Sayfa 1/12 12311 ... SonSon
111 sonuçtan 1 ile 10 arası

sevgi dolu şerlerim

  1. #1
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    sevgi dolu şerlerim

    Ömrüm qurub edib gənclik çağında,
    Solur gül-çiçəklər tale bağında.
    Sənsiz bu dünyanın bir qırağında,
    Bircə gün yaşaya bilsəm, bağışla!

    Bu böyük sevdaki yetmədi sona,
    Nakam bir məhəbbət deyərəm ona.

    Sənin həsrətinə, ayrılığına,
    Dözməyib qapına gəlsəm, bağışla!

    Bilirəm artacaq saçının dəni,
    Kəsəcək yolunu həsrətin çəni,
    Silmək üçün üzündən qəmi-qüssəni,
    Yalandan üzünə gülsəm, bağışla!

    Əgər zalım əcəl taparsa məni,
    Sənin əllərindən qoparsa məni
    Sonra torpaqlara aparsa məni,
    Çarəsiz ALLAHa tapşırıb səni
    Sənə qovuşmadan ölsəm, bağışla!!!
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  2. #2
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: sevgi dolu seirlerim

    Yenədə tənhalıq sıxır qəlbimi,
    Yenə darıxıram bu axşam sənsiz.
    Ürəyim çırpınır köksümə sığmır,
    Elə bil çıxacaq indicə sənsiz,
    Yaman darıxıram bu axşam sənsiz.

    Həsrətin çəkibdir sinəm üstə dağ,
    Səni istəyirəm tək səni ancaq.
    Çəkilib xəlvətə gözlərdən uzaq,
    Ağlaram-ağlaram gizlicə sənsiz,
    Yaman darıxıram bu axşam sənsiz.

    Səndən özgə yox könlümün həmdəmi,
    Kimə açım, kimə deyim dərdimi?
    Həsrətli Nöqtəyəm yanıb şam kimi,
    Əriyib axmışam bu axşam sənsiz,
    Yaman darıxıram bu axşam sənsiz.
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: sevgi dolu seirlerim

    Bunca zaman bana anlatmaya çalıştığını, kendimi bulduğumda anladım.

    Herkesin mutlu olmak için başka bir yolu varmış,
    Kendi yolumu çizdiğimde anladım..

    Bir tek yaşanarak öğrenilirmiş hayat, okuyarak, dinleyerek değil..
    Bildiklerini bana neden anlatmadığını, anladım.

    Yüreğinde aşk olmadan geçen her gün kayıpmış,
    Aşk peşinden neden yalınayak koştuğunu anladım..

    Acı doruğa ulaştığında gözyaşı gelmezmiş gözlerden,
    Neden hiç ağlamadığını anladım..

    Ağlayanı güldürebilmek, ağlayanla ağlamaktan daha değerliymiş,
    Gözyaşımı kahkahaya çevirdiğinde anladım..

    Bir insanı herhangi biri kırabilir, ama bir tek en çok sevdiği acıtabilirmiş,
    Çok acıttığında anladım..

    Fakat,hakkedermiş sevilen onun için dökülen her damla gözyaşını,
    Gözyaşlarıyla birlikte sevinçler terk ettiğinde anladım..

    Yalan söylememek değil, gerçeği gizlememekmiş marifet,
    Yüreğini elime koyduğunda anladım..

    ''Sana ihtiyacım var, gel ! '' diyebilmekmiş güçlü olmak,
    Sana ''git'' dediğimde anladım..

    Biri sana ''git'' dediğinde, ''kalmak istiyorum'' diyebilmekmiş
    sevmek,
    Git dediklerinde gittiğimde anladım..

    Sana sevgim şımarık bir çocukmuş, her düştüğünde zırıl zırıl
    ağlayan,
    Büyüyüp bana sımsıkı sarıldığında anladım..

    Özür dilemek değil, ''affet beni'' diye haykırmak istemekmiş
    pişman olmak,
    Gerçekten pişman olduğumda anladım..

