İnsan niyə sevgilisi olsun istəyər?
Yalnız xoşbəxt olmaq üçünmü?
Ona görəmi sonu gəlməz bir gözləmə siyahımız vardır?

Həyatımızda bir sevigili olmasını istəmənin altında yatan gerçək səbəb nə ola bilər? Birlikdə yemək yemək, televiziya izləmək, dərdlərimizi bölüşmək… Bir çox hərəkəti birlikdə edə bilmək üçün onsuz da dostlarımızla hamısını həyata keçirə bilirik. Əsl istəyimiz sevilməkdir!

Sevilmək körpəlik çağlarında başlayaraq bir ömür boyunca davam edən və nizamlı olaraq bəslənməsi lazım olan bir ehtiyacımızdır. Üstəlik ətrafınızdakı hər kəs - yəni ailəniz dostlarınız, hətda qonşunuz belə sizi çox sevsə də qarşı cinsə aid bir sevginin yerini doldura bilmirlər. Nə qəribə bir ehtiyac vəziyyətidir, deyilmi?

Sevmək sevilməkdən əvvəl ya sonra gəlir? Deyəsən adamdan adama dəyişir. Hər kəsin eşqə olan yanaşması, təcrübələri, dünya görüşü, psixoloji vəziyyəti ilə birbaşa əlaqəlidir. Kiminə görə ilk sıranı sevilmək alır, digəri sevməyi hər şeydən daha qiymətli bilir.
Mən əvvəl sevmək lazım olduğuna inananlardanam. Sevməyin bir insanı böyütməsi, ruhunu yetkinləşdirməsi və təcrübə qazandırması üçün son dərəcə lazımlı olduğunu düşünürəm. Sevilmək sıralamada daha aşağıda yer alır. Əlbətdə ən xoşbəxt əlaqə qarşılıqlı romantik təsirin olduğu formadır amma mən ruhu fırtınalı, ağlı təmkinli olanlardanam. Sevə bilməyim üçün sevilməyim lazım deyil, hətda elə bir şərt belə axtarmıram.



Həqiqətən bəzən düşünürəm sevgili nə işə yarayır? Bir sevgilinin həyatımızdakı rolu nədir? Özümüzü cüt olmaq məcburiyyətində hiss edir ola bilərikmi? Hər şeyin cütü gözəl dayandığı mühakiməsi əsrlərdir genetik olaraq şüuraltımıza yazıldığı üçünmü buna çalışırıq? Törəmək, dünyaya bir uşaq gətirmək kimi ən sadə iç motivimiz sevgilimiz olmayan biriylə də reallaşa bilməzdimi? Bəlkə ətrafımızdakılara göstəriş etmək üçündür?

Sevgilinin nə işə yaradığını bilirəm təbii ki! Ən qiymətli ehtiyaclarımızı və əslində həyati əhəmiyyət daşıyan bir ehtiyacımızı qarşılayır - toxunmaq! Yeni doğulmuş bir körpəyə heç kəs toxunmazsa digər bütün həyati dəstək təmin edilsə belə ölmə ehtimalının yüksək olduğunu bilirdinizmi? Toxunulmaq bizlər üçün bu dərəcə əhəmiyyətlidir.

Sadəcə düşünürəm, sevgili dediyin əslində nə işə yarayar deyə?

Gerçək cavabı tapan olsa xəbər versin!
şexsen men özüm artıq iyrenirem yalnızlıqdan sevib-sevilmek isteyirem nese bu vaxtlar sevgi meleyim meni yaman sıxışdırır ki yoxe Nicat sende sevib sevilmelisen ama kaş Allah üreyimce birin çıxarsın qarşıma Amin