Sən dünyanın işinə bir bax
Dodaqdan gülüş tək silinər adım
Ömür-sonu gələn keçilən yoldur
Dünya gəlişimdən xəbər tutmadı
Bəlkə gedişim də xəbərsiz oldu
Köçüb gedəcəyəm günün birində
Hicran göyərəcək yerimdə mənim
Kimlərinsə gizli cib dəftərində
Olacaq telefon nömrəm də mənim.
Qara çərçivədən baxacaq şəklim
Donuq gözlərimdə daldalanar qəm
Sinəmdə duyğu tək yatar əllərim
Oyadıb son şeri yaza bilmərəm