Sayfa 2/12 İlkİlk 1234 ... SonSon
111 sonuçtan 11 ile 20 arası

sevgi dolu şerlerim

  1. #11
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: sevgi dolu seirlerim

    Buraxma məni


    Bir həyat sən oldun, biri də anam,
    Rəhm edin kədərdən qoymayın yanam
    Bu dərdə bilmirəm necə dayanam
    Yol göstər, sən tənha buraxma məni.

    Günlərim mənasız keçir biləsən.
    İndi həyatmda dəstəyim sənsən
    Mənə olanları duysan, eşitsən,
    Yaxın gəl, sən tənha buraxma məni.

    Tək qalmaq ən böyük zülmdü mənə,
    Bu dərdim inan ki, ölümdü mənə
    Dəstəksən həyatda sənə mənə yenə
    Ümid ver, sən tənha braxma məni.

    Yaşamaq istəim qalmayıb daha
    Tək sənsən yaşadan inan ALLAHA
    Əlimi buraxma, getmə uzağa
    Yaxın gəl sən tənha buraxma mən

    Bu həyat oyunun mənə oynadı
    Rahatlıq vermədi, sakit qoymadı
    Nə eşqdən, nə dostdan qəlbim doymadı
    Dostum qal, sən tənha buraxma məni.

    Bu yolum aparır bilmirəm hara?
    Düşünüb gedirəm uzaq diyara
    Gedirəm qəlbimdə böyük bir yara
    Sən də gəl tək-tənha buraxma məni.
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  2. #12
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: sevgi dolu seirlerim.

    tesekkurler cox gozel idiler
    ...

  3. #13
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: sevgi dolu seirlerim

    Kraliça_ xanım bu şeirlərin hamısını siz yazmısınız yoxsa kimlərinsə şeiridi?

  4. #14
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: sevgi dolu seirlerim

    cox gozel seirlerdi tesekkurler

  5. #15
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: sevgi dolu seirlerim

    Unutmaq istərəm

    Unutmaq istərəm!..Özüm özümdən,
    Bir daha ayrılıb haçalanmayım,
    Gecələr yatıram bir fikirlə mən:
    Səni düşünməyim,səni anmayım!..

    Bu elə bir qayğı ki,bu elə qəm ki,
    Azdırar yüz illik yolundan səni.
    Səhər də,axşam da düşünürəm ki,
    Gərək düşünməyim heç zaman səni.

    Unudar fikirdə,xəyalda təkcə
    Unutmaz ürəkdə,sevən sevəni.
    Mən özüm-özümə unut dedikcə,
    Özümü unudub tapıram səni...

    Unudum deyirəm,ancaq nə fayda!..
    Yadımdan çıxmamış düşürsən yada.
    Eşqimin odunu söndürə bilmir,
    Qəzəbim sel kimi aşıb daşsa da
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  6. #16
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: sevgi dolu seirlerim

    Cox sag olun ezizlerim men size teshekkur edirem
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  7. #17
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: sevgi dolu seirlerim

    Ayrildiq....guc geldi bize hucumlar,
    Ayrildiq usanib teneden, sozden
    Bizden razi qaldi yadlar, qohumlar
    Biz razi qalmadiq oz-ozumuzden..

    Ayrildiq, negmemiz qaldi yarimchiq,
    Fikirler perishan, konuller qiriq,
    Ayrildiq, de harda lengidi zaman?
    Indi ne sen sensen, ne de men menem.
    Bashimda tufanlar hayqirdigindan,
    Meyvesi deymemish tokulen menem.

    Daglar dirmanib ardimca qoshdun,
    O axar sulara qarishan menem.
    Taleyin hokmuyle sen chox vurushdun,
    Bu agir hokm ile barishan menem.
    yandiran da menem, yaxilan da men.
    Doyen de , vuran da, yixilan da men!
    Ayrildiq....bilmedik nechin, neden biz?
    Ayrildiq...
    Ayrilmaq istemeden biz...

    Yoxdur ureyimde sene qezeb, kin,
    Yazdima dushmeyir bed emellerin,
    Nifretsiz ayriliq ayriliq deyil,
    Nifretsiz ayriliq vusaldan shirin...
    Gulum, seve-seve ayriliriq biz,


    urek kokden dushen tek sime benzer.
    Bizim gozu yashli bedbext eshqimiz
    Atali-anali yetime benzer.
    Deyirem, unudam seni men gerek,
    Mumukunmu?
    Arzuya emel ten gerek!
    Unuda bilmekchin seni, sevgilim,
    Tezeden dogulam, tezeden gerek!

    Deyek, men donurem!
    Urek ki, donmur.
    Axi, dil deyeni eshitmir urek.
    Zerre bolunse de goze gorunmur,
    Eger sen varsansa,
    Men varam demek!

    Eger men varamsa...
    senem men anca...
    Nece paralanim, parchalanim men?
    Varligim, yoxlugum sensen, sen ancaq!
    Soyle, varligimi nece danim men?

    Eger biz ayrilsaq, gorushecekdir
    Xeyali dunyada fikirlerimiz,
    Sherimde seslenen kolgeli xallar
    Olacaq ebedi gorush yerimiz...
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  8. #18
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: sevgi dolu seirlerim

    Super ellerinize sagliq cox gozeldi.

  9. #19
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: sevgi dolu seirlerim

    Varligim, yoxlugum sensen, sen ancaq!
    Soyle, varligimi nece danim men?

    tesekkurler

  10. #20
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: sevgi dolu seirlerim

    YALAN

    Yenə agırlaşdı vücud
    Bədən ölü, səsiz
    Tərpənmədi çökdü sükut
    Ağrılarım sözsüz kəlməsiz
    Danışmır dil ,deyəsən
    yalanlar demiş
    Qulaq dinləmiş
    Hardasa yalan eşitmiş
    Gözlər kor
    Suallar çox
    Başla ...Bir bir sor
    Sor ki yalan nədi
    Yalan kimdi
    Yalan kimdədir
    Sor niyə yalan var
    Bəlkə o doğrunun
    İçindədi .....
    Oldü inam
    Doldu yalan
    İçimi dağıtdı diddi güman
    Qalxdım ağır addımlarla
    Payızda biçən
    Yenə də sənsən
    Ozünü kəsən
    yenə sənsən
    Andı yalan içən
    Yenə də sənsən
    Sənsən ki özünü aldadan
    Sənsən ki yalanla bal dadan
    Sənsən ki yalanı düzlük bilən
    doğrularla içində
    Yalana dönən.
    Yalan ..Necə də iyrənc
    Doğru insan bacarırsan
    İçinə çək ...
    Bacarmazsan ...İçində təmiz arzular
    Qoyma içinə ...Paklıq pozular .
    Yenə cavabsız suallar ...
    Yenə sirli məqamlar
    əqrəbsiz saatlar
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

Sayfa 2/12 İlkİlk 1234 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.