    Ve gurur, kaybedenlerin, acizlerin maskesiymiş,
    Sevgi dolu yüreklerin gururu olmazmış,
    Yüreğimde sevgi bulduğumda anladım..

    Ölürcesine isteyen, beklemez, sadece umut edermiş bir gün
    affedilmeyi,
    Beni affetmeni ölürcesine istediğimde anladım..

    Sevgi emekmiş,
    Emek ise vazgeçmeyecek kadar, ama özgür bırakacak kadar
    sevmekmiş...

  4. #4
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: sevgi dolu seirlerim

    Əllərin əlimdən uzaqda qalıb,
    Bilirəm, əllərin başqa əldədi!
    Hərdən düşünürəm, xəyala dalıb,
    Görəsən o indi nə fikirdədir?

    Düşünüb, dalıram mən xəyallara,
    Bəzən xəyallarda görürəm səni.
    Mən başqa, sən isə başqa yollara,
    Üz tutub gedirsən, görsən də məni.

    Eh, bir bilsən səni necə sevirəm,
    Ancaq sənin qəlbin indi daşdı, daş.
    Daş kimi qəlbini, sevgim bilirəm,
    Əridir buz kimi, lap yavaş-yavaş!

    Ancaq nə fayda ki, sən istəmirsən,
    Mən səni sevsəm də, dəlilər kimi!
    Bəlkə də sevirsən, sən bildirmirsən,
    Qürür eləyirsən, sən aslanlar kimi!

    Onu bil, sevəcəm səni hər zaman,
    Qəlbimdə yeri var sənin sevginin.
    Məni sevdiyini hiss etdiyin an,
    Artıq olmayacam yanında sənin!...

    Tərk edib getsəm də, bil ki, səninəm,
    Olmadı qəlbimdə başqası daha.
    Sevgimiz tükənsə, buna əminəm,
    Qalmaram, daha bir açan sabaha!

    Oxuyun, oxuyun, mənim şeirimi,
    Şeirin sonunda olacaq nida.
    Sonda sevgilimə deyim səmimi,
    Əlvida sevgilim, artıq ƏLVİDA!!!
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  5. #5
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: sevgi dolu seirlerim


  6. #6
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: sevgi dolu seirlerim

    Bir qızılgül ləçəyi var,,,uzaqlarda sənin üçün yaşayan
    Bir qızılgül ləçəyi var,,,ümüdünü yalnız sənə bağlayan
    Bir qızılgül ləçəyi var,,,səndən ümid ummayan

    Bir qızılgül ləçəyi var,,,xoşbəxtlərin xoşbəxti
    Bir qızılgül ləçəyi var,,,uzaqlarda sənin üçün yaşayan
    Bir qızılgül ləçəyi var,,,ümüdünü yalnız sənə bağlayan
    Bir qızılgül ləçəyi var,,,səndən ümid ummayan

    Bir qızılgül ləçəyi var,,,xoşbəxtlərin xoşbəxti
    Bir qızılgül ləçəyi var,,,dünyanın ən bədbəxti
    Bir qızılgül ləçəyi var,,,sənsiz dözməyən
    Bir qızılgül ləçəyi var,,,səni gözləyən
    Bir qızılgül ləçəyi var,,,xatirə dolu

    Bir qızılgül ləçəyi var,,,səni gözləyən həyat boyu
    Bir qızılgül ləçəyi var,,,gözlərində ürəyinin kədəri
    Bir qızılgül ləçəyi var,,,ürəyində səhflərinin bədəli
    Bir qızılgül ləçəyi var,,, sənsiz qalan solan, unudulan...
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  7. #7
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: sevgi dolu seirlerim

    Alıntı Kralica_ Nickli Üyeden Alıntı
    Bir qızılgül ləçəyi var,,,uzaqlarda sənin üçün yaşayan
    Bir qızılgül ləçəyi var,,,ümüdünü yalnız sənə bağlayan
    Bir qızılgül ləçəyi var,,,səndən ümid ummayan

