Eşq ikidir, sevgi bir;
Eşq yalan, sevgi həqiqətdir.
Eşq sudur, sevgi susuzluq.
Buna görə sevgi həsrətdir,
Darıxmaqdır, gözləməkdir.
Əsl məharət:
Susuzkən suyu içmək deyil
Qarşısına keçib izləməkdir.
Eşq hayqırmaqdır, sevgi ağlamaq;
Sevgi gizlənməkdir
Ürəyini, gözlərini
Və də əllərini gizlətmək
Bahar gəldiyində…
Bir çiçəyə, yaşıla, çəmənə
Aşiq olmazsan amma sevəbilərsən.
Dostuna aşiq olmazsan
Amma sevərsən.
Torpağa fidanı eşqlə deyil
Sevgiylə əkərsən.
Aşiq olduğunda sadəcə hisslərinə aldanarsan
Amma sevdiyində məntiqlə hisslər qoşa hərəkət edər.
Sevgi üçün ölünər, eşq öldürər.
Eşq qısqancdır, nankordur
Sevgiyi öldürər.
Eşq üçün şeirlər yazarsan,
Mahnılar bəstələyərsən;
Amma sevgini tərif etməyə kəlimələr bəs etməz.
Çünkü ürəyinə sığdıra bilməzsən.
Qəlbini eşqə bağlayabilərsən
Amma sevgiyə bağlayabilməzsən
Sevgi gizli, eşq aşikardır.
Üz verməyəndə yaddan çıxardarsan
Sevgi həqiqət, eşq yalandır.
Eşqin gözü kordur,
Çox naz eşqi bezdirər;
Eşq oyun, aşiq oyuncaqdır.
Sevgi isə həyatdır, həqiqətdir.
Eşq atəşlidir
Çünkü xəstəlikdir.
Sevgi ilıqdır
Çünkü sağlıqlıdır.
Nəticədə bu iki qardaşın hekayəsidir
Eşqə və sevgiyə dair…