Sayfa 3/12 İlkİlk 12345 ... SonSon
111 sonuçtan 21 ile 30 arası

sevgi dolu şerlerim

  1. #21
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: sevgi dolu seirlerim

    Sevsekde urekden bir-birimizi
    Gizledik her zaman sevgimizi
    Aciq soyleseydik biz derdimizi
    Ne sen mensiz qalardin, ne de men sensiz

    Danisdiq dost kimi, gulduk dost kimi
    Olduq ikimizde soyuq buz kimi
    Olsaydiq ezelden sevenler kimi
    Ne sen mensiz qalardin, ne de men sensiz

    Uz-uze gelende qorxardiq aman
    Eledik yaxsini bilmeden yaman
    Tezeden geriye donseydi zaman
    Ne sen mensiz qalardin, ne de men sensiz
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  2. #22
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: sevgi dolu seirlerim

    Sən ki, qərarını verib getmisən,
    Bəs niyə unuda bilmirəm səni?
    Məni ürəyindən silib getmisən,
    Bəs niyə unuda bilmirəm səni?

    Talanıb eşq adlı sərvətim, varım,
    Yalqızam, yanıma düşüb qollarım.
    Artıq sənsizləşib ömür yollarım,
    Bəs niyə unuda bilmirəm səni?

    Üz-üzə qalmışam kədərlə, qəmlə,
    Bacara bilmirəm mən öz qəlbimlə.
    Deyəsən, taleyim küsüb mənimlə,
    Bilmirəm, unuda bilmirəm səni.
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  3. #23
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: sevgi dolu seirlerim

    Sən bir ötən sevgi tək unutdun məni
    Qəlbimdə çox incidim sən gedən gündən
    Ağladım sevgimizin gözlərində mən
    İndi yalnız qalmışam həsrətində bil.

    Hər bir ötən səhərdə gözlədim səni
    Hər bir itən günlərdə özlədim səni
    İndi dünyamda belə dəyişsə məni
    Səninəm bilki hər gün, hər zaman sənin.

    Səninəm illər ötüb keçsə də bilki, yalnız səninəm.
    Məndən uzaq düşsən də sənsən məni düşünən
    Ömrümün ən gözəl şirin nəğməsisən.
    Onu bil, illər ötüb keçsə də bilki yalnız səninəm
    Mənnən uzaq düşsən də sənsən məni düşünən
    Ömrümün ən gözəl şirin nəğməsisən.
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #24
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: sevgi dolu seirlerim

    İkinize de tşk,güzeller saolun

  5. #25
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: sevgi dolu seirlerim

    Şirindir məhəbbət, yolları rəngbərəng,
    Mehriban ulduzlar parlayır nə qəşəng.
    Bir qəlbdə odlanıb nəğmətək ötüşək
    Səninlə...

    Dünyadan biz qaçaq, səmada görüşək
    Bir yerdə əylənək, bir yerdə gülüşək.
    Heç nədən qorxmayıb aşkarca öpüşək...
    Səninlə... Səninlə...

    Ulduzlu gecədə bir yerdə rəqs edək,
    Göy üzü sehirli, biz sanki bir mələk.
    Hər yeri bir nurlu nağıla döndərək,
    İlahi sevgini həsrtəli dünyaya hədiyyə göndərək biz.

    Tanrının payını səninlə bir bölək,
    Qoy nura boyansın hər arzu, hər dilək.
    Həsrətdən çox uzaq sevilək, sevinək.
    Səninlə...
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  6. #26
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: sevgi dolu seirlerim

    Sevgi bir heçdir
    Dünyanı gəzdim dolaşdım,
    Nifrət hisslərilə qarşılaşdım,
    Nifrət sevgidən yaranırmış.
    Bü böyük dünyada,
    Doğru sevgilə qarşılaşmadım
    Sən demə sevgi yoxmuş,
    Sevgi sadəcə bir boşluqmuş.
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  7. #27
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: sevgi dolu seirlerim

    Gecə də, gündüz də fikrimdə sənsən,
    Mən kimin fikrində yaşayım, söylə?
    De, hansı bir ürək qəbul eləyər
    Məni sən ünvanlı, dərdlə, gileylə.
    Hansı bir ürəyə yan alsam əgər,
    Dərdimin adından biləcək yadam.
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  8. #28
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: sevgi dolu seirlerim

    Derdinden divane oluram senin,
    Yadima dushende shirin sozlerin,
    Gelib gozlerimin onunde durur,
    O,ince gametin,gara gozlerin

    Deyirem ay Allah ne olaydi,
    Urekden ureye korpu olaydi,
    Bilerydi sevgilim men ne chekirem,
    Chekdiyim derdlere derman olaydi

    Sene beslediyim bir chox mehebbet,
    Inan ki,hech zaman sonmeyecekdir,
    KEchse yuz payiz yuz xeyal bele,
    Gelbim bashga birisini sevmeyecekdir
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  9. #29
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: sevgi dolu seirlerim

    Hər aşiqə öz istədiyi yarı gözəldir,
    Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

    İlqarı gözəl olmayanı istəməz aşiq,
    Can ver elə cananə ki ilqarı gözəldir.

    Mən bir uca boylu gözəlin zülfünə bəndəm
    Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.

    Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
    Amma bizim ölkə bütün - elcari gözəldir.

    Yar olsa mənimlə mənə biganə nə eylər?
    Uçmaz elə bir xanə ki memarı gözəldir.

    Mən istədiyimçün o gülü qeyri də sevdi
    Qiymətli o şeydir ki xiridarı gözəldir.

    Vahid, mənə insaf elə, sima ilə baxma,
    Əhsən elə bir şairə əşarı gözəldir
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  10. #30
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: sevgi dolu seirlerim

    Olsaydiq ezelden sevenler kimi
    Ne sen mensiz qalardin, ne de men sensiz

    TESEKKURLER

Sayfa 3/12 İlkİlk 12345 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.