Sevgi,
Allahın bizi sevməsini diləməkdir.

Sevgi,
Peyğəmbərimizə Allahı Təalanın. "Rəsulum" deyə xitabıdır

Sevgi,
Al-i imran surəsində, "Əgər məni sevirsinizsə Həbibimi sevin və O nu dinləyin ki, Mən də sizi sevim və bağışlayım" ayəsidir.

Sevgi,
Rəbbimizin "Rəsulum, sən olmasaydın kainatı yaratmazdım " ifadəsidir.

Sevgi,
Cənnətin qapısında "La İlahə illəllah Məhəmməd (s.ə.v.) Rəsulullah" yazısıdır.

Sevgi,
Həzrəti Adəmin, "Ya Rəbbim, Məhəmməd (s.ə.v.) qulun hörmətinə məni bağışla" duasıdır.

Sevgi,
Səhabə Əfəndilərimizin hər sözə, "Anam atam sənə fəda olsun Ya Rəsulullah" deyə başlamalarıdır.

Sevgi,
Həzrəti Ömərdən yağış duası istəndiyində dərhal Həzrəti Abbasın əlindən tutub yuxarı qaldıraraq,
"Ya Rəbbim bu əlini tutduğum Rəsulullahın əmisidir, onun üzü suyu hörmətinə yağış ver" duasıyla, daha əllər enmədən yağışın başlamasıdır.

Sevgi,
Özündən Mirac haqqındakı fikri soruşulduğunda Həzrəti Əbu Bəkirin, "Əgər O söyləyirsə mütləq doğrudur" təsdiqidir.

Sevgi,
"Bilirəm ki sən bir daşsan, bir işə də yaramazsan, buna baxmayaraq O səni öpdü" deyərək Həzrəti Ömərin Məkkədəki daşı öpməsidir.

Sevgi,
Əfəndimizi evində qonaq etməklə şərəflənən Eyüp Əl Ənsarın, qonaq birdən səsdən narahat olar deyə altı ay yata bilməməsidir.

Sevgi,
Bu duyğu və düşüncələrlə adını belə eşitmədiyi məkanlara diyarlara Allah və Rəsulunun adını eşitdirmək üçün yardan, anadan, yoldaşdan keçməkdir.

Əsl Sevgi
Allah və Rəsulunun özüdür !
NuriyeV Production