    Bir qızılgül ləçəyi var,,,xoşbəxtlərin xoşbəxti
    Bir qızılgül ləçəyi var,,,uzaqlarda sənin üçün yaşayan
    Bir qızılgül ləçəyi var,,,ümüdünü yalnız sənə bağlayan
    Bir qızılgül ləçəyi var,,,səndən ümid ummayan

    Bir qızılgül ləçəyi var,,,xoşbəxtlərin xoşbəxti
    Bir qızılgül ləçəyi var,,,dünyanın ən bədbəxti
    Bir qızılgül ləçəyi var,,,sənsiz dözməyən
    Bir qızılgül ləçəyi var,,,səni gözləyən
    Bir qızılgül ləçəyi var,,,xatirə dolu

    Bir qızılgül ləçəyi var,,,səni gözləyən həyat boyu
    Bir qızılgül ləçəyi var,,,gözlərində ürəyinin kədəri
    Bir qızılgül ləçəyi var,,,ürəyində səhflərinin bədəli
    Bir qızılgül ləçəyi var,,, sənsiz qalan solan, unudulan...
    meni de ağlatdın

  8. #8
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: sevgi dolu seirlerim

    Uçdu xəyallarım getdi səninlə
    Daha gələcəyimi görə bilmirəm
    Sındı qol qanadım o gedişinlə
    Daha eşq səmasında uça bilmirəm

    Dağıldı məhv oldu bütün xəyallar
    Ümidlə sabaha baxan baxışlar
    Artıq qəlbimə də düşdü naxışlar
    Daha bu naxışları silə bilmirəm

    Bəlkə səhv anladım,bəlkə doğrudu
    Bəlkə həssaslıqdı,bəlkə qorxudu,
    Bəlkə sevgimizə nəzər toxundu,
    Bu nəzərləri niyə görə bilmirəm?
    Sən söylə sevgilim,nə düşünüm mən?

    Sevgimiz sönürmü,ya alovlaınır?
    Bəlkə də həsrətin cilvəsini mən,
    Səhv başa düşürəm,bunu bilmirəm
    Bilirəm sevgimiz böyük dağ kimi,
    Qoruyur sevəni,bu qəlbi

    evgimiz böyüyər usaq kimi,
    Bizimlə böyüyür,düzü bilmirəm
    Amma uzaq olsa da bu ürək,
    Hər zaman bərabər döyünəcək,
    İnan ki bizimdir,xoşbəxt gələcək,

    Mən inanıram ,sən də... bilirəm
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  9. #9
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: sevgi dolu seirlerim

    çox güzel şiirler saol cnm

  10. #10
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: sevgi dolu seirlerim

    Alıb getdin məni məndən,
    Diri ikən yox olmuşam.
    Varlığımı bilməyincə,
    Dirilikdən yorulmuşam.

    Onsuz da bilmirəm ölüyəm, sağam,
    Onsuz da bilmirəm dənizəm, dağam,
    Bunu bilmirəmsə nəyə lazımam
    Naməlum bir kəsəm, köçəriyəm mən
    Bəxtsiz bir insanın, kədəriyəm mən

    Eşqimdən günəş, ay alışıb yanır,
    Dəryanın, dənizin suları daşır,
    Gündüzüm gecəmə indi yadlaşır,
    Heç kimin, qəlbimin düşməniyəm mən,
    Təkcə bunu bilirəm, ölməliyəm mən.

    Bəlkə ölsəm yolun açılar sənin,
    Onsuzda bilirəm, çoxdur sevənin,
    Yolunda durmuşam, bir qız qönçənin,
    Bəlkə xoşbəxtliyin, sərhədiyəm mən,
    Bir qəlbin tikanlı, məftiliyəm mən

    Biri gəlir, biri gedir, qapınıza elçilərin,
    Yadıma düşür hərdən, verdiyin o, sözlərin,
    Qohumların deyir: Daha gecdir, tez verin,
    Onda bir ocaqtək, sönməliyəm mən,
    Yox səni ölənədək, sevməliyəm mən.
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

Sayfa 1/12 12311 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.