Sevgi-narkotikdir. İlk əvvəllər özüvü çox yüngül, ayaqların yerdən kəsilmiş kimi hiss edirsən. 2-ci gün daha çox sevgi istəyib, tələb edirsən. Hələ sevgini tam anlamamış, özünü tam dərk edə bilməmiş, sənə xoş gəlir, sən əminsən, ki, istənilən vaxt bu sevgidən üz döndərə bilərsən...
Sən istənilən hər şey haqda gün ərzində düşünə bilirsən lakin onu ağlından çıxarda bilmirsən... Lakin tədricən sən ona öyrəşirsən, tamamilə onun asılılığna çevrilirsən...
Əgər o yanında yoxdursa əlin ona çata bilmirsə bu ağrı, acıya dözə bilmirsən, onu tələb edirsən.
Bu zaman eyni ilə bir narkoman kimi sən özünü intihara, istənilən dəliliyə sürükləmiş olursan-“onu” tələb edərək...

Sevgi-həmişə yenidir, təzədir, tərdir. Sənin həyatında 1, 2, 3 dəfə- nə qədər yer aldığının heç bir mənası yoxdur. Çünki hər dəfə biz onun qarşısında asılı və susqun halda qalırıq....
Sevgi bizi göylərə ucalda bilir, bizi hər an yerə endirə bilir və olduğumuz mövqedə də daim saxlaya bilir.
Sevgidən-imtina etmək olmaz. Dünyada olan hər şey sevgi üzərində qurulmuşdur. O bizim mənəvi qidamızdır. Harda olmağımızdan asılı olmayaraq daim onu axtarmalıyıq, hətta buna saatlar, günlər sərf etsək, hətta sonda bu axtarışlarımız təəssüflə nəticələnsə belə imtina etməyək...

Hər bir insan arzulayır, lakin eyni olaraq deyil, tamamilə fərqli düşüncələr və fərqli arzular... Kim ki, yuxuda belə arzulayır, xəyal edir, səhər yuxudan oyanaraq bunu artıq reallıqda axtararaq tapmağa çalışır. Lakin unutmayın!
Daim arzu edən insanlar-təhlükəli insanlardır. Onlar gözü açıq şəkildə, öz arzularını yaşadaraq yaşamaqdadırlar. Bunu reallığa çevirmək üçün hər bir dəliliyə əl ata bilərlər...

Dünyada heç bir insan özünü xoşbəxt saymırsa, o xoşbəxt deyildir. Bu zaman o özünü xoşbəxt hiss edə, xoşbəxt görə və xoşbəxt düşünə bilməz! Daim xatırlayın: Əksəriyyət qərara gəldikləri qədər xoşbəxtdirlər. Bir dəqiqəni belə düşünmədən, gülümsəyin, bu zaman özünüzü-xoşbəxt hiss edəcəksiniz.. Başqa cürə biz ölümlə üzləşmək riskindəyik, bir dəfə gülümsəmədən belə...
Unutmayın: xoşbəxt həyat yoxdur, xoşbəxt günlər var....