarışlara…Gec olmazmi sevgilim?
    Yağış damcıları səni yuxudan ayıltsa...Bir anlıq xəyallara dalsan, görüşləri, o gözəl anları xatırlasan...Yağış altında qaçdığımızı, bəzən də dayanıb bir-birimizə həsrətlə baxdığımızı yadına salsan...Elə həsrətlə baxırdıq ki.Sanki ayrılacağımızı hiss etmişdik…
    Gözlərimizi qırpmadan...Nəfəs almadan…Əllərin əlimdə…Tellərin üzümdə…
    Bütün bunlar geridə qaldı sevgilim. Sevgimə dəyər vermədin. Anlamadin
    Həyatda ən çətin anlar itirilmiş fürsətlərin sonradan xatırlanmasıdı.Yəqin ki, zamanla sən bunu anlayacaqsan…Və o zaman gec olacaq…Həm də ki, çox gec...
    Yaşadığlarımıza dönmək istəsən, peşiman olub gündüzlər ancaq məni axtarsan…Günəşdən sorsan…Gecələr də yuxunda davam etsən bu axtarışlara…Gec olmazmi sevgilim?
    Mən sevgini səndə...Sənin ruhunda, cismində axtardım. Sən isə satdın məni özgəyə…
    Yalan vədlərə inanıb məhv etdin məni, həyatımı və bir gün anlayacağın gələcək həyatını.
    Bir gün sənin arxanca gəlsəm…Səni səsləsəm..Sən geri dönüb məni görsən..Bir anlıq susub dayansan...Utancaq bir dillə "Məndən nə istəyirsən" - desən...Mən "Səndən cənnətimi istəyirəm" - desəm…Sən "Məndə cənnətmi var ?" - desən…Mənim cənnətim mənə baxan gözlərindir" - desəm…Həmin an hər şeyi anlasan...Məni və məndə sənə olan sevgini bilsən…Peşiman olsan...Keçmişi xatırlasan...Mənə o an dönməyi arzulasan...Mən peşimanam deyib mənə tərəf gəlsən…Və məni qucaqlasan..Qucaqladığın xəyalım olsa… Diqqətlə baxdığında məni görməsən…Nələr keçər ürəyindən ?…Dünya başına fırlansa, ötən günlərə qayıtmaq üçün bütün gücünlə mənə gəlsən... Məni axtarsan…Və öyrənsən ki, səni unutmaq üçün uzaqlara getdiyimi...
    Amma sən bu sevdadan vaz keçməsən...Çətinliklə ünvanımı tapsan…Və gəlsən...Məni sorsan…Gözü yaşlı biri sənə son ünvanımı versə...Buna inanmasan…Və məzarlığa gəlsən…Gəlsən və inanmadan axtarsan...Orda bir məzar görsən…Üstündə tanış bir şəkil...Və şəklin altında tanış olmayan bir yazı : ”Vəfasızlığa dözməyən ürək” …
    Görsən..nə edərsən ?...Oturub ağlasan...Göz yaşı töksən…"Məni bağışla, Həyatım" - desən… Sonra gec olmazmı Sevgilim ???
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Sonra gec olmazmı Sevgilim??


  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Sonra gec olmazmı Sevgilim??

    Sonra gec olmazmı Sevgilim ???


    MEN BUNDAN COX QORXURAM

  4. #4
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Sonra gec olmazmı Sevgilim??

    Get ama unutmaki donduyunde seni evvelkidek seven adami tapmayacaqsan.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.