Deyirlər ki, kişilər gözləri, qadınlarsa qulaqları ilə sevir. Əslində, məhəbbət burundan başlayır.
Əgər bədənin qoxusunun sevgi – məhəbbətdə necə böyük rol oynadığını dərindən dərk etsəniz, o zaman gözəl kişilərin niyə eybəcər qadınları sevdiyinin, gözəl qadınların isə niyə çirkin kişilərə qismət olduğunun sirrini aça bilərsiniz.
Kişiləri qadına tərəf maqnit kimi çəkən bədənin ətridir. Tələshik bahalı duş geli və fransız ətirlərinə qaçmayın. Söhbət tam başqa qoxudan bədənin spesifik, hormonal ətrindən gedir. Bu qoxu nə qədər gözəl, güclü və təmiz olsa, qadın bir o qədər kişinin ürəyinə hakim olar.

Insan orqanizmi 2 növ xüsusi feromonlar ifraz edir: attrakant – cəzbedici, xoş və repellent – uzaqlaşdırıcı, çəkindirici, xoş olmayan. Bədəndə çox az miqdarda olan bu fermentlər rəngsizdir, gözə çarpmır. Amma bir balaca boyu ilə dam dolusu toyu olan bu feromolar çox ürəkləri qovuşdurub, çoxlarını isə əksinə, sevdiyindən uzaq salıb.

Simpatiya və antipatiya.
Simpatiya – attraktantların, antipatiya isə repellentlərin təsirindən yaranan hissdir.
Sağlam bədənin ətri də xoş olur. Əgər insan xəstədirsə, hətta emosional baxımından gərgindirsə, o zaman bədəndə repellentlərin ifrazı artır, onun bədən rayihəsi özü də hiss etmədən ətrafa mənfi siqnallar ötürür.
Bədəin fermentativ rayihəsini tər iyi və yaxud çirkli bədən iyi ilə səhv salmayın. Onlar tamam ayrı – ayrı şeylərdir. Tər iyi, çirk yuyunmaqla dəf oluna bilər, amma feromonlar nə dezodorant, nə ətir, nə də su ilə dəyişdirilə ilməz.

Bəs siz “məhəbbət burundan başlayır” bu deyimlə razısınızmı?