SEVGİ SƏNƏ XOŞBƏXTLİK, SƏADƏT, YOXSA GÖZYAŞI VƏ YA BƏDBƏXTLİK GƏTİRİR? TESTİ SINA VƏ HƏR MÜSBƏT CAVABA “1” XAL, HƏR MƏNFİ CAVABA İSƏ “0” XAL YAZIB, XALLARI TOPLAYIB, NƏTİCƏ ƏLDƏ ET.

1. Tənhalıq sənə xoşbəxtlik gətirir?.
2. Həyatının daha mənalı və rəngarəng olması üçün əks cinsin nümayəndəsinə ehtiyacın var?
3. Həyatının qadınını (kişisini) tapmaq üçün qarşına məqsəd qoymusan?
4. Sevdiyin insanın sənə sevgisini tez-tez xatırlatmağını istəyirsən?
5. Qısqancsan?
6. Səncə, sevgilinin hər ehtiyacını ödəyə bilirsən?
7. Bütün arzuların və ümüdlərin sevdiyin insana bağlıdır?
8. Onunla yaxınlıq edirsən?
9. Onu özün üçün ideallaşdırmısan?
10. Onu qane etmək üçün hərəkətlərində və ya xasiyyətində dəyişiklik etmisən ?
11. Onu itirəcəyindən qorxursan?
12. Özünü ondan asılı sayırsan?

NƏTİCƏ:
Xalın 2dən artıq deyilsə, onda rahat ola bilərsən. Sən sevginin əsiri deyilsən. Onunla vaxtını maraqlı keçirib, həyatın dadını çıxartmağa çalış.

3 xaldan artıq yığmısan. Deyəsən sevgilinlə aranız yaxşı deyil. Əgər hazırda aranızda problem yoxdursa, onun gələcəkdə yaranma ehtimalı çox böyükdür. Ehtiyatlı ol və sevdiyinlə aranızda olan ən kiçik problemi belə həll etməyə çalış.

Xalın 4 və ya 5-dən yuxarıdır. Çox təəsüf ki, sən sevginin əsirinə çevrilmisən. Onun virusu artıq sənə təmas edib. Lakin sən hələ bunun fərqinə varmırsan. Sevirsən, amma deyəsən, həddini aşmaq dərəcəsinə çatmısan. Bu da sənə xoşbəxtlikdən çox gözyaşı bəxş edir. Özünü ələ almağa çalış və hisslərinə qapılma. Sevdiyin insanın səni həqiqətən sevdiyini bir daha dəqiqləşdir.